Məqsəd yüksək ixtisaslı kadrlar hazırlamaqdır
ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyi respublikanın müxtəlif təhsil ocaqları ilə əlaqə saxlayır, gənc kadrların kimya müəssisələrində təcrübə keçməsi üçün lazım olan bütün şəraiti yaradır.
Qafqaz Universitetinin texniki və iqtisadiyyat fakültələri tələbələrinin "Universitet - müəssisə" sistemi üzrə təhsil illərindən başlayaraq istehsalata alışmaları, nəzəri biliklərini praktikada daha da zənginləşdirmələri üçün "açıq qapı" yaradılması istiqamətində işlər aparılır. Birliyin rəhbərliyi Qafqaz Universiteti ilə qarşılıqlı əlaqələri daha da gücləndirmək, tələbələrin "Azərikimya"da öz intellektual potensiallarını tətbiq etməklə kimyaçılar kollektivinə qaynayıb-qarışması məqsədilə bu günlərdə daha bir maraqlı ideya irəli sürmüşdür. "Azərikimya"nın saytının həm məzmun, həm də forma baxımından təkmilləşdirilərək daha müasir olmasında gələcək kimyaçıların texniki yaradıcılıq potensialından istifadə etmək qərara alınmışdır.
Birliyin nümayəndələri Qafqaz Universitetində olmuş və burada təhsil alan tələbələrlə görüş keçirmişlər. Kimyaçıların ideyasının önündə gələcək mütəxəssislərin intellektual inkişafı, "Azərikimya" ilə yeni, daha sıx münasibətlərin formalaşması durduğu üçün universitet təmsilçiləri təşəbbüsü qəbul edərək, bu işə tələbələrin məmnunluqla qoşulacaqlarını bildirmişlər.
Görüşün davamı olaraq "Azərikimya"nın nümayəndələri auditoriylara dəvət olunmuş, onlara tələbələrin innovasiya texnologiyaları üzrə son dövrlərdəki texniki yaradıcılığı, o cümlədən müəllimlərlə birgə yaratdıqları, müstəsna praktiki əhəmiyyətə malik roboto-texniki vasitələr barədə ətraflı məlumat verilmişdir.
Yaxın günlərdə "Azərikimya"nın informasiya texnologiyaları şöbəsinin əməkdaşları və tələbələr birliyn saytının təkmilləşdirilməsi üzrə birgə işə başlayacaqlar.
Akif ƏLİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!