18 May 2026 17:38
215
SİYASƏT
A- A+
Keniya Prezidenti: BMT-nin öz mövcudluğunu davam etdirməsi üçün islahatların aparılması mütləqdir

Keniya Prezidenti: BMT-nin öz mövcudluğunu davam etdirməsi üçün islahatların aparılması mütləqdir


2002-ci ildə ilk Ümumdünya Şəhərsalma Forumunu Nayrobidə, Keniyada keçirildi. Keçən ay Afrika Şəhərsalma Forumunu yenidən Nayrobidə təşkil etdik. Bu gün isə biz 13-cü Ümumdünya Şəhərsalma Forumunda Bakıda, bu möhtəşəm ölkədəyik. Mən fürsətdən istifadə edərək, Prezident İlham Əliyevə bizə göstərdiyi qonaqpərvərliyə görə təşəkkür edirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri WUF13-un Liderlər Sammitində Keniyanın Prezidenti Uillyam Samoei Ruto deyib.

Keniya Prezidenti bildirib ki, bu, həqiqətən də çox nəticəyönümlü bir tədbirdir. Çünki mənzil məsələsi demək olar ki, hər bir ölkədə mövcuddur.

O qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının öz mövcudluğunu davam etdirməsi üçün islahatların aparılması və anomaliyaların aradan qaldırılması mütləqdir. Ədalətin bərqərar olması zəruridir. BMT və konkret olaraq BMT-nin Təhlükəsizlik Şurasında reprezentativlik, təmsilçilik, demokratiya, Afrika qitəsinin hüquqları da təmin edilsin. Məhz bu şəkildə biz mövcud problemləri həll, daha yaxşı gələcəyi müəyyən edə bilərik. Bakıda bizə gələcəyin şəhərlərini dəyişmək, onları hər kəs üçün yaşamağa uyğun, dayanıqlı və dözümlü etmək üçün müzakirələr aparmaq imkanı yaraılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İrakli Kobaxidze: Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı bütün detallar razılaşdırılıb

19:17
18 May

Daxili işlər naziri Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb

19:15
18 May

Azərbaycanla Dünya İrs Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

19:14
18 May

Deryageldi Orazov: Bu gün şəhərlər sürətlə dəyişən qlobal iqtisadiyyatın əsas mərkəzləridir  

19:13
18 May

Kənd təsərrüfatı naziri Qarabağda təsərrüfatlara baş çəkib, fermerin müraciətlərini dinləyib

19:12
18 May

İoane Navaikula: Biz WUF13-də əldə etdiyimiz pozitiv təcrübələri öz ölkələrimizdə tətbiq etməliyik

19:11
18 May

  ABB-nin yeni sövdələşməsi “Davr-Bank”ın reytinqinə təsir edəcək

19:11
18 May

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq

19:10
18 May

Dünya mediası Bakıda keçirilən WUF13-ü diqqət mərkəzində saxlamaqda davam edir 

19:09
18 May

Ukrayna Baş nazirinin müavini: WUF13 müzakirələrinin Bakıda aparılması bizim üçün önəmlidir

19:08
18 May

Gürcüstanın Baş naziri: Dünya Şəhərsalma Forumunun Bakıda keçirilən sessiyası vacib platformadır

19:07
18 May

Bankların “Blumberq” sistemində əməliyyat həcmi 3 dəfədən çox artıb

18:57
18 May

Dövlət satınalmalarında rəqəmsal müqavilə prosesi

18:43
18 May

Azərbaycanın xarici ticarət dövriyyəsi 17,4 milyard dolları ötüb

18:32
18 May

Azərbaycana 4 ayda 21 mindən çox avtomobil idxal olunub

18:21
18 May

Zimbabvenin Vitse-prezidenti: Gözəl və tarixi Bakı şəhərində səmimiyyətlə qarşılanmışıq

18:18
18 May

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilib Prezident İlham Əliyev çıxış edib YENİLƏNİB

18:17
18 May

Sürprizlər, etirazlar və boykotlarla yadda qalan “Eurovison – 2026”  

18:14
18 May

Azərbaycandan Ermənistana ixrac 9,6 milyon dolları ötüb

18:06
18 May

Səudiyyə Ərəbistanının bələdiyyələr və mənzil naziri: Azərbaycanın şəhərsalma sahəsindəki inkişafını yüksək qiymətləndiririk

18:02
18 May

“EFES-2026” təlimində gəminin ələ keçirilməsi tapşırığı uğurla icra edilib

18:02
18 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!