08 May 2024 12:48
134
CƏMİYYƏT
A- A+

Mayın 8-i Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı Günüdür  

 

1953-cü ildən qeyd olunan Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı Günü 1828-ci il mayın 8-də anadan olmuş isveçrəli ictimai xadim, Nobel Sülh mükafatı laureatı Anri Dünanın şərəfinə təsis edilib.

AZƏRTAC xəbər verir ki, Dünanın təşəbbüsü ilə XIX əsrin ortalarında ilk dəfə döyüş meydanlarında yaralılara yardım göstərmək məqsədilə könüllülər qrupu yaradılmağa başlayıb. 1863-cü ildə onun təşəbbüsü ilə Qırmızı Xaçın fəaliyyətə başlamasını elan etmək üçün konfrans çağırılıb. Beynəlxalq Qırmızı Xaçın rəsmi adı Haaqada keçirilən 13-cü beynəlxalq konfransda təsdiq edilib. Konfransda təşkilatın nizamnaməsi qəbul edilib və həmin nizamnamə 1952 və 1965-ci illərdə dəyişdirilib. İlk dəfə Qırmızı Xaç Günü 1948-ci ildə qeyd edilib. Lakin müəyyən vaxtlarda onun adı dəyişdirilib və 1984-cü ildən Dünya Qırmızı Xaç və Qızıl Aypara Günü adlandırılıb.

1986-cı ilin oktyabrında keçirilən Qırmızı Xaçın 25-ci beynəlxalq konfransında təşkilatın yeni adı - Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı olaraq təsdiq edilib. Bu qurumun vəzifəsi hərbi münaqişələr zamanı yaralılara, xəstələrə və əsirlərə, təbii fəlakət qurbanlarına kömək göstərməkdən ibarətdir. Hərəkatın fəaliyyətinin əsas prinsipləri humanistlik, qərəzsizlik, könüllülük və universallıqdır.

Hazırda dünyanın 192 ölkəsində, o cümlədən Azərbaycanda Beynəlxalq Qırmızı Xaçın əməkdaşları və könüllüləri fəaliyyət göstərir. Eyni zamanda, bu beynəlxalq struktur və Azərbaycan Hökuməti arasında əməkdaşlıq yaxşı əsaslar üzərində qurulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video