26 Yanvar 2024 23:55
2694
PARLAMENT
A- A+
Milli Məclisin sədri Avropa Şurasına üzv dövlətlərin parlament sədrlərinə məktub ünvanlayıb

Milli Məclisin sədri Avropa Şurasına üzv dövlətlərin parlament sədrlərinə məktub ünvanlayıb

 

Yanvarın 26-da Milli Məclisin sədri Sahibə Qafarova parlamentin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) təmsil olunan nümayəndə heyətinin AŞPA-nın qış sessiyası zamanı üzləşdiyi əsassız ittihamlar barədə Avropa Şurasına üzv dövlətlərin parlament sədrlərinə məktub ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, məktubda Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əlaqələrin mahiyyətinə toxunulur. Qeyd edilir ki, Azərbaycan Respublikası 2001-ci ildə ölkədə insan hüquqlarını və qanunun aliliyini daha yaxşı təbliğ etmək və müdafiə etmək niyyəti ilə Avropa Şurasına üzv olmuşdur. Ölkəmizin fundamental insan hüquqlarının və qanunun aliliyinin müdafiəsi üçün yaradılmış bu qurumla dialoq və əməkdaşlıq vasitəsilə üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirmək istiqamətində göstərdiyi səylər diqqətə çatdırılır.

Diqqətə çatdırılır ki, bu müddət ərzində ölkəmizin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktına, bu ərazilərdə aparılan etnik təmizləmə siyasətinə, yüz minlərlə azərbaycanlı qaçqın və məcbur köçkünün pozulmuş hüquqlarına Avropa Şurasının biganə qalmayacağına dair gözləntiləri puç olmuşdur. Azərbaycan hər zaman regionumuzda davamlı sülhə nail olmaq üçün Avropa Şurası və onun qurumlarının köməyi və dəstəyi ilə ədalətin siyasi mülahizələrə qələbə çalaraq üstün olacağına ümid edib. Məhz Azərbaycan öz ərazilərinin 30 ilə yaxın davam edən işğalına baxmayaraq, münaqişənin sülh yolu ilə həlli prosesində iştirak etməyə davam etməklə bu istiqamətdə səylərini əsirgəməyib, eyni zamanda, Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə böyük əhəmiyyət verib.

Məktubda bildirilir ki, bu gün təcavüzkarla qurbana münasibətdə süni tarazlığın mövcud olduğu Avropa Şurasında fundamental dəyərlərin tənəzzülü təəssüf doğurur. Eyni zamanda, azərbaycanlıların etnik təmizləmə siyasətinin qurbanı olması, onların əsas hüquqlarının pozulması faktına qurum çərçivəsində uzun illər ərzində göz yumulub, bu məsələ ilə bağlı Azərbaycanla müxtəlif səviyyələrdə əsaslı dialoqdan yayınılıb.

Qeyd olunur ki, bu yanaşmaya rəğmən, Azərbaycan hər zaman Avropa Şurası Parlament Assambleyasının bir sıra üzvləri və müxtəlif qruplaşmalardan gələn qərəzli və əsassız təzyiqlərə qarşı mübarizə aparıb. Məktubda Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bu dəfə də parlament nümayəndə heyətimizin AŞPA-dakı səlahiyyətlərinin “əsaslı” səbəblərdən mübahisələndirilməsi kimi növbəti riyakar kampaniya ilə üzləşdiyi bildirilir. Vurğulanır ki, göstərilən səbəblər həqiqəti əks etdirmir, heç bir əsası yoxdur.

Eyni zamanda, bildirilir ki, bu addım Azərbaycanın Avropa Şurası və onun qurumları ilə indiyə qədər həyata keçirdiyi əməkdaşlığa, habelə son razılaşmalara da kölgə salır. Ölkəmiz Avropa Şurasına üzv olduğu vaxtdan qurumun 65-ə yaxın sazişinə qoşulmuş, insan hüquqlarının bərabər şərtlərlə daha səmərəli müdafiəsi üçün milli qanunvericiliyini Avropa Şurasının standartlarına uyğunlaşdırmışdır. Azərbaycan təşkilatın qurumları ilə sıx əməkdaşlıq edir. Məktubda bundan başqa, ölkəmizin Avropa Şurası ilə insan alverinə və məişət zorakılığına qarşı mübarizə, habelə uşaqların müdafiəsi sahələrində də əməkdaşlığı qeyd olunub. Azərbaycanın Avropa Şurası ilə İslam Əməkdaşlıq Təşkilatı arasında mədəniyyətlərarası dialoqun təşviqi üzrə Bakı Prosesi kimi tanınan ilk əməkdaşlıq platformasının təşəbbüskarı olduğu bildirilib.

