12 Noyabr 2026 09:25
179
CƏMİYYƏT
A- A+
Dövlət suverenliyimizin və davamlı inkişafımızın hüquqi qarantı

Dövlət suverenliyimizin və davamlı inkişafımızın hüquqi qarantı


Azərbaycan xalqı əsrlər boyu öz dövlətçilik ənənələrini qoruyub saxlamış, milli kimliyini, dilini, mədəniyyətini və mənəvi dəyərlərini yaşatmaq uğrunda mübarizə aparmışdır. Bu baxımdan, XX əsrin sonlarında dövlət müstəqilliyimizin bərpası xalqımızın çoxəsrlik arzularının yenidən gerçəkləşməsi idi. Ancaq müstəqilliyin əldə olunması qədər onun qorunması, möhkəmləndirilməsi də böyük siyasi iradə, uzaqgörənlik və tarixi məsuliyyət tələb edirdi.

Dövlət idarəçiliyində sabitliyin bərqərar edilməsi, milli dövlətçilik institutlarının formalaşdırılması, hüquqi və demokratik cəmiyyət quruculuğunun təmin olunması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər ölkəmizin gələcək tərəqqisi üçün möhkəm zəmin yaratmalı idi. Belə bir vaxtda yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı.  Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə 1995-ci ilin mayında Konstitusiya Komissiyası formalaşdırıldı. Xalqımızın müstəqillik iradəsinin, milli dövlətçilik ənənələrinin, suverenliyinin və hüquqi dövlət quruculuğu əzminin təcəssümü olacaq Azərbaycan Respublikasının Konstitusiyası haqqında Ümummilli Lider Heydər Əliyev demişdi: "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü - ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır". 

1995-ci ilin oktyabrında layihə ümumxalq müzakirəsinə verildi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Seçicilərin 86 faizi referendumda iştirak etdi. Onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Həmin il noyabrın 27-də dövlətin Əsas Qanunu qüvvəyə mindi. 1996-cı il fevralın 6-da isə Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edildi. Beləliklə, 1995-ci ilin noyabrında müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. 

Referendum yolu ilə Konstitusiyaya ilk əlavə və dəyişikliklər 2002-ci ilin avqustunda, 2009-cu ilin martında, son əlavə və dəyişikliklər isə 2016-cı ilin sentyabrında edildi. Bu dəyişikliklər dövlət idarəçiliyinin müasirləşdirilməsi, hüquq və azadlıqların müdafiəsi mexanizmlərinin inkişafı və konstitusion münasibətlərin daha da təkmilləşdirilməsi baxımından əhəmiyyətli oldu.

Xalqın iradəsi ilə qəbul edilmiş Konstitusiya dövlət müstəqilliyimizin hüquqi əsaslarını möhkəmləndirdi, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun başlıca istiqamətlərini müəyyən etdi. Konstitusiyamızda xalqımızın dövlət müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətini formalaşdırmaq, qanunun aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, hamının layiqli həyat səviyyəsinə nail olmaq kimi ali niyyətləri öz əksini tapdı. Bu məqsədlər Konstitusiyanın yalnız öz dövrünün deyil, həm də gələcək nəsillərin qarşısında dayanan strateji vəzifələrin hüquqi ifadəsi olduğunu göstərir.

Konstitusiyamızın birinci maddəsinə əsasən, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Bu müddəa xalq suverenliyinin mahiyyətini ifadə etməklə yanaşı, demokratik idarəetmənin prinsipini təsbit edir. Dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinə bölünməsi isə hakimiyyət sistemində tarazlığın, qarşılıqlı fəaliyyətin və hüquqi məsuliyyətin təmin olunmasına xidmət edir.

Konstitusiyada insan hüquqlarının toxunulmazlığı, qanun qarşısında bərabərlik, şəxsi toxunulmazlıq, mülkiyyət, təhsil, əmək, sosial təminat, fikir və söz azadlığı, vicdan azadlığı kimi fundamental hüquqlar təsbit edilib. Çünki güclü dövlət ilk növbədə hüquqları qorunan, azad düşünən, sosial rifahı təmin olunan və gələcəyə inamla baxan vətəndaşların yaşadığı dövlətdir. Konstitusiyanın mahiyyəti də dövlətlə vətəndaş arasında hüquq və məsuliyyətə əsaslanan münasibətlərin formalaşdırılmasında, cəmiyyətdə ədalət və qanunçuluq prinsiplərinin möhkəmləndirilməsində ifadə olunur.

