11 Mart 2026 08:30
1140
SİYASƏT
A- A+
Azərbaycanın qətiyyətli diplomatiyası 907-ci düzəlişin ləğvinə də nail olacaq

Azərbaycanın qətiyyətli diplomatiyası 907-ci düzəlişin ləğvinə də nail olacaq


Müxtəlif dövrlərdə ABŞ administrasiyaları tərəfindən "Azadlığı Müdafiə Aktı"na 907-ci düzəliş Azərbaycana təzyiq vasitəsi kimi istifadə edilib. Torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etdiyi bir dövrdə ABŞ Konqresi Azərbaycanın guya Ermənistana "blokada" tətbiq etməsini bəhanə kimi göstərərək, Azərbaycana ABŞ-dən dövlət yardımının göstərilməsini qadağan edən bu düzəlişi edib. Bu həm də qeyri-rəsmi hərbi embarqo idi. 

Milli Məclisin deputatı Pərvanə Vəliyeva qəzetimizə açıqlamasında bildirib ki, bu düzəliş Azərbaycan xalqına qarşı amansız Xocalı soyqırımının törədilməsindən bir gün öncə, 24 fevral 1992-ci il tarixində qəbul edilib. ABŞ Konqresi və digər xarici parlamentlərdə olan hamiləri Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı etnik və milli zəmində insanlıq əleyhinə cinayətlərin törədilməsinə rəvac verdilər. Müəllifi Utah ştatını təmsil edən Vayn Oven, həmmüəllifləri arasında isə Frank Pallon, Nensi Pelosi kimi şəxslər var idi. "Həmin dövrdə Azərbaycan yeni müstəqil olmaqla yanaşı, insanlıq əleyhinə cinayətlərə, etnik təmizləmələrə məruz qalmış, torpaqlarının 20 faizinə yaxınının işğalı ilə üzləşmişdi. Bu düzəlişi hazırlayan şəxslər əraziyə səfər etmədən, əslində, nə baş verdiyini aydınlaşdırmadan fikir irəli sürmüşdülər. Hansı ki, o dövrdə Ermənistanla sərhədlər Gürcüstan və Türkiyə üzərindən tam açıq idi, əslində, blokadaya düşən Naxçıvan-Azərbaycan ərazisi idi", - deyə o əlavə edib.

Deputat deyib ki, xarici ölkələrlə əlaqələrin olmadığı sovet hakimiyyəti dövründə belə Ermənistanda Diaspor Komitəsi fəaliyyət göstərib, Qərb ölkələri, eləcə də, Qərbdəki siyasətçilərlə böyük şəbəkə qurub. Beləliklə, ABŞ Konqresinə də ayaq açan erməni diasporunun "səxavətli" nümayəndələri Azərbaycana qarşı olan bu maddənin qanun layihəsinin tərkib hissəsinə daxil edilməsinə və həmin qanun çərçivəsində həm Nümayəndələr Palatasında, həm də Senatın səsverməsindən kifayət qədər səs çoxluğunun toplanmasına nail olublar. Bu günədək ABŞ Konqresində təmsil olunan demokratlar Azərbaycan əleyhinə yüzlərlə qanun layihəsi və qətnamənin sponsoru və həmsponsoru olublar. Bu prosesdə xüsusilə aktiv olan şəxs isə o dövrdə senator kimi, sonra vitse-prezident, daha sonra prezidentliyi dövründə Co Bayden idi.

P.Vəliyeva qeyd edib ki, senator Bob Menendez və Frank Pallone kimi şəxslər müxtəlif dövrlərdə 907-ci düzəlişin dayandırılması və ləğvinin prezident səlahiyyətlərindən çıxarılmasına çalışıblar: "2001-ci ildə ABŞ Konqresi 2002-ci ildən prezidentə 907-ci düzəlişi hər il müvəqqəti olaraq dayandırmaq səlahiyyəti verdi və ABŞ-nin prezidentləri ardıcıl olaraq bu səlahiyyətdən istifadə etdilər. 2002-ci ildə Prezident Buş qanunun 907-ci düzəlişini həmin il üçün dayandırsa da, Birinci Corc Buş və Bill Klinton dövründə  bu düzəlişin icrası dayandırılmadı. Sonradan oğul Corc Buş, Barak Obama, Donald Trampın hakimiyyətləri dövründə bu ədalətsiz düzəlişin tətbiqi yenidən dayandırıldı. Co Bayden isə bunu 2023-cü ildə antiterror əməliyyatları zamanı əsassız olaraq aktivləşdirdi".

