19 Aprel 2026 14:13
657
SİYASƏT
A- A+
Antalyada Bakı Türkoloji Qurultayının türk kimliyinə təsirləri barədə danışılıb 

Antalyada Bakı Türkoloji Qurultayının türk kimliyinə təsirləri barədə danışılıb 


V Antalya Diplomatiya Forumu çərçivəsində “Bir əsrlik dil və kimlik: Bakı Türkoloji Qurultayından Türk inteqrasiyasına” mövzusunda panel iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, qurultayın 100 illik yubileyinə həsr olunan iclasda Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Omüraliyev, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Aktoti Raimkulova, TÜRKSOY-un Baş katibi Sultan Raev, TÜRKPA-nın Baş katibi Ramil Həsən və Türk Dil Qurumunun sədri Osman Mertin mövzu ilə bağlı fikirlərini bölüşüblər.

TDT-nin Baş katibi çıxışında Bakı Türkologiya Qurultayını yalnız alimlərin geniş toplantısı kimi deyil, həm də bu gün müşahidə etdiyimiz Türk dünyası inteqrasiyasının əsasını qoyan tarixi və intellektual mərhələ kimi qiymətləndirib.

O bildirib ki, bu qurultay həm elmi, həm də praktik səviyyədə birlik ideyasını təşviq edən ilk platforma olmuşdur. Bu baxımdan, İsmayıl bəy Qaspıralı tərəfindən irəli sürülən “dildə, fikirdə və əməldə birlik” prinsipi bu gün də aktuallığını qoruyan əsas istiqamətləndirici ideyalardan biridir.

Şahin Mustafayev isə 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın Türk dünyası tarixində son dərəcə mühüm bir hadisə olduğunu vurğulayıb, bu hadisənin tarixi əhəmiyyətini daha yaxşı anlamaq və düzgün qiymətləndirmək üçün, qurultayın keçirildiyi dövrün tarixi-siyasi mühiti və həmin dövrdəki şəraitinin mütləq nəzərə alınmasının zəruriliyini qeyd edib.

“Türk tarixində ilk dəfə olaraq bu qurultay çərçivəsində Sibirdən Krıma, Anadoludan digər geniş coğrafiyalara qədər yaşayan türk xalqlarının nümayəndələri bir araya gəldilər. Onlar ortaq mədəniyyət, dil, tarix və gələcək ilə bağlı fikirlərini sərbəst şəkildə ifadə etmək imkanı qazandılar. Eyni zamanda türkçülük ideyasının inkişafı və Türk dünyasının gələcəyi baxımından mühüm qərarlar qəbul edilib”,- deyə Şahin Mustafayev bildirib.

Aktoti Raimkulova qeyd edib ki, hələ Birinci Türkoloji Qurultayın qətnamələrində türk xalqlarının maddi və mədəni abidələrinin öyrənilməsinə və qorunmasına ciddi diqqət yetirilməsi, qədim irsin düzgün qeydiyyatı və sənədləşdirilməsi, eləcə də bir çox abidələrin məhv edilməsi təhlükəsi nəzərə alınaraq onların qorunması üçün təxirəsalınmaz tədbirlərin görülməsi tövsiyə olunub.

Bunun çox mühüm bir sahiblənmə və davamlılığın göstəricisi olduğunu qeyd edin natiq deyib: “Bu gün həyata keçirdiyimiz bir çox təşəbbüs təxminən bir əsr əvvəl dövrün görkəmli alimləri və ziyalıları tərəfindən irəli sürülən ideyalara əsaslanır”.

TÜRKSOY-un Baş katibi isə bildirib ki, UNESCO tərəfindən 15 dekabr tarixinin Dünya Türk Dilləri Ailəsi Günü kimi təsis edilməsi türk irsinin, türk dillərinin və mədəni birliyin qlobal səviyyədə tanınmasını gücləndirən mühüm addımdır.

Bu qərarın ötən ilin noyabr ayında UNESCO-nun Səmərqənd şəhərində keçirilən Baş Konfransında qəbul olunduğunu xatırladan Sultan Raev türk dilinin ortaq mədəni və mənəvi dəyərlərimizin rəmzi olmaqla yanaşı birliyimizin göstəricisi kimi də ön planda durduğunu vurğulayıb.

“Türkologiya sahəsində çalışan görkəmli alimlərin və ziyalıların başladığı yol bu gün dövlət başçılarımız və Türk Dövlətləri Təşkilatı tərəfindən uğurla davam etdirilir. Bu gün biz xoşbəxtik ki, belə panellərdə sərbəst şəkildə iştirak edir, öz bayraqlarımız altında yaşayır, nəfəs alır və türk olduğumuzla qürur duyuruq. Bu uğurlar asan əldə olunmayıb. 1926-cı ildə bu fikirləri ifadə edən insanlar sonradan təzyiqlərə məruz qalıblar”- bu fikirləri isə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən iclasda çıxışı zamanı bildirib.

O, deyib: “Unutmalıyıq ki, fevralın 26-da başlayan və martın 5-də başa çatan, 131 nümayəndənin iştirak etdiyi bir konqresdən danışırıq. Onların 92-si türk olaraq qeyd olunub, 3 nəfər isə “Türkiyə türkü” kimi göstərilib. Beləliklə, ümumilikdə 135 nümayəndədən söhbət gedir. Onların 95-i türk idi, lakin 92-si Sovet İttifaqı daxilində yaşayan türklər idi. Bu fakt bir şeyi açıq şəkildə göstərir, biz müxtəlif millətlərin planlarının bir hissəsi deyilik, biz eyni millətin övladlarıyıq, türkük”,- deyə Baş katib bildirib.

