28 Yanvar 2026 08:20
309
SİYASƏT
A- A+
NATO ilə əməkdaşlıq milli maraqlara və qlobal təhlükəsizliyə əsaslanır

NATO ilə əməkdaşlıq milli maraqlara və qlobal təhlükəsizliyə əsaslanır


Azərbaycanın xarici siyasətində NATO ilə tərəfdaşlıq hərbi-strateji modernləşmənin əsas hərəkətverici qüvvələrindən biri hesab olunur. Hazırda bu əməkdaşlıq, sadəcə, hərbi təlimlərlə məhdudlaşmır, həm də enerji təhlükəsizliyi, kibermüdafiə və Milli Ordunun NATO standartlarına uyğunlaşdırılması kimi geniş spektrli sahələri əhatə edir. 

Alyansın yüksəksəviyyəli rəsmilərinin Bakıya mütəmadi gəlişləri əməkdaşlığın, sadəcə, sənəd üzərində olmadığını, aktiv siyasi dialoqa söykəndiyini göstərir. Yanvarın 22-də NATO Baş katibinin müavini Radmila Şekerinskanın Azərbaycana rəsmi səfəri münasibətlərin dinamikasını bir daha təsdiqlədi. 

Ölkəmizə səfər edən qonaq ilk olaraq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdü. Görüş zamanı Azərbaycan ilə NATO arasında tərəfdaşlıq çərçivəsində mövcud əməkdaşlıq gündəliyi və perspektivlər, tərəfdaşlıq mexanizmləri çərçivəsində görülən işlər, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olundu. Baş katibin müavini daha sonra Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla və Milli Məclisin Sədri Sahibə Qafarova ilə bir araya gəldi. Həmin görüşlərdə də Azərbaycanla NATO arasında 30 ildən artıq müddətdə davam edən əməkdaşlıq vurğulanaraq, alyansın beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında önəmli rol oynadığı qeyd olundu. Radmila Şekerinska Azərbaycanın NATO ilə uzunmüddətli əməkdaşlığını yüksək dəyərləndirdi. 

Alyans rəsmilərinin Azərbaycana mütəmadi səfərləri münasibətlərin daha yüksək siyasi müstəviyə keçdiyinin siqnalıdır. Belə səfərlər göstərir ki, Azərbaycan NATO üçün təkcə hərbi tərəfdaş deyil, həm də Avrasiyanın logistik və enerji mərkəzi kimi strateji bir "körpü"dür. NATO-Azərbaycan tərəfdaşlığı 30 ildən çoxdur ki, siyasi dialoq, hərbi fəaliyyət, müdafiə təhsili və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıqla özünü təsdiqləyib. Münasibətlərin təməli 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən "Sülh naminə tərəfdaşlıq" proqramının imzalanması ilə qoyulub. 2004-cü ildən tətbiq olunan Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı əməkdaşlığı daha sistemli hala gətirib. Hazırda münasibətlər yeni formatda, Fərdi Uyğunlaşdırılmış Tərəfdaşlıq Proqramı (ITPP) çərçivəsində davam etdirilir. Bu proqram tərəflər arasında daha çevik və müasir çağırışlara uyğun işbirliyini nəzərdə tutur. 

Bakı alyansa üzv olmasa da, NATO-nun ən etibarlı tərəfdaşlarından biri hesab olunur. Son dönəmdə tərəflər arasında əlaqələr bir neçə istiqamətdə dərinləşib. Azərbaycan Ordusu NATO standartlarına keçid prosesini sürətləndirib. Xüsusilə NATO-nun ikinci böyük ordusuna sahib olan qardaş Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsi prosesə birbaşa təkan verib. "Türk modeli", əslində, NATO standartlarının Azərbaycan reallığına uyğunlaşdırılmasıdır. Bu model Azərbaycanın həm milli maraqlarını qorumağa, həm də NATO-nun hərbi standartlarına ən qısa yolla inteqrasiya etməsinə şərait yaradır. Bu, yalnız silahlanmanı deyil, həm də döyüş aparma fəlsəfəsinin, qərarvermə mexanizmlərinin və logistik idarəetmənin yenilənməsini nəzərdə tutur. Bəhs edilən metod Bakıya alyansın rəsmi üzvü olmadan belə onun ən müasir texnologiyalarından və təlim metodlarından yararlanmaq imkanı verir. Azərbaycan sülhməramlıları Kosovoda və Əfqanıstanda yüksək peşəkarlıq göstəriblər. Sülhməramlılarımız Əfqanıstanın paytaxtı Kabildə aeroportu ən son tərk edən hərbi qüvvələr olub. NATO rəhbərliyi Azərbaycanın bu töhfələrini mütəmadi olaraq yüksək qiymətləndirir.

