26 Sentyabr 2024 16:07
3081
Elm və texnika
A- A+
Moskva şəhərində Rusiya-Azərbaycan Elm və Təhsil Forumu keçirilib

Moskva şəhərində Rusiya-Azərbaycan Elm və Təhsil Forumu keçirilib

Moskva Dövlət Universitetinin İntellektual Mərkəzində – Fundamental Kitabxanada Rusiyanın elm və ali təhsil naziri Valeri Falkov, Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Rusiya Rektorlar İttifaqının prezidenti, Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçinin iştirakı ilə I Rusiya-Azərbaycan Elm və Təhsil Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, foruma iki ölkədən 70-dən çox ali təhsil müəssisəsinin nümayəndələri qatılıblar. Forumda müvafiq dövlət qurumlarının, Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının elmlər akademiyalarının nümayəndələri təbrik və məruzələrlə çıxış ediblər.

Forum çərçivəsində sessiyalar və ekspert görüşləri keçirilib, Azərbaycan və Rusiyanın ali təhsil və elmi müəssisələri arasında birbaşa əlaqələrin inkişafı, elm sahəsində əməkdaşlığın əsas istiqamətləri, təhsil müəssisələri və özəl sektor arasında əməkdaşlığın həyata keçirilməsi imkanları və digər məsələlər müzakirə edilib.

Forum çərçivəsində, həmçinin Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının iclası keçirilib.

Səfər çərçivəsində nazir müavini Firudin Qurbanov Rusiya Federasiyasının elm və ali təhsil nazirinin müavini Konstantin Moqilevski, maarif nazirinin müavini Andrey Korneyev ilə görüşüb. Sözügedən görüşlər çərçivəsində ikitərəfli əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!