Milli Məclisdə Azərbaycan - Uruqvay əlaqələri müzakirə olunub
Dünən Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana səfərə gəlmiş Uruqvay parlamentinin nümayəndə heyəti ilə görüşüb.
Z.Əsgərov forum haqqında qonaqlara məlumat verərək bildirib ki, bu beynəlxalq tədbirin məhz Azərbaycanda keçirilməsi təsadüfi xarakter daşımır. Azərbaycan öz tolerantlığı ilə bir çox dünya ölkələrinə nümunədir: "Ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar mehribanlıq şəraitində, sərbəst şəkildə yaşayırlar. Onların dini inanclarına dövlət tərəfindən böyük hörmətlə yanaşılır. Azərbaycanda yaşayan etnik azlıqların hüquqları dövlət səviyyəsində qorunur, onların milli adət-ənənələrinin və dillərinin qorunub saxlanılması üçün tədbirlər həyata keçirilir. Bu gün Azərbaycan multikulturalizmin bərqərar olunduğu azsaylı dövlətlərdən biridir".
Görüşdə o da qeyd edilib ki, müasir Azərbaycan iqtisadi cəhətdən inkişaf edərək dünyada böyük nüfuz qazanmışdır. Lakin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğal edilməsi ölkənin ümumi inkişaf tempinə maneə törədir. BMT-nin, Avropa Şurasının, Avropa Parlamentinin Azərbaycanın zəbt olunmuş ərazilərinin azad edilməsi haqqında qətnamələrinə baxmayaraq, Ermənistan işğalçılıq siyasətindən əl çəkmək istəmir.
Z.Əsgərov Uruqvay ilə Azərbaycan arasındakı iqtisadi-siyasi əlaqələrin daha yüksək səviyyəyə çatdırılmasınının zəruriliyini vurğulayıb. Bunun hər iki dövlət üçün faydalı olacağını deyib: "Azərbaycan Uruqvay ilə enerji sahəsində də əməkdaşlıq əlaqələrini qurmaqda maraqlıdır. Azərbaycan investisiya yatırtmaq üçün çox əlverişli bir ölkədir. Hazırda Azərbaycanda Amerika, Avropa və Asiya qitəsindəki ölkələrə məxsus böyük şirkətlər fəaliyyət göstərirlər. Uruqvay şirkətlərinin də bu sırada yer almasını arzu edirik".
Z.Əsgərov yaxın gələcəkdə hökumətlərarası komissiyanın yaradılması və Bakıda Uruqvayın səfirliyinin açılması təklifini irəli sürüb.
Uruqvay parlamentinin nümayəndə heyətinin rəhbəri Doren Xavyer İbara səmimi görüşə görə təşəkkürünü bildirib. Qeyd edib ki, səfər müddətində Azərbaycanın həqiqətən də tolerant ölkə olduğunu müşahidə etmişdir. İnsanların qonaqpərvərliyi onda olduqca xoş təəssüratlar yaratmışdır: "Uruqvay Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istəyir. Buna görə də Uruqvay beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın təmsilçiləri ilə yaxından əməkdaşlıq edərək ədalətli mövqeni müdafiə edəcəkdir".
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
E.MƏNSİMOV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb ...
05 May
Mayın 5-i Həkim-Mama Günüdür
05 May
Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib
05 May
İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir
05 May
Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir
05 May
Hayastanda etirazlar səngimir
05 May
"Xalq Bank"ın "Xalq Əmanəti" layihəsinin 24-cü nəşri Cahid Camala həsr olunub
05 May
QƏZƏLLƏR
05 May
"Şərq şairlərinin günəşi"
05 May
Anamın gözünün nuru, əlinin sığalı hopmuş xalça
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!