02 May 2024 14:20
270
Mədəniyyət
A- A+

Janna Skot: Forumda düzgünlük, ədalət və təhlükəsizliyin bərqərar olması barədə fikirlər irəli sürülür  

 

“Gəncləri qlobal sferaya cəlb etmək çox önəmlidir. Bu vasitə ilə onlar arasında kommunikasiya yaratmaq mümkündür”.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ Daxili Təhlükəsizlik Departamentinin keçmiş direktor müavini, İnanc Əsaslı və Qonşuluq Tərəfdaşlıqları Mərkəzi, Dini Etiqad Azadlığı üzrə Amerika Mərkəzinin direktoru Janna Skot "Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun “Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” adlı sessiyada çıxışı zamanı söyləyib.

O qeyd edib ki, mədəniyyətlərarası əlaqələrdə təhsilin rolu danılmazdır: “Düşünürəm ki, gənc nəsil üçün mənəvi təməl qurulmalıdır. Biz post-konflikt erasında yaşayırıq. Etiqadın prinsiplərinə mütləq riayət olunmalıdır. Bu tədbirdə düzgünlük, ədalət və təhlükəsizliyin bərqərar olması barədə fikirlər irəli sürülür. İnanc da mədəniyyətin bir parçasıdır”.

“Bəzi Afrika ölkələrində orta yaş həddi on altıdır. İnsanlar öz mənfəəti deyil, ümumi dünyanın yaxşılaşdırılması üçün çalışmalıdırlar. Biz gələcək nəsillərə daha yaxşı dünya verməliyik",- deyə J. Skot sözlərinə əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video