19 Aprel 2025 08:15
564
SİYASƏT
A- A+
Möhkəm təmələ söykənən əməkdaşlıq

Möhkəm təmələ söykənən əməkdaşlıq


Azərbaycan Çinin Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşıdır


Dünyanın siyasi və iqtisadi mərkəzindən biri, superdövlətlər adlandırdığımız ölkələrdən olan Çin, bu gün Cənubi Qafqazın lider ölkəsi Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verir. 

Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Çin ilə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Azərbaycan və Çin arasında möhkəm təmələ söykənən tərəfdaşlıq münasibətləri, qarşılıqlı hörmətə, beynəlxalq hüquq və prinsiplərə əsaslanan diplomatik əlaqələr mövcuddur. 

İki ölkə arasında əməkdaşlığın böyük tarixi var. Qədim İpək yolunun Çindən başlayaraq Hindistan, Tacikistan, Özbəkistan, İran və ölkəmizə, buradan isə Avropaya qədər uzanması Azərbaycan və Çin arasında əlaqələri bir çox istiqamətdə inkişaf etdirib. Ölkələrimizin münasibətlərini əks etdirən ən yeni tarixə qısa nəzər salsaq görərik ki, 1992-ci ilin avqustunda ÇXR-in Azərbaycanda səfirliyi açılıb, 1993-cü il dekabrın 1-də isə ilk səfir təyin edilib. 1993-cü il sentyabrın 3-də Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ölkəmizin Çin Xalq Respublikasında səfirliyinin açılması haqqında qərar qəbul edilib.

Çin böyük imkanlara və nüfuza malik dünya dövləti, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Çin də Bakı ilə münasibətlərini yüksək qiymətləndirir, çünki Azərbaycan "Orta dəhliz"də əsas ölkədir. Azərbaycan Çin ilə Avropa arasında nəqliyyat prosesində mühüm rol oynayır və ölkəmizin nəqliyyat-logistika imkanları beynəlxalq yükdaşımalarında böyük əhəmiyyətə malikdir. Azərbaycan Çindən Avropaya və əks-istiqamətdə qatarlarla və digər nəqliyyat vasitələri ilə yükdaşımaların artırılmasını tam şəkildə dəstəkləyir. 

Azərbaycanla Çinin arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq iqtisadi əlaqələrin inkişafına təkan verib. Ticarət dövriyyəsi artmaqdadır.

Əlaqələrin möhkəmlənməsinin və getdikcə daha da şaxələnməsinin əsas səbəbi Prezident İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasındakı səmimi dostluq münasibətləridir. İki dövlət başçısı arasındakı şəxsi dostluq münasibətləri bu əlaqələrin inkişafında mühüm rol oynayır. 

Ötən il Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"nin qəbul olunması isə münasibətlərin getdikcə daha da inkişaf edəcəyini söyləməyə əsas verir. 

Həmin sənəddə yazılıb ki, tərəflər strateji tərəfdaşlıq qurur, ikitərəfli münasibətlərin təməl prinsipləri olan qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıqdan çıxış edirlər. Tərəflər bir-birini prioritet və etibarlı tərəfdaş hesab edir və xarici amillərdən asılı olmayaraq, ikitərəfli münasibətlər üzrə siyasətlərini müstəqil şəkildə müəyyənləşdirirlər. 

Həmçinin tərəflər ikitərəfli əlaqələrin genişləndirilməsi və inkişafında Azərbaycan və Çin qanunverici orqanları arasında əməkdaşlığın mühüm rolunu qeyd edirlər. Tərəflər bu kontekstdə iki ölkənin qanunverici orqanları arasında müxtəlif sahələrdə və müxtəlif səviyyələrdə, o cümlədən müvafiq beynəlxalq və regional təşkilatlar çərçivəsində mübadilə və əməkdaşlığın fəallaşmasını vurğulayırlar.

İki ölkə beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirməyə, ortaq maraqları birgə müdafiə etməyə, regional və qlobal sülhə, sabitliyə və inkişafa birgə töhfə verməyə qərarlıdır və Azərbaycan "Vahid Çin" prinsipini hər zaman dəstəkləyir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Çin də Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə daim hörmətlə yanaşır.

İki ölkə arasındakı iqtisadi-ticari əlaqələr hər il daha da genişlənir. Azərbaycan ilə Çin arasında ikitərəfli ticarət dövriyyəsinin həcmi 2023-cü illə müqayisədə 2024-cü ildə 44 faiz çoxalaraq, 3,1 milyard dollara çatıb. Çin hazırda Azərbaycanın 4 əsas ticarət tərəfdaşından biridir. 

