Mütərəqqi təcrübənin bütün avtobus marşrutlarında tətbiq edilməsi yaxşı olar
“BakuBus” fəaliyyətə başlayandan bəri paytaxtda avtobuslarla sərnişindaşımada ciddi dönüş yaranıb. “BakuBus”un avtobusları müasir, komfortlu olmaqla yanaşı, sürücüləri də peşəkarlıqları, mədəniyyətləri ilə seçilirlər. Onlar ümumi axında yol hərəkəti, eləcə də sərnişindaşıma qaydalarına ciddi əməl edirlər.
Gözlənildiyi kimi, “BakuBus”un standartları rəqabət şəraitinə də təsir göstərib: digər şirkətlər, marşrut sahibləri bu standartlarda xidmət etməyə cəhd göstərirlər. Amma heç də hamısı yox. Təəssüf ki, elə marşrut xətləri var ki, orada vəziyyət əvvəlki tək acınacaqlıdır. Yenə də dayanacaqlardan kənarda, yolun hərəkət hissəsində avtobus saxlayanlar, təhlükəli qayda pozuntularına yol verənlər çoxdur. Sərnişinlərlə kobud rəftar edənlərə hələ də rast gəlinir...
Bakının elə küçələri var ki, orada sanki mövcud qayda-qanunlar sürücülər üçün qüvvədən düşür. Məsələn, Yasamalda - A.Şərifzadə küçəsində avtobus (xüsusilə 39, 77, 165 və digər marşrutların) sürücüləri bəzən qayda pozmaq üzrə yarışa girirlər. Metronun “İnşaatçılar” stansiyası ətrafındakı vəziyyətdən illərdir vaxtaşırı bəhs edilsə də, orada qayda-qanun yaratmaq hələ də mümkün olmayıb. Sürücülər avtobusları harada gəldi saxlayırlar. Yolda hərəkəti iflic etməkdən belə çəkinmirlər. ATV-nin tinində (hər iki istiqamətdə) yolun ikinci zolağında dayanacaq “açılıb”. Birinci zolaqlar da taksi sürücüləri tərəfindən “özəlləşdirilib”. Əslində isə dayanacaqlar 300 metr irəlidədir. Orada da avtobuslar dayanacaqda deyil, yolayrıcına yaxın ərazidə saxlanılır. Dayanacaqlar da taksilərə “peşkəş” edilir...
Azadlıq prospektinin müəyyən yerlərində, nəqliyyatın axınına mane olmasın deyə, hərəkət hissəsindən kənarda, sağa çıxıntı ilə avtobus dayanacağı zolaqları düzəldilib. Di gəl ki, polis nəzarəti olmadan yalnız “BakuBus”un sürücüləri ora keçir və digər avtobuslar üçün də buna şərait yaradırlar. Digərləri isə tam əksinə - yalnız özlərini düşünür, bir çox halda da avtobusu yenə də tamamilə və ya qismən hərəkət zolağının üzərində saxlayırlar. Bununla da nəqliyyatın hərəkət axınını xeyli ləngidirlər. Bu baxımdan və ümumiyyətlə yol hərəkəti qaydalarına məhəl qoymayan avtobuslar arasında 88 nömrəli marşrutun sürücüləri xüsusilə seçilirlər. Sanki onlara sürücülük vəsiqəsi əvəzinə kart-blanş verilib...
Marşrut sxemini, hərəkət trayektoriyasını özbaşına dəyişənlərə də rast gəlinir. Məsələn, 30 və 49 nömrəli marşrut avtobusları N.Rəfiyev küçəsindən Xətai metrostansiyası tərəfə, Xocalı prospektinə dönməlidirlər. Ancaq sürücülər prospektdə sıxlıq olanda dərhal yollarını dəyişir, M.Mehdizadə küçəsinə keçir, oradan da Bakı Neft Məktəbinin qarşısındakı, yaxud onun arxasındakı küçədən əks hərəkətli yola çıxmaqla Xoçalı prospektinə qayıdırlar. Hər addımbaşı da istənilən yerdə saxlayırlar. Bunlara bənzər çox nümunə göstərmək mümkündür . Hər birini qeydə almaq və sadalamaq da olar. Hərçənd, bütün bunlar hamımızın gözlərimiz önündə baş verir...
Marşrut və xidmət sahibləri, onların havadarları, eləcə də avtobus sürücüləri nəzərə almalıdırlar ki, göz yumduqları, rəvac verdikləri və törətdikləri qayda pozuntuları ayrı-ayrılıqda gözlərinə kiçik görünsə də, bunlar ümumilikdə şəhər üçün böyük problemlər yaradır. Eyni zamanda bu, insanların həyat və sağlamlıqları üçün də ciddi təhlükədir.
Ümid edirik, belə xoşagəlməz hallara birdəfəlik son qoyulacaq. Bunun üçün artıq örnək götürməli nümunə də var, nəticəsi müsbət təcrübə də.
Elmar SADIXOV,
Bakı şəhər sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!