04 Fevral 2026 08:35
520
SİYASƏT
A- A+
Leyla Əliyeva missiyasını davam etdirir

Leyla Əliyeva missiyasını davam etdirir


Mərhəmət göstərmək, gənclərin dostu olmaq, təbiəti qorumaq bu missiyanın əsas məqsədidir


Müasir Azərbaycan cəmiyyətində ictimai və mədəni həyatın fəal iştirakçıları arasında Leyla Əliyevanın adı xüsusi çəkilir. O, bu gün yalnız adı ilə deyil,  ardıcıl təşəbbüsləri və fəal vətəndaş mövqeyi ilə ictimai xadim kimi diqqət mərkəzindədir. Gənclərlə iş, ekoloji problemlərin qabardılması, milli-mənəvi dəyərlərin təbliği və Azərbaycanın beynəlxalq aləmdə tanıdılması istiqamətində apardığı fəaliyyət Heydər Əliyev Fondunun vitse-prezidenti,  "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq" İctimai Birliyinin (IDEA)  təsisçisi və sədri Leyla Əliyevanın ictimai-siyasi mövqeyinin əsas cizgiləridir. 

Onun təşəbbüsləri cəmiyyətdə sosial həssaslıq yaratmaqla yanaşı, müasir düşüncənin və fəal vətəndaş mövqeyinin formalaşmasına xidmət edir. Bu da əsas verir deyək ki, cəmiyyətin inkişafı yalnız iqtisadi göstəricilərlə deyil, həm də onu irəli aparan insanların mənəvi mövqeyi və ictimai məsuliyyəti ilə ölçülür. Məhz bu baxımdan Leyla xanımın  fəaliyyəti müasir Azərbaycanın  ictimai həyatında xüsusi bir xətt kimi seçilir. IDEA sədri cəmiyyətin ağrılarına biganə qalmayan, sosial ədalət, humanizm və milli dəyərlər naminə sözünü və əməlini ortaya qoyan ictimai xadimdir. İrəli sürdüyü təşəbbüslər insanları düşünməyə, duymağa və hərəkətə keçməyə sövq edir.

Məhz bu nöqtədə onun ictimai-siyasi fəaliyyəti sözlə əməli birləşdirən bütöv bir xətt kimi üzə çıxır. Gördüyü işlər təkcə ayrı-ayrı layihələr deyil, cəmiyyətin sosial, mədəni və ekoloji problemlərinə sistemli yanaşmanın ifadəsidir. Hər kəsin gördüyü və bildiyi bir həqiqət var ki, onun fəaliyyətində insan amili ön plandadır. Sosial həssas təbəqələrə diqqət, uşaq və gənclərin problemlərinə humanist və xeyirxah yanaşma, cəmiyyətin laqeyd qaldığı mövzuların gündəmə gətirilməsi Leyla xanımın ictimai mövqeyinin əsas dayaqlarındandır. Xeyriyyəçilik, sosial aksiyalar və maarifləndirici təşəbbüslər vasitəsilə o, cəmiyyətdə mərhəmət və həmrəylik ruhunun güclənməsinə töhfə verir.

Müasir dünyanın ən ağrılı problemlərindən biri olan ekoloji böhran IDEA rəhbərinin fəaliyyətində xüsusi yer tutur. Təbiətin qorunması, ətraf mühitə məsuliyyətli münasibətin formalaşdırılması və ekoloji maarifləndirmə onun təşəbbüslərinin əsas istiqamətlərindəndir. Bu fəaliyyət  həm də gələcək nəsillərin sağlam və təhlükəsiz mühitdə yaşamaq hüququnu qorumağı hədəfləyən məsuliyyətli, humanist baxışın ifadəsidir. Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən ekoloji kampaniyalar, kütləvi ağacəkmə aksiyaları, biomüxtəlifliyin qorunmasına yönəlmiş layihələr və heyvanlara qarşı humanist münasibətin təşviqi cəmiyyətdə ekoloji məsuliyyət anlayışının formalaşmasında mühüm rol oynayıb. IDEA İctimai Birliyi çərçivəsində reallaşdırılan həmin işlər təbii ki, rəmzi xarakter daşımır, əksinə, insanları təbiətlə harmoniyada yaşamağa çağıran real və təsirli mesajlar verir. Leyla Əliyevanın ekoloji fəaliyyəti sübut edir ki, ətraf mühitin qorunması yalnız  ekoloq və mütəxəssislərin deyil, hər bir vətəndaşın mənəvi borcudur.

