27 Aprel 2025 08:20
503
İQTİSADİYYAT
A- A+
Lerik kəndliləri builki baharı bərəkət fəsli adlandırırlar 

Lerik kəndliləri builki baharı bərəkət fəsli adlandırırlar 


Qışda yetərincə düşən yağıntı torpağa əlavə can verib 


Lerik dağ rayonudur. Dağlıq ərazilərin isə aran yerlərlə müqayisədə çətinlik və problemləri çox olur. Dəniz səviyyəsindən yüksəkdə yerləşən bu ərazilərə qış tez gəlib gec gedir. Yol, işıq, qaz, su sarıdan da dağlıq regionda yerləşən yaşayış məntəqələri az əziyyət çəkmirlər, xüsusən də qış aylarında.

Builki qışın da Lerikdə mülayim keçdiyini söyləmək olmaz. O üzdən müəyyən çətinliklər yaşandı. Lakin rayon icra hakimiyyəti yaranan vəziyyətin aradan qaldırılması üçün tədbirlər də gördü. Nəticədə əraziyə düşən 90-100 santimetr qarın fəsadları operativ aradan qaldırıldı. Məktəblərdə tədris prosesi pozulmadı, ən ucqar kəndlərə belə çörək, un çatdırıldı, elektrik enerjisinin verilməsində yaranan nasazlıqlar qısa müddət ərzində aradan qaldırıldı, Lerik-Lənkəran avtomobil yolunda hərəkətin təhlükəsizliyi təmin edildi, kəndlərə gedən yollar buz və qardan vaxtında təmizləndi. 

Artıq bahardır, qarlı-şaxtalı günlər arxada qalmışdır. Lerikin dağları, yamacları, meşələri, çəmənlikləri, bağ-bağatları yamyaşıl dona, gül-çiçəyə bürünmüşdür. Quşların səsi çayların zümzüməsinə qarışıb təbiətdə xoş bir ahəng yaratmışdır. Uca dağların yamaclarında otlayan qoyun-quzu sürüləri kənd həyatının bərəkətindən soraq verir. 

Bu il Lerikdə çoxlu qar yağması çətinliklərlə birlikdə, kəndli-fermerlərə sevinc də gətirmişdir. Xüsusən əkinçi qışda qarın nə demək olduğunu yaxşı bilir. Bilir ki, bu, Allahın göndərdiyi bol nemətdir. Qış qarlı olanda il də ruzi-bərəkətli gəlir. Qar taxıl zəmilərinin yorğanıdır. Torpaqdakı bütün qurd-quş, ziyanvericilər qarın-şaxtanın soyuğunda məhv olub gedir. Dəmyə şəraitində yetişdirilən taxıl sahələri isə yazın gəlişi ilə əriyən qarın suyundan içib yaxşı boy atır, vaxtında bol məhsul verir. 

Qarın, yağışın heyvandarlığa da faydası çoxdur. Düzdür, yem sarıdan bəzi çətinliklər meydana çıxa bilər. Amma səriştəli, tədbirli heyvandar üçün bunun özü də problem yaratmır. Yazda qarın altından çıxan otlaq sahələri tez çəmənləşir, bol yem kütləsi əmələ gətirir. Bol yem də təbii ki, bol ət, süd, digər heyvandarlıq məhsulları deməkdir. Ümumilikdə suyun get-gedə azaldığı bir vaxtda biz gərək heç vaxt qışın sərt keçməsindən, qarın-yağışın çox yağmasından giley-güzar etməyək, şikayətlənməyək. 

Bu gün Lerikin hansı kəndinə yolunuz düşsə, hər yerdə qızğın iş getdiyini görərsiniz. Qeyd edək ki, taxıl əkinlərində həyata keçirilən aqrotexniki tədbirlərin bir çoxu artıq arxada qalmışdır. Keçən ilin payızında əkilmiş 3 min 512 hektar buğda, 110 hektar arpa və 60 hektar çovdar sahələrinə yemləmə gübrəsi verilmiş, siçanabənzər gəmiricilərə və alaq otlarına qarşı mübarizə tədbirləri görülmüşdür. Kənd təsərrüfatı mütəxəssisi Ələkbər Salayev deyir ki, taxıl elin sərvəti, çörək deməkdir: "Çörək isə süfrələrimizin əvəzolunmaz nemətidir. Tarixin müəyyən dövrlərində biz özümüz də çörək sarıdan çətinlik çəkmişik, aclıq olub. Ona görə də rayonumuzdakı 162 kəndin hər birində əhali taxıl əkir. İlk növbədə bunu öz ehtiyaclarını ödəmək üçün edirlər. Yetişdirilən buğdanı dəyirmanda çəkdirib, necə deyətlər, başlarının altına qoyurlar. Arxayın olurlar ki, illik ruziləri var. Çörək sarıdan ora-bura düşməyəcəklər". O, sonra əlavə etdi ki, zəmilərin ümumi vəziyyəti keçən ildəkindən xeyli yaxşıdır və məhsulun bol olacağı gözlənilir. 

