20 Sentyabr 2024 09:20
886
İDMAN
A- A+
Naftalanlı şəhid övladı Türkiyədə keçirilən beynəlxalq turnirdə gümüş medal qazanmışdır

Naftalanlı şəhid övladı Türkiyədə keçirilən beynəlxalq turnirdə gümüş medal qazanmışdır


Naftalandakı Uşaq Gənclər İdman Məktəbinin gənc cüdoçusu Sadiq Qurbanov Türkiyədə keçirilən beynəlxalq "1922 Edirne" açıq cüdo turnirində II yerə çıxaraq gümüş medal qazanmışdır.

Qardaş Türkiyədən qayıdan gənc idmançı ilə Naftalan Şəhər İcra Hakimiyyətində görüş keçirilmişdir. ŞİH-in başçısı Vüqar Novruzov gənc idmançını qazandığı qələbə münasibətilə təbrik etmiş, ona idmanda və təhsilində uğurlar arzulamışdır. Bildirilmişdir ki, şəhid ailəsinin yeganə övladı olan Sadiq ölkədaxili və beynəlxalq yarışlarda dəfələrlə iştirak etmiş, 2 dəfə region birinciliyinin, müxtəlif beynəlxalq turnirlərin qalibi olaraq uğurlu nəticələr əldə etmişdir.

Görüşdə Sadiq Qurbanova və onun məşqçisi Fuad Əliyevə şəhər icra hakimiyyətinin fəxri fərmanları və hədiyyələri  təqdim edilmişdir.

Qeyd edək ki, 2020-ci il 27 sentyabr tarixində 44 günlük Vətən müharibəsinin ilk günündə Sadiqin ailəsindən 2-si uşaq olmaqla 5 nəfər şəhid olmuşdur.


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!