28 May 2023 09:45
563
Mədəniyyət
A- A+

Məktəblilərin rəsm müsabiqəsi keçirilib

 

Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş paytaxtın ümumtəhsil məktəblərinin şagirdləri arasında "Ulu Öndəri düşünərkən" adlı rəsm müsabiqəsinə yekun vurulub. 
"Heydər Əliyev İli" çərçivəsində keçirilən müsabiqə 2 mərhələdə reallaşdırılıb. Paytaxtın bütün rayonlarında olan birinci mərhələdə qalib elan edilən rəsm əsərləri şəhər mərhələsinə təqdim edilib. Ümumilikdə isə, ilkin mərhələdə 250-dən çox ümumtəhsil məktəbinin 400-ə yaxın şagirdi öz rəsmləri ilə iştirak edib və həmin mərhələdə seçilən rəsmlər müsabiqənin şəhər mərhələsində nümayiş etdirilib.
Bayramsayağı bəzədilmiş "Nizami Gəncəvi" adına mədəniyyət və istirahət parkında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Ulu Öndəri düşünərkən" adlı rəsm müsabiqəsində fərqlənən rəssamların əl işlərindən ibarət sərgi və müsabiqənin yekun mərasimi təşkil edilib. İştirakçıların rəsmləri tədbirin qonaqları və parka toplaşan paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb. Gənc rəssamlar öz əsərlərinin nümayişi zamanı tamaşaçılara əsərləri ilə bağlı izahlar veriblər.
Məktəblilərin müxtəlif mövzularda təqdim etdiyi rəsmlərin qiymətləndirilməsi Azərbaycan Rəssamlar İttifaqının, Rəssamlıq Akademiyasının peşəkar mütəxəssislərindən ibarət komissiya tərəfindən həyata keçirilib. Müsabiqənin şərtlərinə əsasən, 3 qalibə pul mükafatı, 7  nominasiya üzrə qaliblərə sertifikatlar, müsabiqədə fərqlənən 30 iştirakçıya təşəkkürnamə və digər mükafatlar təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video