08 May 2026 20:31
525
İQTİSADİYYAT
A- A+
İslam İnkişaf Bankının nümayəndə heyəti Qarabağa səfər edib

İslam İnkişaf Bankının nümayəndə heyəti Qarabağa səfər edib


İqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev və İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağa səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqlara aparılan bərpa-quruculuq işləri, eyni zamanda, həyata keçirilən infrastruktur layihələri barədə məlumat verib.

Səfər çərçivəsində Ağdam Sənaye Parkına gələn nümayəndə heyəti burada elektrik paylayıcı avadanlıqlar və elektrik yuvalarının, eləcə də tütün məmulatlarının istehsalı ilə məşğul olan müəssisələrdə istehsal prosesi ilə tanış olublar. Sahibkarlarla görüşdə istehsal potensialının artırılması və ixracyönümlü inkişaf perspektivləri müzakirə edilib. Dayanıqlı iqtisadi inkişaf və özəl sektorun gücləndirilməsi istiqamətində İslam İnkişaf Bankı ilə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində fəaliyyət göstərən və 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkının artıq 70 faizindən çox hissəsi sahibkarların istifadəsinə verilib. Sənaye parkının rezidentləri qeydiyyat tarixindən 10 il müddətinə, əmlak, torpaq və mənfəət vergilərindən azaddır, idxal olunan texnika və avadanlıqlara görə ƏDV və gömrük rüsumu ödənilmir. Həmçinin sahibkar tərəfindən istehsal prosesində istifadə ediləcək bir sıra xammal və materialların idxalı 10 il müddətinə ƏDV-dən azad olunur.

Qonaqlar işğaldan azad edilmiş ərazilərdə təhsil və sosial infrastruktur sahəsində görülən işlərlə tanışlıq çərçivəsində Füzuli şəhərində Qazaxıstan tərəfindən inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, 1 saylı körpələr evi-uşaq bağçası, eləcə də özbək xalqı adından hədiyyə olaraq inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə olublar. Təhsil və sosial müəssisələrdə yaradılmış müasir infrastruktur, tətbiq edilən innovativ yanaşmalar və uşaqların hərtərəfli inkişafı üçün formalaşdırılmış imkanlar diqqətə çatdırılıb.

Şuşaya səfər zamanı qonaqlar şəhərin tarixi-mədəni abidələri ilə tanış olublar. Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov burada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri ilə bağlı məlumat verib.

Nümayəndə heyəti, həmçinin Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində yaradılmış müasir tədris infrastrukturu və akademik mühitlə tanış olub. Qeyd edilib ki, universitet regionun sosial-iqtisadi inkişafına töhfə verəcək yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm potensiala malikdir.

Səfər çərçivəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, yaradılan müasir infrastruktur və formalaşdırılan əlverişli investisiya mühitinin regionun sosial-iqtisadi inkişafına mühüm töhfə verdiyi vurğulanıb. Eyni zamanda, İslam İnkişaf Bankı Qrupu ilə sənaye, təhsil, sosial infrastruktur və sahibkarlığın inkişafı istiqamətlərində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qazaxıstanın Aktau limanı potensialını artırır

09:41
24 İyun

İran İslam Şurası Məclisinin sədri Azərbaycana səfərə gəlib

09:40
24 İyun

Dünya çempionatı: Kolumbiya millisi qələbə qazanıb

09:39
24 İyun

Şimali Kipr Türk Cümhuriyyəti Parlamentinin sədri ölkəmizə səfərə gəlib

09:39
24 İyun

İlon Mask trilyonçu statusunu itirib

09:38
24 İyun

Dünya çempionatı: Xorvatiya millisi minimal hesabla qalib gəlib

09:37
24 İyun

Bu günədək Neftçala Sənaye Məhəlləsi üzrə 63,05 milyon manat investisiya portfeli formalaşdırılıb

09:36
24 İyun

COP29 irsi, COP30 gündəliyi və COP31 hədəfləri Londonda müzakirə olunub

09:35
24 İyun

Dünya çempionatı: İngiltərə-Qana oyununda hesab açılmayıb

09:32
24 İyun

ABŞ Prezidenti: Venesuela əməliyyatının xərclərini neft gəlirləri ilə dəfələrlə geri qaytarmışıq

09:32
24 İyun

Hörmüz boğazının açılması Avropanı yüksək enerji qiymətlərindən xilas edəcəkmi?

08:45
24 İyun

Dünya yeni geosiyasi reallığın astanasındadır

08:43
24 İyun

Zəngin ənənə və güclü istehsal potensialı

08:40
24 İyun

"İmzalanan sənədlər Azərbaycan-Türkmənistan əlaqələrini yeni səviyyəyə qaldırır"

08:35
24 İyun

Tramp İranla danışıqların gedişatından məmnun olduğunu bildirib

08:31
24 İyun

Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığı Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının inkişafında mühüm rol oynayır

08:30
24 İyun

Azərbaycan-İİB əməkdaşlığı yeni layihələrlə inkişaf edir

08:25
24 İyun

Dövlət proqramı qarşıdakı 5 il üçün yeni imkanlar açır

08:20
24 İyun

Azərbaycan aqrar sektoru intensiv inkişaf modelinə keçir

08:15
24 İyun

Qlobal qarşıdurmalar fonunda sabit və yüksələn Azərbaycan

08:10
24 İyun

Müasir Azərbaycan tarixinin daha bir əlamətdar səhifəsi

08:05
24 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!