12 Noyabr 2026 10:48
92
SİYASƏT
A- A+
Konstitusiyanın tarixi missiyası müstəqil, suveren və hüquqi dövlətçilik ənənələrinin davamlılığını təmin etməkdir  

Konstitusiyanın tarixi missiyası müstəqil, suveren və hüquqi dövlətçilik ənənələrinin davamlılığını təmin etməkdir  

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiya Azərbaycanın müasir dövlət quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirdi, demokratik, hüquqi və dünyəvi dövlət modelinin formalaşmasına möhkəm zəmin yaratdı. Bu tarixi sənəd xalqın suveren iradəsini, milli dövlətçilik ənənələrini və müasir dünyanın ümumbəşəri hüquqi prinsiplərini özündə birləşdirdi.

Milli Məclisin deputatı Nigar MƏMMƏDOVA qəzetimizə açıqlamaısnda bildriib ki, Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyən edən fundamental dövlətçilik sənədidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərlərinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə əsaslanaraq, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaradıb. “Məlum olduğu kimi, Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da qəbul edilib. Növbəti illərdə sovet hakimiyyəti dövrünün siyasi və hüquqi sisteminə uyğun olaraq 1927, 1937 və 1978-ci illərdə yeni konstitusiyalar qəbul olundu. 1978-ci ildə isə Konstitusiyanın hazırlanması zamanı Ulu Öndər Heydər Əliyevin prinsipial mövqeyi və təşəbbüsü nəticəsində Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Bu addım milli kimliyin və dilimizin dövlət səviyyəsində qorunması baxımından mühüm əhəmiyyət daşıyırdı”, – deyə o əlavə edib.

Deputat qeyd edib ki, 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpasından sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yaransa da, ölkədə hökm sürən siyasi böhran və qeyri-sabitlik bu prosesə mane olub. Yalnız 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət idarəçiliyinin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin təmin olunması və müasir dövlət quruculuğunun həyata keçirilməsi üçün real imkanlar yarandı. 1995-ci il noyabrın 12-də keçirilən referendumla qəbul edilən Konstitusiya Azərbaycanın müstəqil dövlət kimi hüquqi və institusional əsaslarının formalaşdırılması istiqamətində tarixi addım idi. 

N.Məmmədova vurğulayıb ki, Konstitusiya layihəsinin hazırlanmasına Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etməsi, onun ümumxalq müzakirəsinə çıxarılması və referendum yolu ilə qəbul olunması sənədin dövlətçilik tariximizdə xüsusi yerini müəyyənləşdirib: “İnsan hüquq və azadlıqlarının müdafiəsi, mülkiyyət hüququ, söz və vicdan azadlığı, bərabərlik prinsipi Konstitusiyanın mühüm istiqamətlərinə çevrildi. Ölkənin hüquq sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atıldı. 1998-ci ildə Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması konstitusiya nəzarəti mexanizminin formalaşdırılmasında əhəmiyyətli mərhələ oldu. İctimai-siyasi və iqtisadi dəyişikliklər nəzərə alınaraq Konstitusiyaya üç dəfə – 2002, 2009 və 2016-cı illərdə referendum yolu ilə əlavə və dəyişikliklər edildi. Bu dəyişikliklər hüquq və azadlıqların müdafiəsi mexanizmlərinin, dövlət idarəçiliyinin və digər konstitusion institutların təkmilləşdirilməsini əhatə etdi. 2016-cı il referendumunda vitse-prezidentlik institutu da təsis edildi. Bu, dövlətin inkişaf mərhələlərinə uyğun hüquqi yenilənmə imkanlarının Əsas Qanunda ehtivası idi”.

Deputat xatırladıb ki, 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü il sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycan bütün ərazisində suverenliyini bərpa edib. Bununla da Konstitusiyanın Preambulasında bəyan edilmiş dövlət müstəqilliyinin, suverenliyin və ərazi bütövlüyünün qorunması niyyətləri yeni tarixi reallıqda öz təsdiqini tapdı. Yeri gəlmişkən, Azərbaycanın Konstitusiyasında heç bir dövlətə qarşı ərazi iddiaları yer almayıb. Belə ki, Azərbaycanın Əsas Qanununda ərazi bütövlüyü və suverenliyin qorunması açıq və konkret hüquqi müddəalarla təsbit edilib. Burada milli dövlətçilik irsi ilə ümumbəşəri hüquqi dəyərlər arasında əlaqə yaradılır. Ermənistan Konstitusiyasının Preambulasında isə Müstəqillik Aktında əksini tapmış “ümummilli məqsədlərə” istinad Azərbaycana və Türkiyəyə qarşı açıq ərazi iddiaları deməkdir. Bu da yekun sülhün imzalanmasına maneə yaradan başlıca səbəbdir. Bu təcrübə göstərir ki, Konstitusiya suverenliyə, sərhədlərin toxunulmazlığına və mehriban qonşuluğa əsaslanan münasibətlərin hüquqi təminatına xidmət edən sənəd olmalıdır.

N.Məmmədova qeyd edib ki, xüsusda 31 il əvvəl Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyanın tarixi missiyası gələcək nəsillər üçün müstəqil, suveren və hüquqi dövlətçilik ənənələrinin davamlılığını təmin etməkdir.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Konstitusiyanın tarixi missiyası müstəqil, suveren və hüquqi dövlətçilik ənənələrinin davamlılığını təmin etməkdir  

10:48
12 Noyabr

Zaqatalada Vətən Müharibəsi Qəhrəmanının büstünün açılış mərasimi olub

09:40
12 Noyabr

KOSMİK Akademiyanın uğuru, "AIREX 26" sərgisinin sorağı, "İstisu"yun Şanxay səfəri

09:35
12 Noyabr

Firavanlıq bolluqdan başlayır

09:30
12 Noyabr

Dövlət suverenliyimizin və davamlı inkişafımızın hüquqi qarantı

09:25
12 Noyabr

Danimarkada Zəfər Gününə həsr olunmuş tədbir təşkil edilib

09:20
12 Noyabr

Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub 

09:15
12 Noyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib

09:11
12 Noyabr

Elmə və milli-mədəni irsə həsr olunan ömür

09:10
12 Noyabr

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

09:05
12 Noyabr

Beynəlxalq hüquqi müstəvidə yeni epoxanın ideoloji manifesti

09:00
12 Noyabr

ABŞ və Çinin süni intellekt sahəsində əlaqələri dünyaya nə vəd edir?

08:55
12 Noyabr

"COP31 Türkiyə və Azərbaycanın iqlim sahəsində əməkdaşlığını beynəlxalq müstəvidə nümayiş etdirir"

08:50
12 Noyabr

Zəfər salnaməsinin əks-sədası

08:45
12 Noyabr

Azad torpaqlarda başlayan yeni həyat

08:40
12 Noyabr

Konstitusiya Günü: hüquqi ənənələr və gələcəyə baxış

08:35
12 Noyabr

Abdulkadir URALOÜLU: "Zəngəzur dəhlizinin bütün hissələrinin dörd ildən sonra istifadəyə verilməsi planlaşdırılır "

08:30
12 Noyabr

Azərbaycan-Türkiyə müttəfiqliyinin sarsılmazlığı bir daha təsdiq olundu

08:25
12 Noyabr

Beynəlxalq iqlim gündəliyində növbəti səhifə - COP31: Türkiyə ev sahibi, Azərbaycan fəal iştirakçıdır

08:20
12 Noyabr

Qobustanın Təklə kəndi ərazisində mindən çox şam ağacı əkilib

08:15
12 Noyabr

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib

08:12
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!