Məktubda nəzərə çatdırılır ki, parlament nümayəndə heyətimizin səlahiyyətlərinin Azərbaycanın qurumla əməkdaşlığı çərçivəsində, Avropa Şurasının insan hüquqları üzrə komissarının və Baş katibinin ölkəmizə yüksək səviyyəli səfərlərinin, eləcə də milli azlıqların müdafiəsi üzrə Çərçivə Konvensiyasının məşvərət komitəsi ilə davam edən əməkdaşlığı fonunda mübahisələndirilməsi faktı iddianın əsassız, siyasi motivli və qərəz xarakterli olduğunun sübutudur. AŞPA üzvləri tərəfindən Azərbaycana qarşı irəli sürülən ittihamlar digər beynəlxalq qurumların, əsasən də bu yaxınlarda Azərbaycana səfər etmiş Avropa Şurasının təmsilçilərinin birbaşa müşahidələrini və gəldikləri nəticələri əks etdirmir.

Vurğulanır ki, qeyd olunan faktları və AŞPA-nın bəzi üzvlərinin mövqeyini nəzərdən keçirdikdən sonra biz bu addımı qətiyyətlə rədd edirik. Azərbaycana qarşı qeyd olunan son dərəcə məsuliyyətsiz davranışa etiraz olaraq Azərbaycan Respublikası Milli Məclisinin Parlament Assambleyasında iştirakını dayandırmaqdan başqa çarəsi qalmamışdır. Bu akt bütövlükdə Azərbaycana qarşı qərəzli və ikili standartların açıq təzahürüdür, eyni zamanda, Assambleyanın və bütövlükdə Şuranın nüfuzuna ciddi zərbədir.

Bu münasibət Azərbaycan nümayəndə heyətinin AŞPA ilə qarşılıqlı əməkdaşlığını qeyri-mümkün edir və bununla da müxtəlif ölkələrdən olan parlamentarilər arasında dialoq platforması kimi xidmət etmək üçün nəzərdə tutulan bu orqanın əsas məqsəd və məramını pozur. Təəssüf ki, bu vəziyyət Avropa Şurasının bölgəmizlə əlaqəli məsələlərdən, o cümlədən təşkilatın mandatı ilə birbaşa bağlı olan fəaliyyətlərdən daha da təcrid olunmasına səbəb olacaq.

Məktubun sonunda bildirilir ki, AŞPA-da müxtəlif mexanizmlərdən siyasi təzyiq vasitəsi kimi istifadə edilməsinə yönəlmiş belə tendensiya onun qərəzsizliyini və inklüzivliyini təhdid edir və belə davam edəcəyi təqdirdə Avropa Şurasının bütün fəaliyyətinin tam siyasiləşməsi və qütbləşməsi ilə nəticələnəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanlı alpinist 9-cu yüksək zirvəni fəth edib

23:02
19 Aprel

Zelenski: Kiyevdə terror aktından sonra polis orqanlarında kadr islahatları aparılacaq

22:09
19 Aprel

Vens İranla İslamabadda keçiriləcək növbəti danışıqlarda iştirak edəcək

19:28
19 Aprel

Tramp: İranla razılaşma əldə etmək prosesi çox sürətlə getməlidir  

19:08
19 Aprel

Antalya Diplomatiya Forumu başa çatıb

17:28
19 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

16:07
19 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

15:14
19 Aprel

DİM: Bu gün keçirilən imtahanların nəticələri 6 həftədən sonra elan ediləcək  

14:48
19 Aprel

Aktoti Raimkulova: Azərbaycan regionda balanslı və sülhpərvər siyasəti ilə seçilir

14:23
19 Aprel

Antalyada Bakı Türkoloji Qurultayının türk kimliyinə təsirləri barədə danışılıb 

14:13
19 Aprel

Baş Qərargah: Ukrayna “Neptun” raketi ilə Rusiyanın hərbi zavodunu vurub

13:51
19 Aprel

Türk Dil Qurumunun sədri: Əlifba birliyi ortaq dəyərlərimizi daha aydın və hiss olunan səviyyəyə yüksəldəcək  

13:29
19 Aprel

Ramil Həsən: Biz müxtəlif millətlərin planlarının bir hissəsi deyilik, biz eyni millətin övladlarıyıq, türkük  

13:19
19 Aprel

Sultan Raev: Dünya Türk Dilləri Ailəsi Gününün təsis olunması türk irsinin qlobal səviyyədə tanınmasını gücləndirir  

12:59
19 Aprel

Sabaha olan hava proqnozu açıqlanıb

12:39
19 Aprel

Aktoti Raimkulova: Bu gün həyata keçirdiyimiz bir çox təşəbbüs bir əsr əvvəl dövrün ziyalıları tərəfindən irəli sürülən ideyalara əsaslanır  

12:16
19 Aprel

Şahin Mustafayev: Bakı Türkologiya Qurultayında Türk dünyasının gələcəyi baxımından mühüm qərarlar qəbul edilib  

11:47
19 Aprel

TDT-nin Baş katibi: Bakı Türkologiya Qurultayı Türk dünyasının inteqrasiyasının təməlini qoyan tarixi bir mərhələ idi  

11:38
19 Aprel

“Shandian” adlı robot Pekin robot-insan yarımarafonunun qalibi olub

10:57
19 Aprel

Azərbaycan ilə Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb  

10:56
19 Aprel

Nazir Ceyhun Bayramov Tailanda işgüzar səfərə yola düşüb

10:55
19 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!