Küveyt mətbuatı Azərbaycanın inkişaf etmiş nəqliyyat infrastrukturundan yazıb
Küveytin ərəb və ingilis dilli mətbuat orqanları “Times Kuwait” və “Al-Wasat” qəzetlərində “Yeni İpək yolu: Niyə inkişaf etmiş nəqliyyat infrastrukturu Azərbaycanın gələcəyinin açarıdır?” sərlövhəli məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın Mərkəzi Asiyanı Avropa ilə birləşdirən tarixi İpək yolu üzərində yerləşməsi və bu marşrutun XXI əsrin inkişaf etmiş texnologiya imkanlarına uyğun olaraq yenidən bərpa edilməsi barədə məlumat verilib.
Qeyd edilib ki, Bakı şəhəri 2000-ci ildən Avropa İttifaqı ilə Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyanın 12 dövləti arasında iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin inkişafına xidmət edən TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) proqramına evsahibliyi edib. Dövlət Statistika Komitəsinin məlumatına istinadən Azərbaycan ərazisindən 2020-ci il ərzində 188,6 milyon ton mal və məhsulun daşındığı bildirilən məqalədə diqqətə çatdırılıb ki, yük daşınmalarının 84,1 faizi neft və qaz boru kəmərlərinin payına düşür, digərləri isə avtomobil, dəmir yolu, dəniz və hava nəqliyyatı vasitəsilə həyata keçirilib.
Müəllif vurğulayıb ki, Azərbaycan son illər Gürcüstan, Rusiya və İran ilə bu ölkəni birləşdirən infrastruktur layihələrinin icrasına böyük həcmdə sərmayələr yatırıb, eyni zamanda, 1902-ci ildən dəniz nəqliyyatı üçün istifadə olunan Bakı limanı əsaslı bərpa edilib, böyük iqtisadi potensiala malik Ələt Dəniz Ticarəti Limanı salınıb. Bundan əlavə, 1878-ci ildə əsası qoyulmuş və uzunluğu 2900 kilometr olan Azərbaycan dəmir yolları sisteminin Cənubi Qafqazın ən böyük və irihəcmli sistemə çevrildiyi qeyd edilib. 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yollarını birləşdirməklə, Çindən Avropaya qədər malların daşınmasına imkan verir.
Məqalədə həmçinin beynəlxalq hava yollarının Azərbaycandan keçməsini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportu ilə yanaşı, daha 5 böyük beynəlxalq əhəmiyyətli hava limanının fəaliyyət göstərdiyi bildirilib.
Yazıda diqqətə çatdırılıb ki, Azərbaycan həyat dolu və imkanlar ölkəsidir. Tarixi irs və multikultural dəyərlər yüz illər boyu qorunub saxlanılıb və zənginləşdirilib. Azərbaycanın insan potensialı, ətraf mühitə və ölkənin düşünülmüş konsepsiyasına əsaslanan güclü iqtisadi inkişafı gələcəyin təminatçısıdır.
Sonda Azərbaycan-Küveyt əlaqələrindən bəhs edilib. Vurğulanıb ki, Küveytlə hava əlaqələrinin tezliklə bərpasına və Körfəz bölgəsinə coğrafi yaxınlığın iqtisadi əlaqələrin hərtərəfli genişləndirilməsinə imkan verəcəyinə böyük ümid bəslənilir. Hər iki ölkənin neft məmləkəti olması və qeyri-neft sektorunun inkişafı məqsədilə iqtisadiyyatlarını şaxələndirmək planları təcrübə mübadiləsini zəruri edən amillərdir. Azərbaycan Körfəz ölkələri ilə Qafqaz regionu arasında körpü rolunu oynaya bilər. Bu məqsədlə Azərbaycanda müasir infrastrukturu və əlverişli iş mühiti formalaşdırılıb. Xüsusən Küveyt kimi dost və qardaş ölkələr üçün əlverişli sərmayə mühiti yaradılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!