Leyla xanımın fəaliyyəti ölkə hüdudları ilə məhdudlaşmır. O, Azərbaycanı beynəlxalq aləmdə humanitar dəyərlərə sadiq, dialoqa açıq və mədəni müxtəlifliyə hörmətlə yanaşan bir ölkə kimi təqdim edən simalardandır. Onun təşəbbüsləri vasitəsilə Azərbaycan həqiqətləri, milli-mədəni irs və humanizm ideyaları müxtəlif beynəlxalq platformalarda ardıcıl şəkildə təbliğ olunur. Xüsusilə mədəniyyətlərarası dialoq, humanitar əməkdaşlıq və sülh çağırışları Leyla Əliyevanın beynəlxalq fəaliyyətinin əsas ideya xəttini təşkil edir. Beynəlxalq layihələr, mədəni tədbirlər və sosial-humanitar təşəbbüslər vasitəsilə o, Azərbaycanın zəngin mədəniyyətini və tolerantlıq ənənələrini qlobal auditoriyaya çatdırır. Heydər Əliyev Fondunun vitse-prezidentinin  ictimai-siyasi fəaliyyəti ölkənin beynəlxalq humanitar imicinin formalaşmasında mühüm rol oynayır, Azərbaycanı müasir dünyada humanizm, mədəni əməkdaşlıq və qarşılıqlı anlaşma məkanı kimi tanıdır. O, çoxsaylı xarici ölkələrə səfərlər edərək, müxtəlif layihələrin iştirakçısı olub, Azərbaycanın mədəni, ekoloji və humanitar təşəbbüslərini tanıdıb, ölkəmizin nüfuzunu beynəlxalq səviyyədə yüksəldib. 

Beynəlxalq səviyyədə əldə etdiyi uğurlar təkcə son iki ayda - ötən ilin dekabrından bu ilin yanvar ayına qədər davam edən mühüm tədbirlərdə daha aydın görünür. Təkcə 2025-ci ilin dekabrında Leyla Əliyeva iki mühüm tədbirdə  -  Bakıda təşkil olunan İslam Dünyasında Süni İntellekt İndeksinin təqdimatı və Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Ofisinin İqlim və Sağlamlıq üzrə Pan-Avropa Komissiyasının iclasında  çıxış edərək Azərbaycanın humanitar və elmi dəyərlərini beynəlxalq səviyyədə təmsil edib. Bu platformalar vasitəsilə elm, təhsil və etikaya dair qlobal dialoqun inkişafına  əlavə dəstək  verib. Həmçinin  iqlim dəyişikliyi və insan sağlamlığı məsələlərinə diqqət çəkib ki, bu da onun beynəlxalq humanitar gündəliklərə  fəal qatıldığını göstərir.

Bir neçə gün əvvəl Leyla xanımın BMT-nin Cenevrədəki baş ofisinin direktoru ilə görüşü, həmçinin Xəzər dənizinin ekoloji problemlərinə dair  apardığı müzakirələr Azərbaycanın beynəlxalq ekoloji gündəliklərdə fəal iştirakını nümayiş etdirdi. Bu görüş və müzakirələr IDEA rəhbərinin beynəlxalq səhnədə sözünü deməkdən çəkinməyən, konkret və məqsədyönlü fəaliyyət göstərən  ictimai  nüfuz sahibi olduğunu təsdiq etdi. O, Xəzər dənizinin ekoloji problemlərini gündəmə gətirməklə kifayətlənmədi, eyni zamanda ölkəmizin ekoloji məsuliyyətə verdiyi önəmi beynəlxalq ictimaiyyətə çatdırdı. Elə həmin gün Leyla xanım BMT-nin Cenevrə ofisində yaradılmış "Azərbaycan otağı" ilə tanış olaraq, ölkəmizin mədəni irsini və humanitar təşəbbüslərini qlobal auditoriyaya ötürdü. Bu tədbirlər Azərbaycanın elmi, mədəni və humanitar təşəbbüslərinin vahid xətt üzrə inkişaf etdiyini göstərir və Leyla Əliyevanı cəmiyyət üçün nümunəvi lider kimi tanıdır.

