06 Dekabr 2024 08:00
2493
SİYASƏT
A- A+
Müstəqil, qətiyyətli və ləyaqətli siyasət

Müstəqil, qətiyyətli və ləyaqətli siyasət


Noyabr ayında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bütün məziyyətləri ilə yanaşı, həm də Azərbaycanın müstəqil siyasət yürüdən bir dövlət olmasının təcəssümünə çevrildi.  Məhz bu tədbirin fonunda bir daha təsdiq olundu ki, Azərbaycan öz yolu və qətiyyətli siyasəti olan dövlətdir.


Dövlətin və ona rəhbərlik edən şəxsin nüfuzunu müəyyən edən meyar


Müstəqil siyasət dövlətin beynəlxalq münasibətlər sistemindəki mövqelərini, qlobal məsələlərdə iştirak səviyyəsini müəyyən edən mühüm palitoloji amildir. Bu baxımdan müstəqil siyasət həm də dövlətin imicini, ona rəhbərlik edən şəxsin nüfuzunu müəyyən edən meyar hesab olunur. Amma müstəqil siyasət hər dövlətin işi deyil. Hər dövlətə müstəqil siyasət yürütmək nəsib olmur. Məsələyə bu müstəvidən yanaşanda aydın olur ki, müstəqil dövlətə sahib olmaq heç də müstəqil siyasətin həyata keçirilməsini təmin etmək demək deyil. 

Dünyada çoxlu müstəqil, lakin müstəqil siyasət yürüdə bilməyən dövlət nümunəsi göstərmək olar. Çox uzağa getmədən, Ermənistanın timsalında bu nümunəni görmək mümkündür. Cənubi Qafqazda xarici güclərin sayəsində yaradılan bu ölkə müstəqil olsa da,  heç vaxt öz siyasəti olmayıb. Hansısa xarici dairələrdən aldığı təlimatlar, göstərişlər və direktivlər əsasında siyasi kurs götürüb.

Hazırda Ermənistanın Fransanın və Qərbin digər siyasi mərkəzlərinin təsiri altında olduğu dünyaya agahdır. Əgər bu gün baş nazir N.Paşinyan sorosçuların göstərişlərini yerinə yetirməsə, onu bir gün belə vəzifədə saxlamazlar. 

 Elə buna görə də Ermənistan qlobal siyasi müstəvidə ehtiramla qarşılanan dövlət deyil. Ermənistanın hətta daxili müstəqil siyasəti belə yoxdur, iqtisadiyyatının aparıcı sahələri də xarici nəzarət altındadır.


İlham ƏLİYEV: "Biz prinsipial məsələlərlə bağlı heç kimə güzəştə getməmişik və getməyəcəyik"


Olduqca qürurvericidir ki, Azərbaycanın yürütdüyü siyasət tam müstəqildir. Heydər Əliyevin müəyyən etdiyi, Prezident İlham Əliyevin yeni keyfiyyət mərhələsinə yüksəltdiyi bu siyasət məzmun etibarilə dövlətimizin və xalqımızın milli maraqlarını qətiyyətlə təmin edir. Azərbaycanın indiyə qədər nail olduğu bir sıra nailiyyətlərə nəzər yetirməklə bu siyasətin həqiqətən müstəqil olduğunu görmək mümkündür.

Məsələn, respublikamızın hələ ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilən və bu gün yeni layihələrlə zənginləşdirilən enerji strategiyası ilk növbədə müstəqil siyasətin tərənnümçüsüdür. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan dövləti təbii sərvətləri olan neft və qazı tamamilə özünün maraqları çərçivəsində hasil edir, ixracını həyata keçirir. Eyni zamanda bu müstəqil siyasətin daha bir göstəricisi Xəzərdən çıxarılan neft və qazın tarixdə ilk dəfə olaraq alternativ marşrutlarla dünya bazarlarına çıxarılmasıdır.

Azərbaycanın 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etməsi, daha sonra ərazilərində erməni separatizminə son qoyması Prezident İlham Əliyevin müstəqil və qətiyyətli siyasətinin nəticəsidir. Məhz bu siyasət Fransanın və Qərbin digər siyasi mərkəzlərinin bütün təhdid və təzyiqlərini qətiyyətlə dəf etdi, onları iflasa uğratdı. Onu da qeyd edək ki, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi  müasir müstəqillik tariximizin ən böyük, ən əlamətdar hadisəsi olmaqla yanaşı, Azərbaycanın regionda və dünyada nüfuzunu daha da yüksəltdi, mövqelərini möhkəmləndirdi. 

