02 May 2024 19:30
1267
PARLAMENT
A- A+

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

 

Mayın 2-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti Ciorcio Mule ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəni irsin qorunmasında qanunvericiliyin rolu və qabaqcıl təcrübələr” mövzusuna həsr olunmuş Parlamentlərarası Konfransın əhəmiyyətinə dair müzakirələr aparılıb. Milli Məclisin sədri bu cür forumların mədəni irsin qorunmasında, mədəniyyətlərarası dialoqun güclənməsində, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərinin müzakirə edilməsində mühüm rol oynadığını qeyd edib, İtaliyanın Avropada ən zəngin mədəniyyətə malik ölkələrdən biri və Azərbaycana dost ölkə olduğunu söyləyib.

Görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq bildirilərək, qeyd edilib ki, bu gün Azərbaycan və İtaliya iki yaxın dost və strateji tərəfdaşdırlar. Əlaqələrimizin bu səviyyəyə çatmasında ali səviyyədə həyata keçirilən qarşılıqlı səfərlər, aparılan danışıqlar əhəmiyyətli rol oynayıb. Söhbət zamanı, münasibətlərimizin inkişafında parlamentlərin də vacib rolu diqqətə çatdırılıb. Son illərdə Milli Məclislə İtaliya parlamentinin hər iki palatası arasında sıx əməkdaşlıq yarandığı qeyd edilib.

İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti Ciorcio Mule VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakından məmnunluğunu ifadə edib.

Qonaq müasir Azərbaycanın inkişafı və qazandığı uğurlar, parlamentlərarası dostluq qruplarının fəaliyyəti, COP29 kimi mühüm tədbirin ölkəmizdə keçirilməsi barədə fikirlərini bölüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video