03 Dekabr 2023 10:45
661
Mədəniyyət
A- A+
Kitabın kiçiyi olmur

Kitabın kiçiyi olmur

 

Bugünkü və gələcək nəsillər üçün qiymətli hədiyyə

 

Müdriklər kitabı bəşəriyyətin ən böyük kəşfi adlandırıblar. Haqlı da olublar. Çünki dünya binə olandan bütün tarixi hadisələr kitablara köçürülüb. Bəşər nəsli hələ kitabı kəşf etməmişdən əvvəl fikir və düşüncələrini müxtəlif rəmzlərlə daşların və qayaların üzərinə yazıb. Beləcə, ilk kitabələr yaranıb. Yaranıb ki, keçmişin olaylarını gələcəyə çatdırsın. 
Yenicə çapdan çıxmış kitabları ilk dəfə vərəqləyəndə xoş hisslər keçiririk. Xüsusilə nəfis tərtibatı ilə diqqəti cəlb edən miniatür kitabları... Bu nəşrlər zövqləri oxşayır, gözəl, nadir çap üsulu ilə hamını heyrətləndirir. Kiçik kitablarda böyük dünyanı görürük. 
Bu günlər "Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına dövlət səfəri" adlı yeni miniatür kitab işıq üzü görmüşdür. Nəfis tərtibatla çap olunmuş kitab oxucular üçün qiymətli bir hədiyyədir. Kitabın ön səhifələrində qardaş ölkələrin aylı-ulduzlu bayraqları və ərazilərinin miqyasını göstərən xəritələrin şəkilləri verilib. Növbəti səhifələrdə isə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azəbaycan Respublikasına səfərinin tarixi haqqında məlumatla tanış oluruq. Məlumatdan sonra qardaş ölkələrin prezidentlərinin - Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin ölkələrinin bayraqlarının önündə şəkillərini görürük. 
Kitabın növbəti səhifələrində oxuculara Türkiyə Prezidentinin Azərbaycana dövlət səfəri haqqında ətraflı məlumat verilib. Oxucu kitabı oxuduqca öyrənir ki, 13 iyun 2023-cü ildə Azərbaycana dövlət səfərinə gəlmiş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi qarşılanmadan sonra Fəxri xiyabana gedərək Ümummilli Lider, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin və Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirələrini ehtiramla anmış, məzarları üzərinə tər güllər düzmüşdür.
Daha sonra kitabda sayın Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dövlət səfərinə geniş yer ayrılır. Kitabı maraqla oxuyan hər kəs qardaş ölkənin dövlət başçısının ölkəmizə ikigünlük səfəri haqqında geniş məlumat alır. Topluda həmçinin Türkiyə Prezidentinin qarşılanmasını, keçirdiyi rəsmi görüşləri əks etdirən şəkillər də dərc olunub. Şəkillər kitabı daha da oxunaqlı edib. 
Miniatür Kitab Muzeyinin  xətti ilə  çapdan çıxmış kitabda materiallar həm Azərbaycan, həm də ingilis dillərində verilib. 

V.MƏHƏRRƏMOV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!