Azərbaycanın müasir dövlətçilik tarixində ən mühüm hadisələrdən biri də ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasıdır. Uzun illər ərzində torpaqlarımızın 20 faizinin Ermənistanın işğalı altında qalması xalqımızın milli yaddaşında silinməz iz qoymuşdu. O səbəbdən Azərbaycanın əzəli əraziləri olan Qarabağ və Şərqi Zəngəzurun yağıların əsarətindən azad  edilməsi dövlətimizin qarşısında tarixi vəzifə kimi dayanırdı.

2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Azərbaycan xalqının milli birliyini, ordumuzun qəhrəmanlığını və dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Zəfər respublikamızın ərazi bütövlüyünün bərpasında həlledici mərhələ oldu. 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində isə ölkəmizin suverenliyi tam bərpa edildi.

İşğaldan azad edilmiş ərazilərimizdə bu gün aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, müasir infrastrukturun yaradılması, yeni yaşayış məntəqələrinin salınması, sosial obyektlərin tikilməsi və "Böyük qayıdış" proqramının həyata keçirilməsi dövlətimizin gələcəyə yönəlmiş inkişaf strategiyasının mühüm istiqamətlərindəndir. Doğma yurdlarına qayıdan insanların həyatının yenidən qurulması, tarixi torpaqlarımızın dirçəldilməsi milli iradənin, dövlət gücünün və xalq-dövlət birliyinin təntənəsidir.

Konstitusiyanın qəbulundan ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin iqtisadi potensialı güclənib, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə mühüm islahatlar həyata keçirilib. Bu nailiyyətlərin hüquqi əsasını təşkil edən Konstitusiya ölkəmizin davamlı inkişafının başlıca dayaqlarından biridir.

Müasir dövrdə qloballaşmanın genişləndiyi, beynəlxalq münasibətlərin mürəkkəbləşdiyi bir şəraitdə hər bir dövlət üçün milli maraqların qorunması, hüquqi sabitliyin təmin edilməsi və cəmiyyətin birliyinin möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Konstitusiyası bu baxımdan dövlətimizin strateji inkişaf istiqamətlərini müəyyən edən, milli həmrəyliyi və ictimai sabitliyi möhkəmləndirən fundamental hüquqi sənəd kimi çıxış edir. Bu baxımdan, 12 Noyabr - Konstitusiya Günü həm də dövlətə bağlılığımızın, milli həmrəyliyimizin və hüquqi dəyərlərə sədaqətimizin ifadəsidir.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zaqatalada Vətən Müharibəsi Qəhrəmanının büstünün açılış mərasimi olub

09:40
12 Noyabr

KOSMİK Akademiyanın uğuru, "AIREX 26" sərgisinin sorağı, "İstisu"yun Şanxay səfəri

09:35
12 Noyabr

Firavanlıq bolluqdan başlayır

09:30
12 Noyabr

Dövlət suverenliyimizin və davamlı inkişafımızın hüquqi qarantı

09:25
12 Noyabr

Danimarkada Zəfər Gününə həsr olunmuş tədbir təşkil edilib

09:20
12 Noyabr

Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub 

09:15
12 Noyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib

09:11
12 Noyabr

Elmə və milli-mədəni irsə həsr olunan ömür

09:10
12 Noyabr

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

09:05
12 Noyabr

Beynəlxalq hüquqi müstəvidə yeni epoxanın ideoloji manifesti

09:00
12 Noyabr

ABŞ və Çinin süni intellekt sahəsində əlaqələri dünyaya nə vəd edir?

08:55
12 Noyabr

"COP31 Türkiyə və Azərbaycanın iqlim sahəsində əməkdaşlığını beynəlxalq müstəvidə nümayiş etdirir"

08:50
12 Noyabr

Zəfər salnaməsinin əks-sədası

08:45
12 Noyabr

Azad torpaqlarda başlayan yeni həyat

08:40
12 Noyabr

Konstitusiya Günü: hüquqi ənənələr və gələcəyə baxış

08:35
12 Noyabr

Abdulkadir URALOÜLU: "Zəngəzur dəhlizinin bütün hissələrinin dörd ildən sonra istifadəyə verilməsi planlaşdırılır "

08:30
12 Noyabr

Azərbaycan-Türkiyə müttəfiqliyinin sarsılmazlığı bir daha təsdiq olundu

08:25
12 Noyabr

Beynəlxalq iqlim gündəliyində növbəti səhifə - COP31: Türkiyə ev sahibi, Azərbaycan fəal iştirakçıdır

08:20
12 Noyabr

Qobustanın Təklə kəndi ərazisində mindən çox şam ağacı əkilib

08:15
12 Noyabr

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib

08:12
12 Noyabr

Əbədi Zəfərin Xankəndi sədası

08:10
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!