Deputat vurğulayıb ki, Corc Buşun bu səlahiyyətdən istifadə etməsi ABŞ-nin həm Ermənistan, həm də Azərbaycanla yeni təhlükəsizlik münasibətlərinin inkişafı istiqamətində mühüm addım olub. Beləliklə, administrasiya bu əlaqələrdən istifadə edərək Azərbaycan və Ermənistan arasında yenidən hərbi toqquşmaların qarşısını almağa, iki ölkə arasında barışığı təşviq etməyə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmağa çalışdı. Qarşılığında isə Əfqanıstan əməliyyatları, terrorla mübarizədə ABŞ-nin səyləri dəstəkləndi, beynəlxalq missiyalara hərbi kontingent göndərildi. "Əfqanıstan əməliyyatları başa çatan kimi nankorcasına 907 saylı düzəliş yenidən canlandırıldı və Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edilməyə başlanıldı. Azərbaycan Əfqanıstan missiyasına erkən qoşulan, hərbi kontingent göndərən və onu artıran, eyni zamanda ABŞ üçün həyati əhəmiyyət daşıyan nəqliyyat-logistika dəstəyini təmin edən etibarlı tərəfdaş olub. Lakin bu şəxslər oranı məğlub şəkildə tərk etdikdə Azərbaycanın onlara olan dəstəyini də unutdu. Bu, nankorluqdan başqa bir şey deyildi", - deyə o bildirib.

P.Vəliyeva Prezident İlham Əliyevin Vaşinqtona 8 avqust 2025-ci il tarixli səfərini xatırladaraq deyib ki, həmin dövrdən Azərbaycan-ABŞ münasibətləri yeni səviyyəyə yüksəlib. Prezident İlham Əliyevlə Prezident Donald Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olaraq "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasını dayandıran sənəd imzalanıb. Ötən ay ABŞ vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri çərçivəsində ABŞ ilə Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalandı. İndi isə müzakirə mövzularından biri 907-ci düzəlişin ləğv edilməsidir. Bu isə Konqresin səlahiyyətlərinə aiddir. 

Deputat diqqətə çatdırıb ki, Konqresdə qəbul edilən 907-ci düzəlişin ləğvi ilə əlaqədar qanun layihəsi Florida ştatından olan respublikaçı Anna Paulina Luna tərəfindən 9 dekabr 2025-ci ildə Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinə təqdim olunub, lakin hələ plenar müzakirəyə çıxarılmayıb: "Qanuna komitədə baxıldıqdan sonra Nümayəndələr Palatasında səsverməyə çıxarılır və bu proses adətən uzun çəkir. 907-ci düzəlişin ləğvi ilə bağlı belə qanun layihəsi ilk dəfədir ki, təqdim olunur. Bu isə Prezident İlham Əliyevin ABŞ ilə uğurlu diplomatiyasının nəticəsidir. Qanunun təqdim olunduğu Nümayəndələr Palatasının sədri respublikaçı Brian Mastdır. Parlament üzvlərimiz və Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri ABŞ-yə səfər zamanı bu şəxslə görüşüb və müzakirə aparıb. Milli Məclis ABŞ Konqresi ilə təmasları bu yöndə davam etdirir. Həmin komitədə 28 respublikaçı üzv, 23 demokrat var. Lakin komitədəki demokratlar arasında Azərbaycan əleyhinə layihələrin həmmüəllifləri və müəllifləri olan Bred Şerman, Cim Kosta, Dina Titus, Coaqin Castro, Ted Lieu və digər şəxslər yer alır. Onlar layihəni əngəlləmək üçün dəridən-qabıqdan çıxacaqlar", - deyə o əlavə edib. 

Deputat vurğulayıb ki, ABŞ-nin qanunverici orqanının qərar qəbul etmək prosesi olduqca qarışıqdır və müxtəlif maraqlı qruplar bu məsələyə daim əngəl törədirlər. Konqresdən keçən qanun və proqramların dayandırılması olduqca çətindir. Bundan fərqli olaraq, 5 ildən bir dəyişən prezidentlərin imzaladığı sərəncamlar növbəti sələfi tərəfindən asanlıqla dəyişdirilə və ya ləğv edilə bilir. Konqresin səsverməsindən keçən sənədlər isə daha rezistentdir, çünki güclü lobbi qruplarının maraqları qərarların ləğvinə mane olur. 

