Milli Məclisin hüquqi statusunun elmi təhlili müasir dövr üçün əhəmiyyət kəsb edir
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdiyi ilk dövrlərdən vətəndaş cəmiyyətinin bərqərar edilməsini, hüquqi və demokratik dövlət quruculuğunu öz inkişafının əsas prioritet istiqamətləri kimi müəyyən etmişdir. 1993-cü ildə xalqımızın dahi oğlu Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə reallaşmağa başlayan bu vəzifələr 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulundan sonra böyük vüsətlə həyata keçirilmişdir.
Azərbaycan Konstitusiyası ölkəmizin gələcək inkişafının əsas meyarlarını müəyyənləşdirməklə digər sahələrlə yanaşı, hüquq sahəsində də ciddi islahatların həyata keçirilməsinə geniş hüquqi baza yaratmışdır. Artıq respublikamızda cəmiyyət həyatının bütün sahələrində irimiqyaslı hüquqi islahatlar həyata keçirilmiş, institusional səviyyədə bir sıra yeni təsisatlar yaradılmış, habelə beynəlxalq birliyə sürətli inteqrasiya, ictimai münasibətlər sisteminin müasir dəyərlərə uyğun şəkildə yenidən tənzim edilməsi sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.
Konstitusiyada demokratik cəmiyyətlərdə bərqərar olunmuş və tarixin sınaqlarından keçmiş bütün dəyərlərlə yanaşı, hakimiyyət bölgüsü prinsipi də təsbit edilmiş, hakimiyyətin hər bir qolunun səlahiyyətinə aid olan məsələlərin dəqiq hüdudları müəyyən edilmişdir.
Hakimiyyətin ən mühüm qollarından biri qanunverici orqandır. Məhz qanunlar dövlətin qanunverici orqanı-parlament tərəfindən qəbul edilir. Azərbaycanda qanunvericilik hakimiyyətini həyata keçirən Milli Məclisin hüquqi vəziyyətinin təhlili, yeni hüquqi reallıqların tədqiqi, bu institutun əsas inkişaf istiqamətlərinin araşdırılması müasir dövrümüz üçün xüsusi əhəmiyyət kəsb edir. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürovun bu yaxınlarda işıq üzü görən "Azərbaycan Respublikası Milli Məclisinin konstitusiya hüquqi statusu" adlı monoqrafiyası da məhz bu məsələyə həsr olunmuşdur. Monoqrafiyada Milli Məclisin konstitusiya hüquqi statusu geniş təhlil edilmişdir. Müəllif hakimiyyət bölgüsü prinsipinin nəzəri əsasları, hakimiyyət bölgüsü sistemində qanunvericilik hakimiyyətinin yeri və rolu, Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinin konstitusiya xarakteristikası, parlamentin fəaliyyət qaydası və qanunvericilik prosesi ilə bağlı məsələləri, habelə parlamenti qanunverici hakimiyyət orqanı kimi xarakterizə edən xüsusiyyətləri ətraflı şəkildə araşdırmışdır. Eyni zamanda, Milli Məclisin təşkili ilə bağlı qanunvericilik təhlil olunmuş və dünya dövlətlərinin parlament praktikası ilə müqayisə edilmişdir.
Kitabın elmi redaktoru Azərbaycanın əməkdar hüquqşünası, Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Murtuz Ələsgərovdur. Rəyçilər Milli Məclis sədrinin birinci müavini, hüquq üzrə fəlsəfə doktoru, professor Ziyafət Əsgərov və Milli Məclis Aparatının rəhbəri, birinci dərəcə dövlət müşaviri, hüquq üzrə fəlsəfə doktoru, əməkdar dövlət qulluqçusu Səfa Mirzəyevdir.
Monoqrafiyada təqdim edilən mövzuların aktuallığı ilk növbədə, Azərbaycan Respublikası parlamentinin - Milli Məclisin vasitəsilə ictimai münasibətlərin hüquqi tənziminin, tədqiqinin, nəzəri və praktiki əhəmiyyətinin əsaslandırılması ilə bağlıdır. Parlamentin fəaliyyəti ölkəmizdə parlamentarizmin yaranması və formalaşdırılması, demokratiyanın gələcək taleyi və inkişaf forması ilə bilavasitə əlaqədardır. Vətəndaşların parlamentdə onların maraqlarını təmsil edən Milli Məclis üzvlərinə münasibəti bir çox hallarda parlamentin dövlət hakimiyyəti orqanları sistemində yerini və parlamentarizmin inkişaf perspektivlərini müəyyən edir.
Müasir dövrdə respublikamızda vətəndaş cəmiyyətinin ilkin təməl əsası kimi hüquqi dövlətin formalaşması Azərbaycan parlamentinin konstitusion statusu, parlamentarizmin həyat qabiliyyətliliyi və perspektivliliyi məsələlərinin xüsusi olaraq aktuallığını göstərir və onları ön plana çəkir. Məlumdur ki, ölkəmizdə təkcə parlamentarizm deyil, həm də prezidentlik institutu və müstəqil məhkəmə hakimiyyəti də formalaşdırılmışdır. Onlardan hər biri bu və ya digər dərəcədə Azərbaycan Respublikasının qanunvericilik orqanı kimi Milli Məclislə qarşılıqlı əlaqədədir. Bu baxımdan Milli Məclisin digər dövlət hakimiyyəti orqanları ilə öz səlahiyyətlərini reallaşdırdığı zaman qarşılıqlı əlaqəsi məsələləri də mühüm aktuallıq kəsb edir.