Türk Dil Qurumunun sədri isə çıxışında qeyd edib ki, türkdilli respublikaların ləhcələri arasında qarşılıqlı anlaşılma səviyyələri fərqli olsa da, söz ehtiyatımızın təxminən 85 faizi ortaqdır. Türk dillərinin kök sözlərinin isə demək olar ki, 100 faizi ortaqdır. Əlifba birliyi nəticəsində bu görünməyən mədəni amillər görünən hala gələcək, ortaq olduğumuz daha aydın hiss ediləcək.

O, deyib: “Əlifba birliyi, xüsusilə mənsubu olduğumuz kimlik anlayışımızı daha görünən edəcək və ortaq dəyərlərimizi daha hiss olunan səviyyəyə gətirəcək”.

Türkiyənin Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə qurultayın 100 illiyinə həsr edilən panel Türk dünyasının birliyinin nümunəsi və tarixi iclas kimi qiymətləndirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan WUF13-lə növbəti dəfə tarix yazır 

08:00
19 May

“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 601 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

03:02
19 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 10 mart tarixli 86 nömrəli, “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nın təsdiq edilməsi haqqında” 2017-ci il 10 mart tarixli 87 nömrəli, “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram”ın təsdiq edilməsi haqqında” 2019-cu il 11 aprel tarixli 157 nömrəli, “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2019-cu il 22 may tarixli 237 nömrəli, “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 23 mart tarixli 106 nömrəli, “Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması və verilməsi Qaydaları”nın təsdiq edilməsi və ixtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləğinin müəyyən edilməsi haqqında” 2024-cü il 20 may tarixli 267 nömrəli, “Müstəqil ekspert sertifikatının əldə edilməsi üçün imtahana buraxılan şəxslərə dair tələblər, imtahanın keçirilmə qaydası və müstəqil ekspert sertifikatının forması və verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2024-cü il 24 may tarixli 277 nömrəli, “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara və taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın qiymətləndirilməsinin nəticələrinə dair sənədin forması və qiymətləndirilmənin aparılmasına görə haqqın məbləği”nin təsdiq edilməsi haqqında” 2024-cü il 1 iyul tarixli 325 nömrəli və “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinə, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərə hazırlığın və yenidən hazırlığın keçirilməsi və qiymətləndirilmənin aparılması qaydasının, qiymətləndirmənin nəticələrinə dair sənədin forması və qiymətləndirilmənin aparılmasına görə haqqın məbləği”nin təsdiq edilməsi haqqında” 2024-cü il 9 iyul tarixli 335 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

03:00
19 May

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi “Ahıllar üçün günərzi qayğı mərkəzlərinin fəaliyyətinin təşkili” (Respublikanın Sumqayıt şəhəri üzrə) adlı təkrar müsabiqə keçirir

02:59
19 May

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi” (Respublikanın Naftalan şəhəri və Astara, Şəmkir rayonları üzrə) adlı təkrar müsabiqə keçirir

02:59
19 May

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Əlilliyi olan uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili" (respublikanın Naftalan şəhəri və Daşkəsən, Oğuz, Samux, Yardımlı, Füzuli rayonları üzrə) adlı təkrar müsabiqə keçirir

02:58
19 May

“Bank Respublika” ASC tərəfindən lombard krediti müştəriləri arasında keçirilən “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərinin SİYAHISI

02:57
19 May

WUF13-də iştirak edən dövlət başçılarının və nümayəndə heyətlərinin şərəfinə rəsmi ziyafət verilib 

23:59
18 May

BTQ layihəsi Gürcüstan, Azərbaycan və Türkiyənin regional logistika və nəqliyyat mərkəzləri kimi rolunu gücləndirir  

22:29
18 May

WUF13: MINURVI sessiyasında şəhərsalma, mənzil siyasəti və dayanıqlı inkişaf vurğulanıb  

21:54
18 May

Bakıda WUF13 çərçivəsində Liderlər Sammiti keçirilib

21:13
18 May

ABŞ rəsmisi: İran mövqeyini dəyişməsə, Birləşmiş Ştatlar danışıqları bombalar vasitəsilə davam etdirməli olacaq  

20:48
18 May

WUF13-ün suriyalı və ruandalı iştirakçıları “ASAN xidmət”də  

20:18
18 May

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimində Azərbaycanla bağlı nümayiş etdirilən videoçarx paylaşılıb VİDEO

20:16
18 May

Meksika səfiri: Bakıda əldə olunan təcrübəni gələcək fəaliyyətlərimizdə nəzərə alacağıq  

20:13
18 May

Tokayev: Orta Dəhliz Avrasiya logistikasının strateji elementinə çevrilir  

20:03
18 May

Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqlənib  

19:51
18 May

Qazaxıstan rəsmiləri WUF13 çərçivəsində “Urban Expo” sərgisi ilə tanış olublar  

19:45
18 May

“Vindzor Kral Atçılıq Şousu - 2026” başa çatıb  

19:41
18 May

İrakli Kobaxidze: Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı bütün detallar razılaşdırılıb

19:17
18 May

Daxili işlər naziri Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb

19:15
18 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!