Onun sözlərinə görə, daha həlledici bir məqam ABŞ-də bu il noyabrın 26-da təyin edilmiş aralıq seçkilərdir: "Bu, prezidentin dördillik səlahiyyət müddətinin ortasında keçirilən federal seçkilərdir. Aralıq seçkilərdə seçicilər Konqresin Nümayəndələr Palatasının bütün 435 üzvü, ABŞ Senatının təxminən üçdəbiri üçün səs verir. Bu seçkilər Konqresə hansı partiyanın nəzarət edəcəyini müəyyən edir. Bizim üçün vacib olan respublikaçıların mütləq əksəriyyətinin hər iki palatada üstünlük təşkil etməsidir. Əgər noyabrın 26-dək  907-ci düzəliş ləğv olunmasa, aralıq seçkilərini gözləməli olacağıq".

P.Vəliyeva vurğulayıb ki, Prezident Donald Tramp aralıq seçkilərlə bağlı ictimai rəyi qazanmaq üçün müsbət fon yaratmaqda həm daxili, həm də xarici siyasətdə fenomenal dəyişikliklər etməyə davam edir. Onun bu müddət ərzində yaradacağı müsbət fon aralıq seçkilərinin taleyini həll edəcək. Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində 907 saylı düzəlişin icrası Prezident Tramp tərəfindən dayandırılsa da, ölkəmiz bunun tam ləğvini gözləyir. Dövlətimiz bu günədək ən çətin missiya və məqsədlərin öhdəsindən layiqincə gəlib. Azərbaycanın qətiyyətli diplomatiyası 907-ci düzəlişin ləğvinə də nail olacaq. 


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:28
30 Aprel

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 10 aprel tarixli 383-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında 

02:27
30 Aprel

"Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) arasında BTİ Regional Akselerasiya Mərkəzinin yaradılması ilə bağlı Əməkdaşlıq Sazişi"nin təsdiq edilməsi haqqında

02:25
30 Aprel

"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 yanvar tarixli 2007 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 

02:24
30 Aprel

“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində, “Sosial sığorta haqqında”, “Polis haqqında”, “Tibbi sığorta haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “İnzibati icraat haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 249-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:23
30 Aprel

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

02:22
30 Aprel

Ukrayna dronları Rusiyanın bir neçə “Mi-28” və “Mi-17” helikopterlərinə zərbə endirib  

23:55
29 Aprel

Tramp Putinlə telefon danışığının detallarını açıqlayıb

23:18
29 Aprel

Putin Trampa II Dünya müharibəsində Qələbənin ildönümü ilə bağlı atəşkəsə hazır olduğunu deyib  

21:57
29 Aprel

Vladimir Putinlə Donald Tramp arasında telefon danışığı baş tutub  

21:56
29 Aprel

Azərbaycan və Uruqvay arasında siyasi məsləhətləşmələr aparılıb

21:45
29 Aprel

Ukrayna Rusiya ilə yeni əsir mübadilələrinə hazırlaşır

21:29
29 Aprel

Danimarka şirkəti ilə “Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində külək enerjisinin ixracı nəzərdən keçirilib  

21:03
29 Aprel

Amerikalı ekspert: Qarabağda texnoloji şəhər mühiti üçün unikal imkan var  

20:52
29 Aprel

Mir Cəlal Paşayevin doğum gününə həsr olunmuş ədəbi-bədii tədbir təşkil olunub  

20:48
29 Aprel

Hörmüz boğazı hamı üçün bağlı deyil

20:28
29 Aprel

Yaxın Şərqdəki münaqişə və Hörmüz böhranı fonunda “Brent” 50, “Light” isə 40 faizdən çox bahalaşıb  

20:23
29 Aprel

Sensor ekranlı “mouse” təqdim edilib  

20:18
29 Aprel

Azərbaycan və Kolumbiya siyasi dialoqu gücləndirir

20:15
29 Aprel

“DJI”nin yeni cihazı nümayiş olunub  

20:13
29 Aprel

Pirat və kontrafakt mallar dövlətin xeyrinə müsadirə oluna biləcək  

20:09
29 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!