19 May 2025 19:57
592
SİYASƏT
A- A+
Milli Məclisin sədri İspaniya Krallığı Senatının sədri ilə görüşüb

Milli Məclisin sədri İspaniya Krallığı Senatının sədri ilə görüşüb


Milli Məclisin sədri Sahibə Qafarova İspaniya Krallığına rəsmi səfəri çərçivəsində həmin ölkə Senatının sədri Pedro Rollanla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Senat sədri Pedro Rollan ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsində maraqlı olduqlarını söyləyib. O, Senatın parlamentlər arasında əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verdiyini, eyni zamanda, hökumətlər arasında əməkdaşlığı da dəstəkləməyə hazır olduğunu bildirib.

Senatın sədri Azərbaycanın iqtisadi inkişaf göstəricilərini təqdir edərək, ispan şirkətlərinin ölkəmizdə, xüsusilə nəqliyyat sahəsində fəaliyyətini dəstəklədiklərini vurğulayıb. O, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığı da yüksək qiymətləndirdiklərini söyləyib.

Milli Məclisin sədri Sahibə Qafarova öz növbəsində Azərbaycanla İspaniya arasında bir sıra sahələrdə əməkdaşlığın uğurlu inkişafını qeyd edib, o cümlədən iqtisadi sahədə müsbət əməkdaşlıq təcrübəsinin mövcud olduğunu söyləyib. Spiker Sahibə Qafarova bir sıra digər sahələrdə də əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.

Milli Məclisin sədri son dövrlərdə siyasi əlaqələrin inkişafında müsbət dinamikanın müşahidə olunduğunu bildirərək, İspaniya Krallığı Hökumətinin sədri Pedro Sançezin COP29 çərçivəsində ölkəmizə səfəri, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü və həmin görüş zamanı əlaqələrin inkişafı üzrə əldə olunmuş razılıqları qeyd edib.

Senatın sədri də COP29-da iştirak etmək məqsədilə İspaniya Krallığı Hökumətinin sədri Pedro Sançezlə yanaşı, senat üzvlərinin də Azərbaycana səfər etdiklərini xatırladaraq, senatorların bu mühüm beynəlxalq tədbirin möhtəşəm təşkilini, eyni zamanda, Azərbaycan cəmiyyətinin dinamikliyini müşahidə etdiklərini söyləyib.

Söhbət zamanı spiker Sahibə Qafarova parlamentlər arasında əməkdaşlığın inkişafının əhəmiyyətini vurğulayıb. Bu çərçivədə parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi diqqətə çatdırılıb. Görüşdə, eyni zamanda, parlament komitələri arasında əməkdaşlığın qurulması barədə də fikir mübadiləsi aparılıb.

Söhbət zamanı ölkələrimiz arasında humanitar sahədə əməkdaşlıq məsələləri də nəzərdən keçirilib. Təhsil, mədəniyyət sahəsində əlaqələrin xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdığı qeyd edilib. Pedro Rollan ölkəmizdə ispan dilinə göstərilən maraq və diqqətə görə təşəkkürünü ifadə edib.

Görüşdə multikultural dəyərlərə hörmətin Azərbaycanla İspaniyanı birləşdirən xüsusiyyətlərdən biri olduğu da vurğulanıb.

Qeyd edək ki, görüşdən əvvəl spiker Sahibə Qafarova xatirə kitabını imzalayıb. Həmçinin Azərbaycan parlament nümayəndə heyəti İspaniya Krallığı Senatının plenar iclas zalı ilə tanış olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hörmüz boğazında vəziyyət düzəlməsə...

09:10
15 Aprel

Dünya Bankı: Neft qiymətləri baxımından aprel ayı daha gərgin olacaq

09:09
15 Aprel

"Mesenat" Hacıya xalq ehtiramının bədii ifadəsidir

09:05
15 Aprel

Keçmişə ehtiramla, gələcəyə məsuliyyətlə

09:00
15 Aprel

Təbiəti qoruyaq, gələcəyimizi xilas edək

08:55
15 Aprel

Ermənistanda seçkilər "ölüm-qalım" mübarizəsinə çevrilib

08:50
15 Aprel

"Reklam həkim"

08:45
15 Aprel

Dünyanın "Qordi düyünü" - Hörmüz boğazı

08:40
15 Aprel

WUF13: gələcəyin şəhərlərini formalaşdıran qlobal platforma

08:35
15 Aprel

"Ağıllı ev" sahibi olmağın üstünlükləri

08:30
15 Aprel

İşıq həyatının mənası idi

08:25
15 Aprel

Ermənistan Azərbaycan vasitəsilə iqtisadi blokadadan xilas olur

08:20
15 Aprel

Qlobal enerji böhranı Azərbaycan üçün risk yaratmır

08:15
15 Aprel

Bakının sülh körpüsü

08:10
15 Aprel

Üç ayda ölkəmizdə 6,6 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib

08:05
15 Aprel

MİLYONLARA SEVİNC BƏXŞ EDƏN BÖYÜK ÜRƏK SAHİBİ

08:00
15 Aprel

Fransa Azərbaycanlıları Koordinasiya Şurasının növbəti görüşü olub  

07:53
15 Aprel

Media: ABŞ İranla iş apardıqlarına görə Çin, BƏƏ və Oman banklarını sanksiyalarla hədələyir  

07:41
15 Aprel

Vens: ABŞ iqtisadi münasibətləri normallaşdırmaq üçün İranla razılığa gəlməyə çalışır

07:38
15 Aprel

Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşib

07:33
15 Aprel

UNESCO İcraiyyə Şurasının 224-cü sessiyasında Azərbaycanın bəyanatı səsləndirilib  

07:32
15 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!