07 May 2024 13:37
178
CƏMİYYƏT
A- A+

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib  

 

Mayın 7-də Medianın İnkişafı Agentliyi, “Birgə və Sağlam” İctimai Birliyi və DOST Agentliyinin “Könüllü DOST” proqramının birgə təşkilatçılığı ilə Birliyin nəzdindəki Autizm Mərkəzində seminar keçirilib və mediatur təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində məqsəd media nümayəndələrini autizm haqqında məlumatlandırmaq və mərkəzdə autizmli şəxslərə verilən xüsusi təhsil xidməti ilə tanış etmək olub.

Maarifləndirmə seminarında çıxış edən Autizm Mərkəzinin mütəxəssisi Aynur Qəribova xəstəliyin əlamətləri, həmin şəxslərin təhsili və cəmiyyətə inteqrasiyasının əhəmiyyəti barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

Sonra Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və media nümayəndələri Autizm Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.

“Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova bildirib ki, 10 ildir fəaliyyət göstərən mərkəzin yeni binasının açılışı Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə baş tutub. Hazırda mərkəzlərdə Prinston Uşaq İnkişaf İnstitutunun təlim modeli – ABA Terapiya (Tətbiqi Davranış Analizi) əsasında 100-ə yaxın autizmli uşaq və gəncə 50-dən çox mütəxəssis tərəfindən xüsusi təhsil verilir.

Qeyd edək ki, DOST Agentliyinin “Könüllü DOST” proqramının həyata keçirdiyi “İnklüzivlik ayı” layihəsi çərçivəsində autizmli uşaq və gənclərin, həmçinin DOST və Media könüllülərinin iştirakı ilə təkrar emal ustad dərsində hazırlanmış işlər nümayiş etdirilib. Sonra onlar media nümayəndələri ilə birgə rəmzi ağacı rəngləyiblər.

Sonda Mərkəzin nəzdində fəaliyyət göstərən Kaşalata Kafedə Birliyin autizmli gənclərdən ibarət “Mavi Ürəklər” xor və ritm qrupunun konsert proqramı təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video