Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb
Milli Məclisin sədri Sahibə Qafarova Beynəlxalq Parlamentarilər Konqresinin baş katibi, senator Sitarə Ayaz ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti və tədbir çərçivəsində keçirilən müzakirələr haqqında fikir mübadiləsi aparılıb. Bakının ev sahibliyi ilə tədbirin təşkili, Azərbaycanın mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa töhfələri yüksək qiymətləndirilib.
Söhbət zamanı, həmçinin Azərbaycan Milli Məclisi ilə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair də müzakirələr aparılıb. Azərbaycan parlamentinin təşkilatın fəaliyyətində yaxından iştirak etdiyi, Milli Məclisin Beynəlxalq Parlamentarilər Konqresinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, Asiya Parlament Assambleyası və Türk Dövlətləri Parlament Assambleyası ilə institusional əməkdaşlığının qurulmasında mühüm rolu qeyd edilib.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər mövzular haqqında da fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi trakt...
17 May
Alessandra Rokasalvo: Azərbaycanın böyük yaşıl enerji potensialı var
17 May
Bəzi yerlərdə fasilələrlə yağış, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var ...
17 May
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər YENİLƏNƏCƏK ...
17 May
Faktiki hava: Dağlıq ərazilərdə 4 dərəcəyədək şaxta qeydə alınıb
17 May
NBA: “Minnesota Timbervulvz” seriyanı bərabərləşdirib
17 May
“Middle East Monitor” jurnalı Azərbaycanın yaşıl iqtisadiyyata keçid prosesindən yazıb ...
17 May
Küveyt Azərbaycanla səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır ...
17 May
Şuşa hər zaman Türk dünyasının mənəvi paytaxtı olaraq qalacaq
17 May
XİN: Fransa tərəfi Azərbaycanla bağlı son açıqlamasına görə üzr istəməlidir
17 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!