Kitab bilik mənbəyi, ruhi dinclik vasitəsidir
Mənəvi sərvətlərimizi, tariximizi, ümumiyyətlə, bəşəri dəyərləri qoruyub saxlayan, onu nəsildən-nəslə ötürən mənbələrdən biri də kitabxanalardır. Kitabxanalar xalqımızın milli sərvətidir. Amma təəssüf ki, bu sərvətdən bəhrələnənlərin sayı arzu olunan səviyyədə deyil. Ötən əsrdə kitabxanaya gedənlər, mütaliə edənlər indikindən qat-qat artıq olub. Doğrudur, indi insanlar daha çox müasir informasiya-kommunikasiya texnologiyaları vasitələrindən istifadə edirlər. Bununla belə, mütaliə mədəniyyətinin yüksəldilməsinə böyük ehtiyac var. Bu gün çoxumuzu düşündürən əsas problemlərdən biri gənclər arasında kitaba, mütaliəyə marağın azalmasıdır. Gənclər bir neçə saat vaxt ayırıb kitabxanaya getməkdənsə, həmin vaxtı mobil telefonla sosial şəbəkələrdə boş, mənasız şeylərə sərf edirlər. Bunun qarşısını almaq, yeni nəsildə mütaliəyə həvəsi yüksəltmək vacibdir.
Şabran rayonunda kitaba maraq hələ də var: insanlar kitabxanaya getməyi unutmayıblar. Rayon mərkəzindəki kitabxana bir neçə bölmə üzrə fəaliyyət göstərir. Ümumilikdə, 27 mindən çox kitab fondu olan kitabxanada əvvəllər bundan iki dəfə az kitab olub. Kitabxana fondu mütəmadi olaraq yeni nəşrlərlə zənginləşdirilir. Rayonun elə sakinləri var ki, bura gələrək gündəlik qəzetləri oxuyurlar. Onlar gənclərimizə nümunədir. Bu, təsirsiz ötüşmür, gənclər də həvəslənərək kitabxanaya meyil edirlər. Doğrudur, onların arasında əsasən ali məktəblərə hazırlaşan məktəblilər daha çoxdur. Bununla belə, bu vərdiş digər uşaqlara da sirayət edir. Təsadüfi deyil ki, indi kitabxanaya ay ərzində 400 nəfərdən çox oxucu müraciət edir. Onların yarısı daimi oxucularımızdır. İl ərzində 70 000 müraciət üzrə kitabxanamız xidmət göstərib. Arzu edirik ki, gələcəkdə bu rəqəm yüz minlərlə ifadə olunsun. Axı, kitab təkcə bilik mənbəyi deyil, həm də daxili rahatlıq, ruhi dinclik vasitəsidir.
Zivər QULİYEVA,
Şabran rayonu, kitabxanaçı
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Hayastanda etirazlar səngimir
05 May
"Xalq Bank"ın "Xalq Əmanəti" layihəsinin 24-cü nəşri Cahid Camala həsr olunub
05 May
QƏZƏLLƏR
05 May
"Şərq şairlərinin günəşi"
05 May
Anamın gözünün nuru, əlinin sığalı hopmuş xalça
05 May
Həyatı filmə bənzəyən aktyor
05 May
Məğrur, qürurlu Şuşa
05 May
Fironun məzarının "öldürücü" sirri
05 May
Tovuz kümçüləri bu il də bol məhsul götürmək əzmindədirlər
05 May
Dini konfessiyaların nümayəndələri Tərtərdə olmuşlar
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!