Azərbaycan Respublikası Milli Məclisinin konstitusion hüquqi statusu ilə bağlı olaraq onun formalaşdırılması prosedurunun araşdırılması da xüsusi əhəmiyyət kəsb edir. Milli Məclisin formalaşdırılması qaydası nəticə etibarilə bütövlükdə parlamentin konstitusiya ilə müəyyən edilmiş səlahiyyətlərinin həyata keçirilməsinə kömək edir. Eyni zamanda, parlamentin formalaşdırılması ölkəmizdə ictimai fikir, çoxpartiyalılıq, azad informasiya vasitələri və s. demokratik institutların inkişafı ilə sıx surətdə bağlıdır. Buna görə də tədqiqat işində Azərbaycan Milli Məclisinin konstitusion statusunun tədqiqi, bütövlükdə onun formalaşdırılması prosesi nəzərdən keçirilir və ölkəmizdə parlamentarizmin inkişafını təmin edən təkliflər irəli sürülür.
Milli Məclisin əsas funksiyaları baxımından onun qanunvericilik səlahiyyəti xüsusi yer tutur. Belə ki, qəbul olunan qanunlar cəmiyyətin ictimai həyatına bilavasitə təsir göstərir. Məhz bu sahədə tədqiqatların aparılması qəbul edilən qanunların keyfiyyətinin yüksəldilməsinə yönəlmiş konkret təkliflər formalaşdırılmasına imkan verəcək.
Tədqiq edilən mövzunun aktuallığı həm də belə bir amillə şərtlənir ki, tarixən bütün Şərqdə parlament tipli ilk demokratik respublika Azərbaycanda qurulmuşdur. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin fəaliyyəti təkcə ölkəmizdə deyil, həmçinin bütün Şərq aləmində parlamentarizm ənənələrinin bərqərar olunması üçün mühüm əhəmiyyət kəsb edir. Həmin fəaliyyətin tarixi baxımdan və müasir dövrdə Milli Məclisin fəaliyyəti ilə müqayisəli şəkildə elmi təhlili ölkəmizdə parlamentarizmin formalaşması və inkişafı prosesini izləməyə, onun gələcək perspektivlərini müəyyənləşdirməyə kömək edə bilər. Bütün bunlar qanunvericilik hakimiyyəti orqanı kimi ölkə parlamentinin - Milli Məclisin konstitusiya - hüquqi statusu, təşkili və fəaliyyət qaydası, səlahiyyəti, qanunvericilik prosesi ilə əlaqədar məsələlərin elmi cəhətdən kompleks şəkildə araşdırılmasına zərurət yaratmaqla tədqiqat mövzusunun aktuallığını göstərir.
Yuxarıda qeyd olunan məsələlər monoqrafiyada dörd fəsildə geniş şəkildə araşdırılmışdır. Birinci fəsildə hakimiyyət bölgüsü sistemində qanunvericilik hakimiyyəti məsələləri, ikinci fəsildə Milli Məclisin formalaşdırılması və səlahiyyətlərinin konstitusiya xarakteristikası, üçüncü fəsildə parlamentin fəaliyyət qaydası və qanunvericilik prosesi tədqiq olunmuşdur. Dördüncü fəsildə Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlərin dairəsindən söz açılmışdır. Sonuncu fəsildə həm də aparılan araşdırmalardan sonra müəllifin gəldiyi nəticələr və qanunvericiliyin təkmilləşdirilməsi üzrə elmi cəhətdən əsaslandırdığı təkliflər yer almışdır.
Monoqrafiyada hakimiyyətin bölünməsi, parlamentin konstitusion hüquqi statusu, Azərbaycan Respublikasında parlamentarizmin müasir vəziyyəti və inkişaf perspektivləri ilə bağlı əsərlərdən istifadə edilmiş və eyni zamanda, elmi ədəbiyyat təhlil olunmuşdur. Monoqrafiyada nəzərdə tutulan müddəalar Azərbaycan Respublikası Milli Məclisinin qanunyaratma fəaliyyətinin araşdırılması, parlamentin səlahiyyətlərinin fərqləndirilməsi üzrə gələcək elmi tədqiqatlarda, eləcə də qanun yaradıcılığı sahəsində təcrübədə yaranan bir sıra məsələlərin həll edilməsində istifadə oluna bilər.
Monoqrafiya əsas etibarilə elmi işçilər, ali təhsil müəssisələrinin hüquq fakültələrinin müəllimləri, aspirantları, magistrantları və tələbələri, habelə geniş oxucu kütləsi üçün nəzəri-metodoloji bazadır. Təhlil edilmiş ideyalardan və irəli sürülmüş müddəalardan hüquq fakültələrinin "Konstitusiya hüququ", "Parlament hüququ" fənlərinin tədrisində istifadə edilə bilər.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!