Minalarla mübarizə Azərbaycan-NATO tərəfdaşlığının praktiki və humanitar cəhətdən əhəmiyyətli istiqamətlərindən biridir. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində NATO mütəxəssisləri ilə təlimlər keçirilir. ANAMA (Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi) və NATO-nun Logistika və Təminat Agentliyi (NSPA) arasında mütəmadi məsləhətləşmələr aparılır. Bu sahədə əməkdaşlıq yalnız texniki dəstək deyil, həm də beynəlxalq təcrübənin birbaşa sahəyə tətbiqi deməkdir. 

NATO Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biri kimi tanıyır. Xüsusilə Ukraynadakı müharibədən sonra Azərbaycanın qaz ixracı bir neçə NATO müttəfiqi üçün həyati əhəmiyyət kəsb edir.

Alyansla rəqəmsal infrastrukturun qorunması üzrə birgə məsləhətləşmələr də aparılır. Müasir dövrdə müharibələr təkcə fiziki meydanda deyil, həm də virtual məkanda aparıldığı üçün bu sahədəki məsləhətləşmələr milli təhlükəsizliyimiz üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycanın enerji kəmərləri və rəqəmsal nəqliyyat qovşaqları ciddi beynəlxalq önəmə malikdir. NATO mütəxəssisləri bu strateji obyektlərin idarəetmə sistemlərinin kiberhücumlardan qorunması üçün Azərbaycan tərəfi ilə təcrübə mübadiləsi aparır. Məqsəd hər hansı xarici müdaxilə zamanı sistemin çökməsinin qarşısını almaqdır. 

44 günlük Vətən müharibəsindən sonra alyans Azərbaycanı regionda sülhün və kommunikasiyaların açılmasının əsas aktorlarından biri kimi görür. Yeni tərəfdaşlıq proqramı çərçivəsində müdafiə təhsilinin modernləşdirilməsi və terrorizmlə mübarizədə inteqrasiyanın dərinləşməsi gözlənilir. Azərbaycan-NATO əlaqələri klassik hərbi ittifaqdan daha çox qarşılıqlı maraqlara söykənən strateji tərəfdaşlığa əsaslanır. 

Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan NATO ilə yaxın əməkdaşlıq etsə də, Qoşulmama Hərəkatının üzvü kimi öz neytrallığını qoruyur. Bu, Bakıya həm NATO, həm də digər bloklarla münasibətlərdə manevr imkanı verir.


İsmayıl QOCAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olub

13:55
28 Yanvar

Sabah gündüz yağıntılar tədricən kəsiləcək

13:14
28 Yanvar

Ombudsman: Uşaq hüquqlarının müdafiəsi ilə bağlı yeni qanun layihəsi xüsusi əhəmiyyət kəsb edir

12:20
28 Yanvar

Bakıətrafı ərazilərdə yeni tikiləcək və bərpa olunacaq dəmiryol stansiyalarının adları açıqlanıb

12:02
28 Yanvar

Komitə sədri: Azərbaycanda uşaq hüquqlarının təmini sahəsində keyfiyyətcə yeni mərhələnin əsası qoyulur

12:01
28 Yanvar

ABŞ İranın güc strukturlarının üç sabiq əməkdaşını deportasiya edib

11:57
28 Yanvar

Nərimanov stansiyasında qatarlara dayanacaq verilməsi planlaşdırılır

11:54
28 Yanvar

Valideynlər və onları əvəz edən şəxslər tərəfindən uşaqlara qarşı zorakılığın tətbiqi yolverilməzdir – qanun sərtləşdirilir

11:47
28 Yanvar

Uşaq hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədi ilə bir sıra qanunlara dəyişikliklər edilir

11:35
28 Yanvar

Bakıda ciu-citsu zalının açılışı olub

11:34
28 Yanvar

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

11:15
28 Yanvar

Prezident İlham Əliyev Azərbaycanı strateji mövqeyə çıxarıb-Amerikalı ekspert  

10:53
28 Yanvar

Saratoqa Fondunun prezidenti: 907-ci düzəliş birdəfəlik aradan qaldırılmalıdır  

10:50
28 Yanvar

Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək  

10:49
28 Yanvar

Dünya bazarında qızıl 175 dollardan çox bahalaşıb

10:42
28 Yanvar

Çempionlar Liqası: “Qarabağ” bu gün “Liverpul”la qarşılaşacaq  

10:41
28 Yanvar

Yanvar ayının bütün sosial ödənişləri yekunlaşdırılıb  

10:41
28 Yanvar

Ötən il ərzində 2546 yol-nəqliyyat hadisəsi qeydə alınıb  

10:40
28 Yanvar

Azərbaycan nefti bahalaşıb 

10:40
28 Yanvar

Amerikalı ekspert: ABŞ ilə Azərbaycan arasında davamlı etimadın artdığını görəcəyik 

10:38
28 Yanvar

Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb

09:55
28 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!