20 İyun 2025 19:13
2810
PARLAMENT
A- A+
Mikanadze: Azərbaycan və Gürcüstan parlamentarilərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına töhfə verir  

Mikanadze: Azərbaycan və Gürcüstan parlamentarilərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına töhfə verir  


İyunun 20-də Milli Məclisdə ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin nümayəndə heyətinin üzvləri ilə görüş keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev dövlətlərimiz arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın xalqlarımızın ümumi mənafelərinə xidmət etdiyini söyləyib. O, hər iki ölkədə keçirilməsi nəzərdə tutulan gənclər forumunun qarşılıqlı anlaşmanın dərinləşməsinə və gələcək nəsillər arasında əlaqələrin inkişafına töhfə verəcəyinə inamını ifadə edib.

Gürcüstan parlamentinin Təhsil, elm və gənclərlə iş üzrə komitəsinin sədri Givi Mikanadze nümayəndə heyətinin ölkəmizdə səfərdə olmasından məmnunluq duyduğunu bildirib. O vurğulayıb ki, Gürcüstan parlamentinin 89 deputatından 30-nun Azərbaycanla dostluq qrupunun üzvü olması parlamentlərarası əlaqələrin yüksək səviyyəsinin bariz nümunəsidir. G.Mikanadze, həmçinin dövlətlərimiz arasında parlament səviyyəsində həyata keçirilən səfərlərin qarşılıqlı münasibətlərin inkişafına verdiyi töhfədən bəhs edib.

Görüşdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri - Tahir Mirkişili, Rizvan Nəbiyev, Kəmaləddin Qafarov, Müşfiq Məmmədli, eləcə də Gürcüstan parlamentinin nümayəndə heyətinin üzvləri - Şota Berekaşvili, Anton Obolaşvili və Levan Maçavariani çıxış edərək Azərbaycan ilə Gürcüstan arasında inkişaf edən əlaqələrin əhəmiyyətindən, iri neft-qaz layihələrinin icrasının, o cümlədən Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin regional əməkdaşlığa verdiyi töhfədən və diplomatik münasibətlərin yüksək səviyyəsindən söz açıblar.

Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin qədim tarixi əlaqələrə əsaslanan dostluq üzərində qurulduğu və bu əlaqələrin hazırda dinamik şəkildə inkişaf etdiyi vurğulanıb. Həmçinin icbari sığorta və səhiyyə islahatları sahələrində ölkələrin bir-birinin təcrübələrindən yararlandığı, informasiya texnologiyaları üzrə əməkdaşlığın da genişləndiyi qeyd olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Daha 200 Azərbaycan vətəndaşı Yaxın Şərqdən təxliyə edilir

10:45
10 Mart

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək

10:44
10 Mart

Media: Şimali Kiprdə F-16-ların dislokasiyası Afina və Parisə cavabdır

10:24
10 Mart

Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üzrə ombudsmanın ictimai sorğusu 

10:23
10 Mart

Qlobal silah ixracı artıb

10:10
10 Mart

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana humanitar yardım yola salınıb

10:03
10 Mart

Küləklə gələn yazın müjdəsi - Yel çərşənbəsi 

10:01
10 Mart

Azərbaycan neftinin qiyməti 103 dolları ötüb

09:58
10 Mart

Abbas Əraqçi: İran ABŞ ilə danışıqları davam etdirməyi düşünmür

09:41
10 Mart

CNN: Neft qiymətlərinin artması ABŞ administrasiyasında narahatlıq yaradıb

09:33
10 Mart

ABŞ Prezidenti: Biz İrandakı bütün qüvvələri tamamilə məhv etdik

09:24
10 Mart

NYT: İran ABŞ-nin gözlədiyindən daha çox hərbi əməliyyata hazırdır

09:22
10 Mart

Tramp: Putinlə çox yaxşı söhbətimiz oldu

09:21
10 Mart

Donald Tramp Rusiya Prezidentinə zəng edib YENİLƏNİB

09:14
10 Mart

Tramp: İranla müharibə demək olar ki, başa çatıb

23:39
09 Mart

Prezident Ərdoğan: İranın qardaş ölkələrimizi hədəf almasını dəstəkləmirik  

22:48
09 Mart

Misli Premyer Liqası: "Neftçi" "Turan Tovuz"a məğlub olub

22:47
09 Mart

Komitə sədri: Qadın və qızların hüquqları insan hüquqları və fundamental azadlıqların ayrılmaz hissəsidir  

22:47
09 Mart

Qətər Silahlı Qüvvələri İranın 17 raket və 6 pilotsuz uçuş aparatını ələ keçirib

22:45
09 Mart

Bahar Muradova: TDT-yə üzv ölkələr əsas insan hüquqlarına sadiq olduqlarını bir daha təsdiqləyirlər  

22:36
09 Mart

Putin neftin qiymətləri və Hörmüz boğazındakı risklər barədə danışıb

22:34
09 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!