07 Dekabr 2024 19:03
516
İDMAN
A- A+
Misli Premyer Liqası: "Araz-Naxçıvan" "Səbail"i məğlub edib

Misli Premyer Liqası: "Araz-Naxçıvan" "Səbail"i məğlub edib

"Araz-Naxçıvan" Misli Premyer Liqasında XVI turun ilk oyununda "Səbail"i məğlub edib.  “ASCO Arena”da keçirilən matç naxçıvanlıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. 45+2-ci dəqiqədə Ramon Maçado penaltini dəqiq yerinə yetirib. 56-cı dəqiqədə Bernardo Dias üstünlüyü artırıb.

Bu nəticədən sonra xallarını sayını 39-a çatdıran "Araz-Naxçıvan"  klubu birinci pillədə qərarlaşıb. 

Günün ikinci matçında "Sabah" öz stadionunda "Qarabağ"la qarşılaşır.

Turun digər oyunları  dekabrın 8-9-da keçiriləcək.

Rizvan CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!