30 İyun 2026 15:43
174
CƏMİYYƏT
A- A+
Nazirlik: Son illərin islahatları sosial müdafiə xidmətlərinin daha əlçatan, ədalətli və inklüziv olmasına imkan yaradıb  

Nazirlik: Son illərin islahatları sosial müdafiə xidmətlərinin daha əlçatan, ədalətli və inklüziv olmasına imkan yaradıb  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət sahələrində son illər həyata keçirilən islahatlar sosial müdafiə xidmətlərinin daha əlçatan, ədalətli və inklüziv olmasına imkan yaradıb.

Bu barədə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, DSMF-nin BMT tərəfindən Dövlət Xidmətləri Mükafatına layiq görülməsinin əsasında da fondun qeyd edilən uğurlu islahat təcrübəsi dayanır.

2019-cu ildən tətbiq olunan proaktiv mexanizmlər nəticəsində sosial ödənişlər hüququ yaranan şəxslərə müraciət və sənəd təqdim edilmədən, hüquq yarandığı anda elektron sistemlər üzərindən, proaktiv qaydada təyin edilir. Təyinat üçün əvvələrdə mövcud olmuş uzun müddət gözləmə halları, bürokratik maneələr, məmur-vətəndaş təmasları, korrupsiya və subyektiv qərarvermə riskləri, habelə artıq sənədləşmə və inzibati yük də innovativ həlllər vasitəsilə aradan qalxıb.

Proaktiv təyinat mexanizmi ilə əlaqədar 60-dan çox qurumun 80-ə yaxın informasiya sistemi ilə inteqrasiya təmin edilib və məlumat mübadiləsi real vaxt rejimində həyata keçirilir.

Artıq 1,5 milyondan çox insan proaktiv təyinat xidmətlərindən faydalanıb və bu xidmətlərdən vətəndaş məmnunluğu 98 faiz üzərindədir.

DSMF-nin proaktiv, vətəndaşyönümlü xidmət təcrübəsi BMT-nin yoxsulluğun davamlı azaldılması, bərabərsizliyin aradan qaldılması, səffaf, ədalətli və güclü təsisatla bağlı Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunluğu da özündə ehtiva edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Bank tərəfindən ADU-da keçirilən “İqtisadi jurnalistikanın inkişafına dəstək proqramı” yekunlaşıb  

18:02
30 İyun

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

18:01
30 İyun

“Gemini”nin yeni funksiyası istifadəyə verilib  

17:57
30 İyun

11 milyard illik sirrin həlli: "Xəyalət hissəciyi"nin mənbəyi tapıldı  

17:46
30 İyun

 ABŞ - 250: amerikalılar 4 iyulu necə qeyd edəcəklər

17:33
30 İyun

Marsda "tək deyilik" deməyə əsas verən tarixi kəşf  

17:31
30 İyun

İlkay Gündoğan: Bu, böyük bir məyusluqdur

17:29
30 İyun

Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edir

17:21
30 İyun

Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsini icra edən Zati-aliləri xanım Delsi Rodriqesə  

17:20
30 İyun

Virgil van Deyk Niderlandın uğursuzluğunu şərh edib  

17:12
30 İyun

Şəxsiyyətləri müəyyənləşdirilən daha 6 itkin şəhid dəfn olunacaq

17:09
30 İyun

Süni intellekt və rəqəmsallaşma: yeni dövrün inkişaf konsepsiyası

16:55
30 İyun

TDT ölkələrinin dini məsələlər üzrə dövlət qurumlarının rəhbərləri Şuşa ilə tanış olublar

16:51
30 İyun

İran ABŞ ilə yekun danışıqlar üçün şərtini açıqlayıb

16:46
30 İyun

Azərbaycan və Qazaxıstan arasında miqrasiya sahəsində əməkdaşlıq genişləndirilir

16:19
30 İyun

Xankəndi və Xocalı sakinləri üçün yeni peşə kursu başlayıb

16:17
30 İyun

Qobustan və Şamaxı rayonlarında məhkəmə qərarları əsasında müsadirə olunmuş narkotik vasitələr məhv edilib

16:13
30 İyun

Şuşada TDT ölkələrinin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşü keçirilib - YENİLƏNİB

16:07
30 İyun

Kepbanov: Türkmənistan Prezidentinin Azərbaycana səfəri strateji tərəfdaşlığın səviyyəsini təsdiqlədi  

16:02
30 İyun

Agentlik: Bu il 3455 vətəndaşa evdə sosial xidmət göstərilib

16:01
30 İyun

DSX-nin Sürücülük Mərkəzi xidməti istifadəyə verilib

15:57
30 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!