Prezident İlham Əliyev çıxışlarının birində Azərbaycanın həyata keçirdiyi siyasətlə bağlı deyib: "Bizim siyasətimiz güzəştsiz siyasətdir. Biz prinsipial məsələlərlə bağlı heç kimə güzəştə getməmişik və getməyəcəyik. Müstəqil, ləyaqətli siyasət aparırıq, öz gücümüzə, xalqın dəstəyinə güvənirik. Xalq da bizim siyasətimizə öz dəstəyini göstərir".

Bəli, Azərbaycan dövləti heç vaxt öz siyasətini hansısa dövlətlərin siyasətinə uyğunlaşdırmayıb, hər bir məsələdə öz milli maraqlarına cavab verən qətiyyətli mövqe ortaya qoyub. Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən siyasi amillərdən biri də məhz budur. Müstəqilliyinin ilk illərində siyasi və iqtisadi böhranlar içərisində olan Azərbaycan indi yerləşdiyi coğrafi regionun lideridir. Bu gün Azərbaycan İlham Əliyevin liderliyi ilə qlobal səviyyədə söz sahibi olan dövlət kimi çıxış edir, beynəlxalq aktuallıq kəsb edən problemlərin yoluna qoyulmasına töhfələr verir.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident Ərdoğan: İranın qardaş ölkələrimizi hədəf almasını dəstəkləmirik  

22:48
09 Mart

Misli Premyer Liqası: "Neftçi" "Turan Tovuz"a məğlub olub

22:47
09 Mart

Komitə sədri: Qadın və qızların hüquqları insan hüquqları və fundamental azadlıqların ayrılmaz hissəsidir  

22:47
09 Mart

Qətər Silahlı Qüvvələri İranın 17 raket və 6 pilotsuz uçuş aparatını ələ keçirib

22:45
09 Mart

Bahar Muradova: TDT-yə üzv ölkələr əsas insan hüquqlarına sadiq olduqlarını bir daha təsdiqləyirlər  

22:36
09 Mart

Putin neftin qiymətləri və Hörmüz boğazındakı risklər barədə danışıb

22:34
09 Mart

BƏƏ-də helikopterin qəzaya uğraması nəticəsində ölənlər var

22:21
09 Mart

Ukrayna-Rusiya-ABŞ üçtərəfli görüşü növbəti dəfə təxirə salınıb

22:19
09 Mart

Qafqaz Müsəlmanları İdarəsinin sədri Vatikan Apostol Kitabxanası ilə tanış olub

22:16
09 Mart

JIVA-nın “Avroviziya 2026” üçün “Just Go” mahnısı təqdim olunub 

22:01
09 Mart

İran səfiri Türkiyə XİN-ə çağırılıb

21:53
09 Mart

Dünya bazarında neft 25 faiz bahalaşdı - "Böyük yeddilik" təcili toplanır

21:37
09 Mart

Naxçıvana səfər edən sərnişin: Muxtar respublikaya hava yolu Prezidentimizin sayəsində açıldı

21:08
09 Mart

Misli Premyer Liqası: "Kəpəz" "Zirə"dən xal alıb

20:59
09 Mart

“JP Morgan”: ABŞ və İsrail Xarq adasını ələ keçirsə, neft böhranı dərinləşəcək

20:56
09 Mart

Bakı-Naxçıvan aviareysinin sərnişini: Prezidentimizə Naxçıvana göstərdiyi diqqət və qayğıya görə sonsuz minnətdarıq

20:33
09 Mart

Prezident Ərdoğan: Qardaş ölkələrlə, xüsusən də Azərbaycanla həmrəyik  

20:25
09 Mart

Nazirlərdən ortaq mesaj: Qonşu ölkələrin suverenliyinə yönəlmiş hücumlar qəbuledilməzdir  

20:07
09 Mart

Bakı-Naxçıvan aviareysi üzrə təyyarə Naxçıvan Beynəlxalq Hava Limanına eniş edib 

19:53
09 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:50
09 Mart

Meksikanın İrandakı səfiri təxliyə olunub 

19:43
09 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!