09 Dekabr 2023 16:18
639
Mədəniyyət
A- A+

Moskvada Əsgər Məmmədovun “Nar dastanı” adlı rəsm sərgisi açılıb

 

Moskvada, M.İ.Rudomino adına Rusiya Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycanın və Rusiyanın Əməkdar rəssamı Əsgər Məmmədovun “Nar dastanı” adlı sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunmuş sərgidə rəssamın milli koloritli natürmortları, portretləri nümayiş etdirilir. Azərbaycanın simvolu kimi təqdim olunan nar rəsmlərində fəlsəfə ilə poeziyanın harmoniyası əksini tapıb.

Sərginin açılışında çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, Əsgər Məmmədov Qarabağda dünyaya göz açmış və Qarabağ münaqişəsinin bütün çətinliklərini yaşamış bir insandır. “Təəssüf ki, Əsgər Məmmədov böyük faciə ilə üzləşmişdi. Onun Qarabağdakı evi yanmış və bütün əsərləri də bu faciə zamanı məhv olmuşdu. Buna baxmayaraq, Əsgər Məmmədov güclü iradə nümayiş etdirib, xeyrin şərə qalib gələcəyinə hər zaman inanıb. O, artıq çox illərdir Moskvada yaşayır və Azərbaycan, Qarabağa həsr olunmuş rəsm əsərləri ilə bizi sevindirir”, - deyə səfir bildirib.

Diplomat Rusiyada geniş mədəniyyət layihələri həyata keçirən, Rusiya ilə Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin qorunub saxlanılmasında xidmətləri olan Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. “Heydər Əliyev İli” Rusiya Federasiyasında geniş qeyd olunur. Heydər Əliyev xalqlarımızı və ölkələrimizi birləşdirən bir şəxsiyyətdir. Görkəmli dövlət xadimi Heydər Əliyev ölkələrimizin dostluq və mehribanlıq şəraitində yaşaması üçün çox işlər görüb”, - deyə Polad Bülbüloğlu qeyd edib.

M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Pavel Kuzmin, kitabxananın Xüsusi Sərgi Layihələri Mərkəzinin rəhbəri Lyudmila Skaçkova və başqaları rəssamın həyat və yaradıcılığından danışıblar. Bildirilib ki, Əsgər Məmmədovun əl işlərində mənzərə, natürmort, portret və qrafika üslubuna rast gəlmək olar. Bununla yanaşı, rəssamın əsərlərində Azərbaycan folklorunun, çoxəsrlik miniatür sənətinin təsiri də sezilir.

Əsgər Məmmədov sərginin təşkilinə görə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə və onun yaradıcılığına maraq göstərərək sərgini ziyarət edən hər kəsə təşəkkürünü bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video