02 May 2024 09:30
193
DÜNYA
A- A+

Makron ölkəsi üçün təhdid yaradır

 

Fransa siyasətçiləri və xarici ekspertlər prezidenti sərt tənqid edirlər

 

"Fransa prezidenti Emmanuel Makronun Avropa İttifaqını (Aİ) müdafiə etmək üçün nüvə silahından istifadə olunması ilə bağlı açıqlaması çılğınlıqdır və Avropada nüvə münaqişəsi təhlükəsini artıran tamamilə məsuliyyətsiz bir addımdır". 
Bunu RTL radiosunun efirində "İtaətsiz Fransa" partiyasının parlament fraksiyasının rəhbəri Matilda Pano bildirib. Siyasətçi ölkə başçısının növbəti düşünülməmiş fikirlərinə belə şərh verib: "Makronun mövqeyi Fransanın nüvə doktrinasına ziddir.  Bu doktrinaya görə, biz nüvə çətirinə inanmırıq. Biz başqa ölkə üçün nüvə müharibəsi başlatmaq fikrində deyilik".
Milli Birlik partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen isə bildirib ki, Makronun nüvə planının qarşısını Avropa İttifaqı almalıdır. Fransa lideri dayandırılmalıdır.
Bundan əlavə, Fransa parlamentinin üzvü Bastyen Laşo sosial şəbəkədəki "X" hesabında (keçmiş tviter) yazıb ki, Makron Avropa ərazisini qorumaq bəhanəsi ilə Fransanın strateji muxtariyyətini məhv etmək istəyir. 
Eyni sosial şəbəkədə Milli Birlikdən Avropa Parlamentinin deputatı Tyerri Mariani vurğulayıb ki, Makron ölkəsi üçün təhdid yaratmağa başlayır.
Bundan əvvəl, aprelin 27-də Makron nüvə silahı da daxil olmaqla, Avropanın müdafiəsinin gələcəyi ilə bağlı müzakirələrin başlanmasının tərəfdarı olduğunu bildirib.  
Makron həmçinin vurğulayıb ki, Fransa doktrinası həyati maraqlara təhlükə yarandığı hallarda nüvə silahından istifadəyə icazə verir. Onun dediyinə görə, Avropa məhv ola və böyük risklərə görə yaxın bir neçə ildə zəifləyə bilər. 

 

Makronun bədbin proqnozları...

 

Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqının lideri olmaq istəyir. Bunu Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin eksperti Denis Denisov "İzvestiya"ya müsahibəsində danışıb.
O bildirib ki, Makron Avropanın yaxın gələcəyi barədə bədbin proqnozlar verir. O həmçinin Ukrayna münaqişəsini Avropa İttifaqının təhlükəsizliyinə və gələcəyinə əsas təhdid adlandırıb və bildirib ki, Rusiyanın qalib gəlməsinə imkan vermək olmaz. 
Fransa prezidenti deyib ki, nüvə silahı Parisə Avropada təhlükəsizlik zəmanətləri yaratmağa və münaqişə bitdikdən sonra Moskva ilə münasibətlər qurmağa imkan verəcək.

 

Küskün prezident həmişə ikiüzlülüyü ilə seçilib

 

Politoloq, siyasi strateq və publisist Nataliya Yeliseyeva hesab edir ki, Makron Rusiyaya qarşı ikiüzlü mövqedə davranıb. O, Avropa statistikasına əsasən, Fransanın fevral ayında Macarıstanı sıxışdıraraq Aİ ölkələri arasında Rusiya qazının əsas alıcısına çevrildiyini bildirib.
Yeliseyevanın sözlərinə görə, Makron bütün siyasi karyerası ərzində ikiüzlülüyü ilə seçilib. Bunu Fransa liderinin Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxlamaq cəhdləri, sonra isə əhvali-ruhiyyəsində və ritorikasında kəskin dəyişikliklər etməsi də təsdiqləyir. 
Xatırladaq ki, mart ayında Rusiya lideri  telekanallar üçün jurnalist Dmitri Kiselyova müsahibəsində Fransa prezidentinin Rusiyaya kəskin reaksiyasının Afrikada baş verənlərlə  bağlı əlaqəli ola biləcəyini dilə gətirib. Jurnalistin dövlət başçısına verdiyi  ""Fransa hakimiyyətinin anti-Rusiya bəyanatları Moskvanın Afrika qitəsində Fransanın "quyruğuna basmasına" görə qisas ola bilərmi" sualını Putin belə cavablandırıb: " Makronda hansısa küskünlük ola bilər".

 

Dünya iyrənc neokolonializm praktikasına göz yummalı deyil

 

Afrika mövzusuna gəldikdə, Makronun iyrənc neokolonializm siyasətinə toxunmamaq mümkün deyil.  Təəssüf ki, Fransanın Afrikada törətdiyi və bu gün də davam etdirdiyi çoxsaylı cinayətlərinə sivil dünya tərəfindən hələ də göz yumulur. 
"Biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Biz səsimizi ucaltdıqda - Qoşulmama Hərəkatına sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, hansısa ölkəyə qarşı idik. Biz, sadəcə ədalətə, beynəlxalq hüquqa bağlı idik". 
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib. Dövlət başçısı həmçinin bildirib ki,  dünya iyrənc neokolonializm praktikasına göz yummalı deyil. Bu, assimilyasiyadan xəbər verir, bu, məcburi assimilyasiyadır. Bu, Fransanın 10-dan artıq dənizaşırı ərazisində baş verir. Buna son qoyulmalıdır.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video