27 Aprel 2025 08:55
702
İQTİSADİYYAT
A- A+
Mingəçevirdə həftə ərzində daha 3600 ağac və gül kolu əkilmişdir

Mingəçevirdə həftə ərzində daha 3600 ağac və gül kolu əkilmişdir


Mingəçevirdə şəhər icra hakimiyyətinin  təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.

Aksiyada şəhər rəhbərliyi, YAP şəhər təşkilatının, Mingəçevir Bələdiyyəsinin üzvləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Tədbir öncəsi çıxış edən ŞİH-in başçısı İlham İsmayılov bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30 ili, Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü münasibətilə Prezident İlham Əliyev 2025-ci ili "Konstitusiya və Suverenlik İli" elan etmişdir: "Bununla bağlı şəhər icra hakimiyyətində təşkilat komitəsi yaradılmış və tədbirlər planı hazırlanmışdır. Həmin plana  əsasən, şəhərimizin idarə və müəssisələrində konfranslar, forumlar, "dəyirmi masa"lar, seminarlar, müsabiqələr, müxtəlif mədəni-kütləvi tədbirlər keçirilir. Şəhərimizin yaşıllıq zolaqlarının genişləndirilməsinə xidmət edən ağacəkmə aksiyalarının keçirilməsi də həmin tədbirlər sırasındadır".

Sonra iştirakçılar ərazidə Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin işçilərinin əvvəlcədən hazırladıqları çalalara 200 küknar, şam və sərv ağaclarının tinglərini əkmişlər. Ümumiyyətlə, həftə ərzində şəhərin müxtəlif ərazilərindəki yaşıllıq zolaqları daha 600 həmişəyaşıl ağac tingi və 3000 mövsümi gül kolları ilə genişlənmişdir.


Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!