10 May 2024 11:19
145
CƏMİYYƏT
A- A+

 Komitə sədri: Ailədə şiddətin qarşısını almaq üçün maarifləndirmə də lazımdır

 

Maarifləndirmə tədbirləri olmasa belə, normal insan onunla bir yerdə ömür sürən, uşaqlarının anası və ya atası olduğunu bilən şəxsə qarşı hər hansı qətl hadisələri və ya şiddət törətməz. Təbii ki, bunların qarşısını almaq üçün maarifləndirmə də lazımdır. Müvafiq dövlət qurumları, media, ictimai təşkilatlar bununla bağlı maarifləndirmə işi aparırlar. Ancaq hesab edirəm ki, yalnız maarifləndirmə tədbirləri ilə bunun öhdəsindən gəlmək mümkün deyil.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.

“Bəzi məqamlarda qanunlar sərtləşdirilməlidir. Bu məsələlərlə bağlı konkret təkliflərimiz var. Milli Məclisdə hesabat verən zaman bu təkliflərimizi səsləndirəcəyik. Bizim hazırladığımız təkliflərə həm əlaqədar qurumların, həm də cəmiyyətin geniş dəstəyi lazımdır”, - deyə komitə sədri vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video