Rayonda taxıl biçininə hazırlıq işləri görülür. Mövcud 18 kombaynın məhsuldar işləməsini təmin etmək üçün onlara baxış keçirilir, köhnələn, xarab olan hissələri yeniləri ilə əvəz olunur. 

Lerikdə meyvəçilik və tərəvəzçiliyə maraq çoxdur. Dəmyə şəraitində yetişdirildiyindən buranın məhsullarının xüsusi dadı-tamı var. 542 hektar meyvə bağlarından yüksək məhsul əldə edilməsi üçün lazımi aqrotexniki tədbirlər vaxtında və keyfiyyətlə həyata keçirilir. Daha keyfiyyətli və məhsuldar meyvə sortlarının əkildiyi bağların salınması istiqamətində ardıcıl işlər görülür. Cari ildə indiyədək 18 hektarda yeni alma və fındıq bağları salınmışdır. 

Tərəvəzçilik də rayonun kənd təsərrüfatında mühüm yer tutur. Ötən il 204 hektarda soğan, 46 hektarda sarımsaq, 28,2 hektarda kələm, 39,5 hektarda xiyar, 41 hektarda pomidor, 1548 hektarda kartof, 31 hektarda qarğıdalı əkilib-becərilmiş, yaxşı məhsul əldə edilmişdir. Keyfiyyətli olduğundan bu məhsullara tələbat da yetərincədir. 

Hazırda yazlıq əkinlər davam edir. Son məlumata görə, 1250 hektarda kartof əkilmişdir. Pomidor əkinlərinin isə artırılması nəzərdə tutulur, artıq 50 hektar sahə hazır vəziyyətə gətirilmişdir. Ümumiyyətlə, bu il kartof və pomidor sahələrinin 30 faiz artırılması planlaşdırılır.  

Heyvandarlığa gəldikdə, rayon fermerlərinin öhdəsində 37,3 min baş qaramal, 70,2 min baş davar, 176,5 min baş quş və 19,5 min arı ailəsi var. Heyvandarlar bu günlər qışlaqlardan - Biləsuvar, Neftçala və Salyan rayonu ərazilərindən Lerikdəki yaylaqlara qayıdacaqlar. İndi onlar yun qırxımı və əldə etdikləri yunu kimə satacaqları haqda düşünürlər. Qiymətli yunun alıcısı isə tapılmır ki, tapılmır. Əvəzində il arıçılıq üçün uğurlu olacaq. Yağan qar-yağış kifayət qədər gül-çiçək, yaşıllıqlar bitirmişdir. 


Seyran CAVADOV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş nazir Əli Əsədov Çinin Azərbaycandakı səfiri ilə görüşüb

19:01
15 May

Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gəlib  

19:00
15 May

Azərbaycanın xarici ticarət dövriyyəsi 12 milyard dollar olub

19:00
15 May

2000 illik qədim hərbi qala aşkarlanıb

18:31
15 May

AQTA sədri Oğuzda vətəndaşların müraciətlərini dinləyib, istehsal müəssisələrinə baş çəkib  

18:31
15 May

Çinin ölkəmizdə yeni təyin edilmiş səfiri Milli Məclisdə olub  

18:30
15 May

Azərbaycan-Macarıstan parlamentlərarası münasibətləri müzakirə olunub  

18:29
15 May

MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 72-ci iclası keçirilib  

18:24
15 May

Hakan Fidan: Ukrayna ilə Rusiya arasında ədalətli və uzunmüddətli sülhə aparan yol dialoqdan keçir  

18:22
15 May

Baş Prokurorluqda prokurorluq orqanlarında görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib  

18:21
15 May

Dünya çempionatı ilə əlaqədar Dənizkənarı Bulvarda "Fan Zona" təşkil olunub  

18:19
15 May

Lənkəranın Hirkan–Daştatük–Biləsər avtomobil yolu təmir olunur

18:15
15 May

İqtisadiyyat naziri AYİB-nin İllik Toplantısı çərçivəsində sessiyalarda və görüşdə iştirak edib  

17:59
15 May

Azərbaycan və Qazaxıstan parlamentləri arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

17:36
15 May

Son 35 ildə planetdə iqlim dəyişikliyi kəskin sürətlənib 

17:16
15 May

İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən 4 min 300 şəxsin məşğulluğu təmin edilib  

16:47
15 May

Fərid Qayıbov: Minifutbol millimizin əldə edəcəyi uğurlu nəticə Azərbaycan xalqının qələbəsi olacaq  

16:39
15 May

Macarıstan XİN-in başçısı Aİ-ni Rusiya-Ukrayna danışıqlarına mane olmamağa çağırıb

16:29
15 May

Komitə sədri: Ailə siyasəti Azərbaycanda prioritet sahələrdən biri kimi müəyyən edilib  

16:26
15 May

Bahar Muradova: Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində əsas amillərdən biridir  

16:16
15 May

ADA Universiteti ilə “Bayraktar Texnoloji Azərbaycan” arasında memorandum imzalanıb

16:15
15 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!