Xüsusi qeyd edək ki, Leyla Əliyeva gəncləri cəmiyyətin sadəcə müşahidəçisi deyil, onun fəal qurucuları kimi görür. Azərbaycanlı gənclərin intellektual, yaradıcı və ictimai potensialının üzə çıxarılması, onların milli kimlik və qlobal düşüncə balansında formalaşması bu fəaliyyətin əsas məqsədlərindəndir. Onun çağırışları gənclərdə təşəbbüskarlıq, sosial məsuliyyət və vətənpərvərlik hissini gücləndirməyə xidmət edir. Leyla xanım müxtəlif proqramlar,  layihələr vasitəsilə gəncləri bilik və bacarıqlarını inkişaf etdirməyə, ictimai fəallıq göstərməyə və sosial layihələrdə iştirak etməyə həvəsləndirir. 

Leyla Əliyevanın fəaliyyəti göstərir ki, ictimai məsuliyyət, humanizm və vətənpərvərlik yalnız sözlə ifadə edilmir. Bu işlər konkret addımlar, davamlı layihələr və nümunəvi təşəbbüslərlə həyata keçirilir. Onun fəaliyyəti  cəmiyyətin hər sahəsində - ekoloji təşəbbüslərdən beynəlxalq humanitar əməkdaşlığa, gənclərin inkişafından mədəniyyətin təbliğinə qədər Azərbaycanın  yerli və beynəlxalq aləmdə nüfuzunun artmasına  xidmət edir. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Filippin parlamenti prezidentə qarşı impiçment ərizələrini rədd edib  

22:59
04 Fevral

Azərbaycan Kuboku: "Sabah" - "Qəbələ" oyununda hesab açılmayıb  

22:35
04 Fevral

Tokayev: Azərbaycanın və Ermənistanın sülh sazişi istiqamətində əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir  

22:34
04 Fevral

Pakistanın Baş naziri: Prezident İlham Əliyev Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır  

22:34
04 Fevral

Şahbaz Şərif: Münaqişələr məngənəsində olan dünyada Prezident İlham Əliyevin qətiyyətli və cəsarətli rəhbərlik keyfiyyətləri hər zaman görünüb  

22:33
04 Fevral

Ərdoğan: Türkiyə olaraq bölgəmizdə və dünyada əmin-amanlıq, sülh, rifah və sabitliyə yönələn bütün təşəbbüsləri dəstəkləyirik  

22:01
04 Fevral

Qazaxıstan və Pakistan arasında Trans-Xəzər nəqliyyat dəhlizinin inkişafı müzakirə edilib  

21:42
04 Fevral

Türkiyə Prezidenti: Misirlə ticarət dövriyyəmizi 15 milyard dollara yüksəltməyi qarşıya məqsəd qoymuşuq  

21:34
04 Fevral

Ukraynanın Drujkovka şəhəri kaset mərmiləri və bombalarla vurulub  

21:19
04 Fevral

Si Cinpin: Tayvanın Çindən ayrılmasına heç vaxt icazə verilməyəcək  

21:03
04 Fevral

Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi azalıb  

20:53
04 Fevral

Donald Tramp: Prezident Si ilə son dərəcə münasibətlərim var  

20:43
04 Fevral

Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib. Prezident İlham Əliyevə mükafat təqdim olunub YENİLƏNİB 2 

20:32
04 Fevral

Marko Rubio: Rusiya-Ukrayna məsələsində real irəliləyiş əldə etmişik  

20:15
04 Fevral

Şərurun dağlıq ərazisində biotexniki tədbir keçirilib  

19:47
04 Fevral

Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələri inkişaf edir  

19:38
04 Fevral

Qış Olimpiya Oyunlarına geri sayım: Dünyanın diqqəti fonunda 3500 idmançı, 5,3 milyard avro 

19:31
04 Fevral

Gömrükçülər külli miqdarda narkotik vasitə aşkar edib  

19:28
04 Fevral

Azərbaycan Kuboku: 1/4 final mərhələsi qolsuz heç-heçə ilə başlayıb

19:12
04 Fevral

Növbəti taxıl yüklü qatar Azərbaycandan tranzit keçməklə Ermənistana yola düşür

19:03
04 Fevral

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

18:59
04 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!