19 İyun 2026 16:07
138
İQTİSADİYYAT
A- A+
Mikayıl Cabbarov: Azərbaycanın İslam İnkişaf Bankı ilə tərəfdaşlığı yeni strateji mərhələyə yüksəlib  

Mikayıl Cabbarov: Azərbaycanın İslam İnkişaf Bankı ilə tərəfdaşlığı yeni strateji mərhələyə yüksəlib  


İslam İnkişaf Bankı (İİB) ilə tərəfdaşlığımız yeni strateji əhəmiyyət mərhələsinə yüksəlib. Azərbaycanın İslam İnkişaf Bankındakı payı 0,1 faizdən 1 faizə qədər, yəni on dəfə artırılıb ki, bu da ölkəmizin İİB Qrupu ilə əməkdaşlığa artan marağını və sadiqliyini əks etdirir.

AZƏRTAC xəbər verir ki, bunu iqtidadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən bağlanış mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, Azərbaycan ilə İİB Qrupu arasında imzalanmış 2027–2031-ci illəri əhatə edən Üzv Ölkə Tərəfdaşlıq Strategiyası uzunmüddətli və nəticəyönümlü əməkdaşlıq çərçivəsini müəyyən edir.

“Bu strategiya “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ilə İİB Qrupunun 10 illik Strateji Çərçivəsi arasında uyğunluğu təmin etməklə əsas sahələr üzrə daha hədəfli və yüksəktəsirli layihələrin həyata keçirilməsinə imkan yaradır. Növbəti beş il ərzində əməkdaşlığımız iqtisadiyyatın şaxələndirilməsi, insan kapitalına investisiyaların artırılması, yaşıl və dayanıqlı infrastrukturun inkişafı, eləcə də regional bağlantıların genişləndirilməsi istiqamətlərinə yönələcək. Birgə fəaliyyətimiz çərçivəsində su təchizatı və tullantı sularının təmizlənməsi, dəmir yolları və kənd təsərrüfatı sahələrində, o cümlədən azad edilmiş ərazilərdə və Ələt Azad İqtisadi Zonasında yeni layihələr üzərində işləyirik. Bu layihələrdən diqqətəlayiq nümunələrdən biri Qız Qalası su anbarından Baş Suvarma Kanalı layihəsidir. Layihənin Cəbrayıl və Füzuli rayonlarında, eləcə də ətraf ərazilərdə su ehtiyatlarının idarə olunmasını yaxşılaşdıracağı və kənd təsərrüfatında məhsuldarlığın artmasına töhfə verəcəyi gözlənilir”, - deyə Mikayıl Cabbarov qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Meksika, Kanada və İsveçrə pley-offa vəsiqə qazanıblar 

18:24
19 İyun

Çin dünyada texnologiya idarəçiliyi sahəsində aparıcı rola sahiblənib  

18:23
19 İyun

Türkiyə NATO-da yeni təhlükəsizlik modeli təklif edir

18:18
19 İyun

Astara sahilində su hövzələrində təhlükəsizlik mövzusunda təlim keçirilib

18:16
19 İyun

ABŞ-İran danışıqları təxirə salındı  

18:12
19 İyun

Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsi artıb, idxal və ixrac göstəricilərində fərqli dinamika qeydə alınıb  

18:06
19 İyun

Gürcüstandan Azərbaycana avtomobil ixracında kəskin azalma qeydə alınıb

17:55
19 İyun

İtaliyanın xarici işlər naziri ABŞ-yə səfərini ləğv edib

17:41
19 İyun

Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiya növbəti iclasını keçirib

17:37
19 İyun

Şəmkirdə Qazax-Tovuz iqtisadi rayonu üzrə aqrar sahəyə dair regional müşavirə keçirilib - YENİLƏNİB

17:31
19 İyun

UNICEF: Dünyada təxminən 1,1 milyard uşaq eyni vaxtda ən azı üç iqlim təhlükəsinə məruz qalır

17:29
19 İyun

Dövlət Komitəsinin sədri Lerikdə vətəndaşların müraciətlərini dinləyib

17:21
19 İyun

Almaniyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

17:16
19 İyun

İran XİN: Müttəfiqlərimizi qorumaq üçün bütün tədbirləri görəcəyik

17:08
19 İyun

Yağış yağacaq, dolu düşəcək, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ

17:01
19 İyun

Şavkat Mirziyoyev: Beynəlxalq investorlar Özbəkistana 120 yeni təklif və təşəbbüs təqdim ediblər

16:56
19 İyun

Respublika üzrə iyun ayının pensiya ödənişləri yekunlaşdırılıb

16:43
19 İyun

Azərbaycan ilə Türkiyə hərbi logistika sahəsində əməkdaşlığı inkişaf etdirir

16:39
19 İyun

İran dünya çempionatında səyahət məhdudiyyətləri ilə bağlı FIFA-ya şikayət edəcək

16:37
19 İyun

Çingiz Aytmatov adına İssık-Kul Beynəlxalq Forumunun 40-cı yubiley tədbirləri başlayıb  

16:36
19 İyun

Azərbaycanlı şahmatçı dünya reytinqinin lideri Maqnus Karlseni məğlub edib

16:33
19 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!