«İrəvan xanlığı» kitabının rumın dilinə tərcüməsinin təqdimat mərasimi keçirilmişdir
Oktyabrın 12-də Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyində Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutu tərəfindən hazırlanmış "İrəvan xanlığı" kitabının rumın dilinə tərcüməsinin təqdimat mərasimi keçirilmişdir.
Kitab Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə nəşr olunmuşdur.
Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, təqdimat mərasimində səfirliyin işçiləri, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Ticarət və Sənaye Palatası, ARDNŞ-nin Rumıniyadakı nümayəndəliyinin əməkdaşları, Rumıniyanın ictimai təşkilat və fondlarının üzvləri, tanınmış din, ədəbiyyat, tarix və incəsənət xadimləri, KİV nümayəndələri, Rumıniyada akkreditə olunmuş diplomatik korpusun, türk və tatar icmalarının təmsilçiləri, azərbaycanlı tələbələr və Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi iştirak etmişlər.
Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyinin rəhbəri İqbal Hacıyev mərasimi giriş sözü ilə açaraq kitabın əhəmiyyətinə toxunmuş, əsərdə İrəvan xanlığının sosial-iqtisadi həyatı, sərhədləri və inzibati bölgüsü, daxili idarəçilik sisteminin təkzibedilməz dəlillərlə işıqlandırıldığını, bu Azərbaycan dövlətinin XIX əsrin əvvəllərində yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizəsi, xüsusilə də işğal olunmuş İrəvan xanlığının ərazisinə ermənilərin İrandan və Osmanlı imperiyasından kütləvi şəkildə köçürülməsi barədə sənədlərə əsaslanan faktların geniş əksini tapdığını bildirmişdir.
Tədbirdə çıxış edən Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov təqdim olunan əsərdə Əfşar imperiyasının süqutundan sonra meydana gəlmiş Azərbaycan dövlətlərinin birindən - İrəvan xanlığından bəhs olunduğunu bildirmiş, təkzibolunmaz ilkin mənbələr əsasında İrəvan xanlığı əhalisinin etnik tərkibinin əsasən azərbaycanlılardan ibarət olduğunun sübuta yetirildiyini qeyd etmişdir.
Azərbaycan və rumın xalqlarının tarixində bir çox bənzərliklərin mövcud olmasına toxunan səfir E.Həsənov, həmçinin Ermənistanın ölkəmizə qarşı təcavüzü barədə iştirakçılara ətraflı məlumat vermişdir. Bütün bunlarla yanaşı, Azərbaycan xalqının heç kəsin torpağında gözünün olmadığını, dövlətimizin bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşdığını nəzərə çarpdırmışdır.
Buxarest Yazıçılar Birliyinin sədri Horia Qırbya kitabın mötəbər mənbələr əsasında yazıldığını, bu nəşr vasitəsilə ölkəmizin tarixi, mədəniyyəti barədə geniş məlumatların rumın oxucuları tərəfindən öz dillərində əldə etmək imkanının yarandığını söyləmiş, kitabda əksini tapmış bir çox faktlarla Azərbaycana səfəri zamanı tanışlıq imkanı əldə etdiyini vurğulamışdır. O, təqdim olunan əsərin Rumıniya ictimaiyyətinə tanış olmayan bir sahəni işıqlandırdığını, mənsub olduğu xalqın Azərbaycanın haqq işini hər zaman dəstəklədiyini bildirmişdir.
Rumıniyanın və bütövlükdə regionun nüfuzlu nəşrlərindən olan "GeoPolitica" jurnalının direktoru, "İrəvan xanlığı" kitabının çap olunduğu "Top Form" nəşriyyatının rəhbəri Vasile Simileanu Azərbaycan müəllifləri ilə uzunmüddətli əməkdaşlıq ənənəsinə malik olduqlarını, təqdimatı keçirilən kitabın Azərbaycan həqiqətlərinin akademik dairələr və geniş ictimaiyyət arasında təbliğinə xidmət edəcəyini və Cənubi Qafqaz tarixinin öyrənilməsi baxımından tutarlı əyani vəsaitə çevriləcəyini bildirmişdir. O, Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyi ilə bundan sonra da birgə layihələr keçirməyə hazır olduğunu vurğulamışdır. Həmçinin Rumıniyada gerçəkləşdirilən humanitar fəaliyyətə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü ifadə etmişdir.
Rumıniyada iqtidarda olan Demokratik Liberal Partiyasının (PDL) Buxarest şəhəri 6-cı sektorunun şöbəsi gənclər təşkilatının baş katibi Andrada Dinu çıxışında Ermənistanın təcavüzkar siyasətinə toxunaraq, hazırkı Ermənistan ərazisinin tarixi Azərbaycan torpaqları olduğunu vurğulamışdır. A.Dinu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə və ədalətin bərqərar olunacağına əminliyini ifadə etmişdir.
Qara dəniz-Xəzər dənizi Əməkdaşlıq və Tərəfdaşlıq üzrə Beynəlxalq Fondun baş katibinin məsləhətçisi Feliçia Skoartsa təqdim olunan kitabın Ermənistan tərəfinin iddialarının əksinə, əzəli Azərbaycan torpaqlarının erməni işğalı altında olduğunu sübut etdiyini bildirərək, BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların Dağlıq Qarabağ və digər zəbt olunmuş ərazilərin işğalına dair qəbul etdikləri qətnamələrin yerinə yetirilmədiyini təəssüflə qeyd etmiş, "İrəvan xanlığı" kimi əsərlərin regionun tarixinə dair alternativ məlumat qaynağı olduğunu bildirmişdir.
Kitabın Rumıniyanın dövlət orqanları, nazirlikləri, kitabxanaları, xarici ölkələrin diplomatik missiyaları arasında yayılması təmin edilmişdir.
Mərasimdə, həmçinin Rumıniyanın digər siyasi və ictimai xadimləri də çıxış etmişlər. Ölkədə rumın, ingilis və türk dillərində nəşr olunan "Hayat", "Zaman", "Anayurt", "Ultima ora", "Balcanii şi Europa" və s. mətbuat orqanlarında tədbirlə bağlı xəbərlər dərc olunmuşdur. Tədbirdə "Lider" televiziyasının istehsalı olan "İrəvan və irəvanlılar" filmi nümayiş etdirilmişdir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!