02 May 2024 19:32
1365
PARLAMENT
A- A+

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

 

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının (AIPA) Baş katibi Siti Rozaimeriyanti Dato Haji Abdul Rahman ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkəmizin ev sahibliyi ilə keçirilən Forumun əhəmiyyəti və müzakirə olunan mövzuların aktuallığı barədə fikirlər səsləndirilib.

Milli Məclisin sədri Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycan Prezidentinin təşəbbüsü ilə “Bakı Prosesi” əsasında yaradıldığını, bu Forumun hazırda mədəniyyətlərarası dialoq, dünyamızı narahat edən, birgə səylər və əməkdaşlıq tələb edən məsələlər üzrə açıq müzakirələr üçün beynəlxalq səviyyədə mühüm platformaya çevrildiyini bildirib.

Söhbət zamanı Forum çərçivəsində keçirilən "Mədəni irsin qorunmasında qanunvericiliyin və qabaqcıl təcrübələrin rolu" mövzusuna həsr olunmuş Parlamentlərarası Konfransın sözügedən mövzunun parlamentarilər tərəfindən müzakirəsi və qanunverici orqanlar arasında dialoqun daha da dərinləşdirilməsi baxımından önəmi diqqətə çatdırılıb.

Görüşdə Milli Məclis ilə Parlament Assambleyası arasında əməkdaşlıq məsələləri də müzakirə edilib. Qeyd olunub ki, Milli Məclis parlament diplomatiyası çərçivəsində Asiya ölkələrinin parlamentləri ilə ikitərəfli və çoxtərəfli əlaqələrin gücləndirilməsinə xüsusi önəm verir. Bu baxımdan Azərbaycan parlamenti müxtəlif sahələrdə əməkdaşlığın inkişafına təkan verən AIPA ilə əməkdaşlığa xüsusi diqqət yetirir. Bildirilib ki, Parlamentlərarası Assambleyanın 2022-ci ildə Kamboca Krallığında keçirilmiş 43-cü Baş Assambleyasının Plenar Sessiyasında Azərbaycan Milli Məclisi təşkilata müşahidəçi üzv kimi qəbul edilib. Bu, Azərbaycanın bu təşkilatla əməkdaşlığının daha da dərinləşməsinə xidmət edir.

Söhbət zamanı, həmçinin xatırladılıb ki, 2023-cü ilin martında Manamada Azərbaycan parlamentinin sədrliyi ilə AIPA ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi arasında da Əməkdaşlıq Memorandumu imzalanıb. Sözügedən sənəd parlament diplomatiyasının, dialoqun və əməkdaşlığın inkişafına töhfə verən qarşılıqlı faydalı əlaqələrin daha bir nümunəsidir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video