14 Fevral 2025 09:30
342
SİYASƏT
A- A+
Liderlik məsuliyyəti

Liderlik məsuliyyəti


Son iki onillikdə qazanılan mühüm inkişaf və qalibiyyətlər silsiləsi ölkəmizi ərazi bütövlüyü və suverenliyi tam təmin olunan yeni Azərbaycana çevirib. Yüksək nüfuzu, qlobal proseslərə töhfə vermək bacarığı, etibarlı tərəfdaş olmaq kimi mühüm keyfiyyətləri ilə sayılıb-seçilən ölkələr sırasında irəliləyən Azərbaycanın dünyanın hər yerindən görünən bu zirvəyə ucalması isə heç şübhəsiz, Prezident İlham Əliyevin şəxsi liderlik qabiliyyəti sayəsində mümkün olub. 

2003-cü ilin oktyabrında Prezident kimi ilk dəfə and içəndə İlham Əliyev Azərbaycan xalqına hansı vədləri vermişdisə, ötən dövr ərzində onların hamısını qətiyyətlə gerçəyə çevirib. Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi 17 il ərzində Azərbaycanı iqtisadi, sosial, hərbi sahədə elə gücləndirdi ki, bu, xalqımıza 2020-ci ilin Qarabağ Zəfərini bəxş etdi. Torpaqlarımızın 30 illik işğalına son qoyuldu, ardınca bayrağımız bütün sərhədlərimiz boyu dalğalandırıldı, suverenliyimiz təmin edildi, Konstitusiyamız bütün ərazilərimizdə qüvvəyə mindi. 

Prezident İlham Əliyevin əzminin, iradəsinin, qətiyyətinin bir qala kimi ucaltdığı yeni Azərbaycanın ən böyük uğurlarından biri isə işğaldan azad edilən torpaqlarımıza Böyük qayıdışın müvəffəqiyyətlə həyata keçirilməsidir.    

Azərbaycan adına əldə edilən bu qələbələrə görə idi ki, ötən ilin fevralında  müstəqillik tariximizdə ilk dəfə bütün ərazilərimizdə keçirilən prezident seçkilərində xalqımız böyük minnətdarlıq hissi ilə xilaskar lider İlham Əliyevi yekdilliklə dəstəklədi, yüksək səs faizi ilə onu özünün Prezidenti seçdi. 


"Ölkəniz üçün doğru olanı edin"


Prezident İlham Əliyevin şəxsi liderlik qabiliyyəti sayəsində Azərbaycanın milli maraqlarını təmin etməsi, çalxalanan, geosiyasi toqquşmalar gedən çoxqütblü dünyada müstəqil siyasət yürütməsi, ölkəmizi dayanıqlı, sözün əsl mənasında, təhlükəsizlik adasına çevirməsi beynəlxalq ictimaiyyətin də diqqətindən yayınmır. Bu gerçəklər ən ali səviyyədə belə dilə gətirilir, etiraf olunur. Eyni zamanda Azərbaycan Prezidentinin bütün bu nailiyyətləri necə qazanmasının səbəbi böyük maraq doğurur.

Elə yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalının aparıcısı da Prezident İlham Əliyevə bu sualla müraciət edib: "Deyə bilərəm ki, dünya çox sürətlə dəyişir. Lakin, cənab Prezident, hər dəfə Sizinlə danışanda mənə elə gəlir ki, ölkəniz çox güclü təməl üzərində dayanıb. Mənə maraqlıdır, bu, təkcə özünüz barədə yox, bu gün olan liderlik haqqında nəyi bildirir? Xüsusilə bütün bu dəyişikliklərin baş verdiyi bir vaxtda". 

Bu suala verdiyi cavabla Prezident İlham Əliyev əsl liderin uğur formulunu açıqlayaraq deyib ki, liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir və ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır: "Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. Bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa gətirib çıxarır. Bu, dünyanın müxtəlif yerlərində siyasi böhrana gətirib çıxarır".

Dövlət başçısı əlavə edib: "Bizə gəldikdə, iyirmi ildən artıq müddət ərzində mən həmişə Azərbaycan xalqına həqiqəti söyləmişəm. Bu həqiqətin müsbət və ya mənfi olmasından asılı olmayaraq. "Həmişə xalqıma biz ədaləti bərpa edəcəyik söyləmişəm və xalqım da mənə inanıb. 17 il hakimiyyətdə olandan sonra biz, nəhayət, vəd etdiklərimizi yerinə yetirdik və suverenliyimizi, ərazi bütövlüyünü və ləyaqətimizi bərpa etdik". 

Prezident İlham Əliyev müsahibəsində ictimaiyyətin dəstəyini əldə etmək istəyən liderlərə məsləhətini də söyləyib: "...həmişə həqiqəti söyləyin və beynəlxalq təzyiqdən, beynəlxalq mediadan asılı olmayaraq, haqqınızda nə dediklərindən, sizi necə adlandırdıqlarından, sizi necə təhqir etmələrindən asılı olmayaraq, ölkəniz üçün doğru olanı edin. Beləliklə, siz özünüz və ölkəniz uğur qazanmış olacaqsınız".