2025-ci ilin yanvar ayında Azərbaycanla Çin arasında ticarət əməliyyatlarının həcmi 379,5 milyon ABŞ dolları təşkil edib. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 160,3 milyon dollar və ya 73,1 faiz çoxdur. Çin ilə idxal-ixrac əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 7,46 faizini təşkil edib. Cari ilin ilk ayında ölkəmiz Çinə 1,1 milyon dollar dəyərində məhsul ixrac edib.

Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkə Çin olub. Belə ki, Uzaq Şərqdəki ticarət tərəfdaşımızdan aldığımız məhsullar 2024-cü ilin ilk ayı ilə müqayisədə 160,6 milyon dollar və ya 73,7 faiz artaraq 378,4 milyon dollara çatıb. Bu ilin yanvar ayında Çin ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 18,44 faizini təşkil edib.

İki ölkənin iqtisadi əlaqələrində nəqliyyat-logistika sahəsi xüsusi önəm kəsb edir. Çünki Azərbaycan coğrafi və geosiyasi mövqeyi sayəsində tarixən Şərq ilə Qərb arasında körpü rolunu oynayıb. Hazırda ən azı 3 böyük nəqliyyat dəhlizi Azərbaycan ərazisindən keçir. Bu mənada Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu - Orta dəhliz xüsusi əhəmiyyət daşıyır. Ölkələrimiz strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədə "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində bütün sahələrdə praktiki əməkdaşlığı inkişaf etdirməyə sadiq olduqlarını rəsmən bildiriblər.

Çində 5 "Azərbaycan Ticarət Evi" fəaliyyət göstərir. Pekin, Sian, Çindao, Canciaciye, Çendu şəhərlərində açılan ticarət evlərindən başqa, Azərbaycanın Şanxay, Harbin, Cinan və Uhan şəhərində 4 ticarət bölməsi, Urumçi və Şanxayda isə 3 "Şərab evi" də açılıb. Ticarət evləri "Made in Azerbaijan" brendi ilə istehsal olunan ixracyönümlü və rəqabətqabiliyyətli məhsulların Çin bazarında daha çox tanıdılmasına, eləcə də Azərbaycan məhsullarının ixracının təşviqinə və genişləndirilməsinə çox böyük təsir göstərir.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xankəndi, Ağdərə və Xocalıda sükut dəqiqəsi – 20 Yanvar şəhidlərinin xatirəsi anıldı  

12:57
20 Yanvar

İsrailli politoloq: 20 Yanvar təkcə faciə deyil, insanlıq və ləyaqət dərsidir  

12:56
20 Yanvar

Donald Tramp Emmanuel Makronu Fransa şərablarına 200 faizlik rüsumla hədələyib  

12:55
20 Yanvar

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Ağdam şəhərindəki Şəhidlər xiyabanına yürüş keçirilib  

12:51
20 Yanvar

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib  

12:50
20 Yanvar

“TRT Haber”: Qanlı 20 Yanvar hadisələri Azərbaycan xalqının azadlıq və müstəqillik əzmini gücləndirdi  

12:46
20 Yanvar

Qazaxıstan Prezidenti: Aral dənizinin xilası bəşəriyyət üçün aktual məsələdir  

12:31
20 Yanvar

Müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciət edib  

12:28
20 Yanvar

20 Yanvar şəhidlərinin əziz xatirəsi Berlində dərin ehtiramla yad olunub VİDEO  

12:21
20 Yanvar

Naxçıvanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO  

12:16
20 Yanvar

Türkiyənin Almaniyadakı səfiri: 20 Yanvar faciəsi Azərbaycanın müstəqillik mübarizəsində mühüm dönüş nöqtəsidir

12:11
20 Yanvar

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib  

12:08
20 Yanvar

Bakı metrosunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb  

12:02
20 Yanvar

Milli Məclisin kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

11:57
20 Yanvar

Ombudsman Aparatının kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

11:47
20 Yanvar

Prezident İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib FOTOLAR YENİLƏNƏCƏK  

11:38
20 Yanvar

20 Yanvar şəhidlərinin xatirəsi daim uca tutulacaqdır

10:11
20 Yanvar

Qeydə alınan zəlzələ təkanları təhlükə yaratmır

09:40
20 Yanvar

Azərbaycan ritmini dünyada təbliğ edən sənətkar

09:35
20 Yanvar

Mingəçevir - Kür üstündə nur şəhəri  

09:30
20 Yanvar

Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 5,5 faiz artıb

09:25
20 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!