19 Aprel 2025 08:30
635
SİYASƏT
A- A+
İrəvan sülhlə bağlı imitasiya edir 

İrəvan sülhlə bağlı imitasiya edir 


Ermənistanı revanşizmə həvəsləndirənlər bu ölkəni uçuruma sürükləyirlər


"Ermənistanın sülhlə bağlı mövqeyi imitasiyadır. Sülhdən danışmaq hələ sülh istəmək deyil. Sülhdən danışıb sərhəddə təxribatlar törətmək, silahlanma siyasətini  davam etdirmək isə qəbuledilməzdir".

Bu sözləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib. Deputat bildirib ki, Azərbaycanın irəli sürdüyü şərtlər ətrafında manipulyasiya etmək Ermənistanın sülhdən yayındığını bir daha sübut edir. Ermənistan rəsmiləri israrla müqavilənin imzalanacağı yer və vaxt barədə sorğu edir, amma anlamırlar ki,  məkan və zamanı müəyyən etmək ən sonuncu prosesdir. "Ona qədər isə Ermənistan konstitusiyası dəyişdirilməli, ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Yalnız bundan sonra sülh sazişinin imzalanması, iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması yolunda hər hansı bir maneə olmayacaq. Biz sülh sazişinə köklənsək də, Ermənistan konstitusiyasında ziddiyyətli məqamlar var, onlar aradan qaldırılmalıdır. Azərbaycanın bu tələbi beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur", - deyə o əlavə edib.

Deputat xatırladıb ki, sülh və əməkdaşlıq təklifi ilk dəfə Azərbaycan tərəfindən irəli sürülüb. Müharibə başa çatdıqdan dərhal sonra - 2021-ci ildə məhz  düşmənçilik səhifəsini bağlamağı təklif etdik. 2022-ci ilin ilk aylarında sülh razılığının beş əsas bəndi Ermənistana təqdim edilib. Təsadüfi deyil ki, sülh sazişinin ilk layihəsi də Azərbaycan tərəfindən yazılıb və Ermənistana verilib. Təxminən iki il yarımdan sonra, yəni bir ay əvvəl müzakirələr başa çatıb və mətnlə bağlı razılıq əldə olunub. Təbii ki, sazişin mətninin razılaşdırılması hələ onun imzalanması demək deyil. Ermənistan özünü "sülh göyərçini" kimi təqdim etməyə çalışsa da, Fransa və Hindistanın verdiyi pulsuz silahlar, Yunanıstandan aldığı "S 300" raket kompleksləri, Sülh fondu vasitəsilə silah-sursat, hərbi texnikaların alınması onun müharibəyə hazırlaşmasından xəbər verir. Avropa İttifaqının Sülh fondunun Ermənistana dəstəyi İrəvanı revanşizmə həvəsləndirib. 

N.Məmmədova qeyd edib ki, bir neçə gün əvvəl Antalya Diplomatik Forumunda xarici işlər nazirləri çərçivəsində keçirilən üçtərəfli görüş, eyni zamanda Tbilisidə nazir müavinləri səviyyəsində baş tutan təmaslar müsbət haldır: "Amma Ermənistan praktik addımlar atmalıdır, yalnız bəyanat və görüşlərlə iş bitmir. Azərbaycanın şərtləri mütləq yerinə yetirilməlidir. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, "top Ermənistan tərəfdədir"".


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı ilə MERCOSUR arasında azad ticarət sazişi imzalanıb  

23:41
17 Yanvar

Müasir İncəsənət Muzeyində "Qeyzer" adlı müasir incəsənət sərgisinin açılışı olub  

23:03
17 Yanvar

Ukrayna Rusiyanın hava hücumundan müdafiə vasitələrini və dron anbarını vurub  

20:16
17 Yanvar

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb  

19:46
17 Yanvar

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

19:33
17 Yanvar

Serdar Ünsal: Azərbaycan xalqı müstəqilliyin əldə olunmasında iradə nümayiş etdirib  

19:25
17 Yanvar

ABŞ konqresmenləri Danimarka və Qrenlandiyaya dəstək verdiklərini bəyan ediblər  

19:03
17 Yanvar

Sabah Səudiyyə Ərəbistanında çoxmillətli hərbi təlimlərə start verilir  

18:51
17 Yanvar

Alman mediası Azərbaycan qazının Almaniya və Avstriya bazarına ixracına geniş yer verib  

18:27
17 Yanvar

Pediatr: Antibiotiklərin səbəbsiz istifadəsi uşağın immun sisteminə mənfi təsir göstərir  

18:13
17 Yanvar

Vitali Kliçko: Kiyevdə 6000 evin istilik problemi həll edilib  

17:49
17 Yanvar

CAR mətbuatında “Azərbaycan 20 Yanvar faciəsinin 36-cı ildönümünü qeyd edir” adlı məqalə dərc edilib  

17:43
17 Yanvar

Suriyanın Əl-Məşrəfa kəndi qaçaqmalçılıq mərkəzindən turizm məkanına çevrilib  

17:01
17 Yanvar

ABŞ Prezidenti Türkiyə Prezidentini Qəzza Sülh Şurasında təsisçi üzv olmağa dəvət edib  

16:23
17 Yanvar

Afrikanın cənubunda daşqınlar nəticəsində 200-dən çox insan ölüb  

15:49
17 Yanvar

Suriya ordusu Hələbin şərqindəki Deyr Hafir şəhərini nəzarətə alıb  

15:11
17 Yanvar

Nizami rayonunda hüquqi yardım aksiyası keçirilib

14:45
17 Yanvar

Səudiyyə Ərəbistanının nüfuzlu “əl-Cəzirə” qəzetində 20 Yanvar faciəsi barədə məqalə dərc olunub  

14:38
17 Yanvar

WUF13 tədbiri üzrə media nümayəndələrinin akkreditasiyasına start verilib  

14:31
17 Yanvar

Mütəxəssis: Qarın yağması taxıl əkinləri üçün çox əhəmiyyətlidir  

13:42
17 Yanvar

Bakıda sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq - PROQNOZ  

13:25
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!