Milli maraqlarımız qəti şəkildə müdafiə edilib


Müstəqilliyini yenicə qazanan Azərbaycanın işğalla üzləşdiyi, daxili parçalanma ilə qarşılaşdığı, dövlət kimi məhv olmaq təhlükəsi altına düşdüyü ən ağır dövrdə Ulu Öndər Heydər Əliyev ölkəmizi böhranlardan xilas edərək, inkişaf yoluna çıxardı. Prezident İlham Əliyev isə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirərək Azərbaycanı hərtərəfli inkişaf yoluna çıxarıb Cənubi Qafqazın lider ölkəsinə çevirdi. Təsadüfi deyil ki, bu gün bölgə ilə bağlı planlaşdırılan hər hansı layihə Azərbaycanın razılığı olmadan gerçəkləşdirilə bilmir. Mühüm beynəlxalq nəqliyyat layihələrinin təşəbbüskarı və onları uğurla reallığa çevirən ölkə olaraq adından söz etdirən Azərbaycan həm də qlobal əhəmiyyətli çağırışları ilə dünya miqyaslı problemlərin həllinə töhfə verir. 

Qalib Lider İlham Əliyev qazandığı tarixi Zəfərlə - hansı ki, bu Zəfərin ümumilikdə regionda sülhə yol açması da bir ayrı gerçəklikdir - Azərbaycanın şanına şan qatıb. Suverenliyimizin öz gücümüzlə təmin olunmasının bu gün dünyada separatizmdən əziyyət çəkən xalqlara ümid olması da bir başqa reallıqdır. 

Yuxarıda sözügedən müsahibəsində ölkəmizin rəhbəri vurğulayıb ki, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq.

Azərbaycan xalqı, dövləti adına qazanılan və kitab-kitab yazılara belə sığmayacaq bütün bu möhtəşəm qələbələrin, uğurların, nailiyyətlərin müəllifi məhz Prezident İlham Əliyevdir. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İki ayda Qəbələyə 13 min 209 turist gəlib

12:28
13 Mart

Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara çatıb

11:49
13 Mart

Şəki və Qəbələdə 1500-ə yaxın ağac əkilib

11:48
13 Mart

Konstitusiya Məhkəməsinin sədri: Vəkillik Azərbaycanda institusional təsisat kimi çox böyük yol keçib  

11:46
13 Mart

Bakı Forumunda “Danışıqlardan kənarda: COP-u yaşatmaq uğrunda mübarizə” mövzusunda müzakirələr başlayıb  

11:42
13 Mart

Azərbaycanda ÜDM-in həcmi 1,4 faiz artıb

11:36
13 Mart

Əli Əsədov: Vaşinqton Zirvə Görüşü regionda dayanıqlı sülh və inkişaf üçün əlverişli şərait yaradıb  

11:32
13 Mart

Baş nazir: Azərbaycanın suverenliyi və sərhədlərinin toxunulmazlığı etibarlı şəkildə təmin olunmaqdadır  

11:29
13 Mart

BMT Təhlükəsizlik Şurasında İrana qarşı sanksiyalarla bağlı gərgin müzakirələr 

11:29
13 Mart

Baş nazir: 2025-ci il Azərbaycan üçün siyasi sabitliyin daha da gücləndiyi mühüm mərhələ kimi yadda qalıb  

11:18
13 Mart

Səfir: “İki sessiya” dünyaya Çinin sabit inkişafını nümayiş etdirib

11:17
13 Mart

Ədliyyə Nazirliyi bələdiyyələrə metodoloji dəstək göstərir  

11:13
13 Mart

ÜST-nin Baş direktoru Bakıda yeni pandemiya təhlükəsi ilə bağlı xəbərdarlıq edib  

11:08
13 Mart

Parlamentdə Nazirlər Kabinetinin hesabatı dinlənilir  

11:03
13 Mart

Nazir: Orta Dəhliz qarşılıqlı yük tranziti baxımından mühüm əhəmiyyət kəsb edir

11:01
13 Mart

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:51
13 Mart

Azərbaycan neftinin qiyməti 105 dolları ötüb 

10:40
13 Mart

Mikayıl Cabbarov: Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirir

10:39
13 Mart

XIII Qlobal Bakı Forumunun ikinci günü: “Çin və Qlobal İdarəetmə Təşəbbüsü”  

10:38
13 Mart

BMT Baş katibinin müavini ilə ətraf mühitin mühafizəsi sahəsində perspektivlər müzakirə olunub  

10:37
13 Mart

Ceyhun Bayramovla Pakistanın xarici işlər naziri arasında telefon danışığı olub

10:25
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!