01 Dekabr 2024 16:03
761
DÜNYA
A- A+
İrakli Kobaxidze: ABŞ-ın Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq barədə qərarı müvəqqəti xarakter daşıyır  

İrakli Kobaxidze: ABŞ-ın Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq barədə qərarı müvəqqəti xarakter daşıyır  

ABŞ-ın Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq barədə qərarı müvəqqəti xarakter daşıyır. Bunun heç bir prinsipial əhəmiyyəti olmayacaq və ümid edirik ki, yeni admnistrasiya məsələyə yenidən baxacaq və ədalətli qərar qəbul edəcək.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-ın Gürcüstan ilə strateji tərəfdaşlığı dayandırması ilə bağlı qərarını şərh edərkən söyləyib. Onun sözlərinə görə, ABŞ-ın hazırkı administrasiya D.Tramp admnistrasına mümkün qədər ağır miras qoymağa çalışır.

İ.Kobaxidze deyib: “Ağ evin hazırkı administrasiyası yeni administrasiyaya mümkün qədər ağır miras qoymağa çalışır. Onlar bu addımı əvvəlcə Ukrayna ilə əlaqədar atdılar, indi isə Gürcüstanla əlaqəli edirlər. Bunun heç bir prinsipial əhəmiyyəti olmayacaq, biz yeni administrasiyanı gözləyəcəyik və hər şey haqqında yeni administrasiya ilə danışacağıq. Ağ evin bu addımı prezident Salome Zurabişvilinin hakimiyyəti kimi müvəqqəti hadisədir”.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller “X” sosial şəbəkəsində ABŞ-ın Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq barədə qərar qəbul etdiyini bildirib. Bir qədər sonra isə ABŞ Dövlət Departamenti bu qərarla bağlı ətraflı bəyanat yayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan–ABŞ münasibətlərində siyasi etimad və strateji əməkdaşlığın yeni dövrü başlayır.  

16:54
11 Fevral

Şri-Lankada məhkəmə 12 nəfərə ölüm hökmü verib

16:52
11 Fevral

Prezident Ərdoğan: Ankara Türkiyə üçün istədiyini dost ölkələrə də arzulayır  

16:36
11 Fevral

Fevralın 13-də pensiyaların yeni artımla birgə ödənişinə başlanacaq  

16:28
11 Fevral

Dünya neft bazarında profisit yaranıb

16:11
11 Fevral

Xankəndinin yolları qardan təmizlənir 

16:09
11 Fevral

Qərbi Azərbaycan İcması Avropa Şurasının komissarını azərbaycanlıların Ermənistana qayıdış hüququna dəstək verməyə çağırıb  

16:01
11 Fevral

Tailandda məktəbə silahlı hücum: müəllim və şagirdlər girov götürülüb

15:48
11 Fevral

ANAMA və FAO arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib

15:37
11 Fevral

Qazaxıstan mətbuatı Bakı ilə Vaşinqton arasında əməkdaşlığın genişlənməsi barədə yazır

15:29
11 Fevral

Media: Təhlükəsizlik təmin olunmayanadək Ukraynada seçki keçirilə bilməz  

15:26
11 Fevral

Ərəb Parlamentinin prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib  

15:23
11 Fevral

Azərbaycan-ABŞ münasibətlərində yeni, uğurlu səhifə açılıb 

15:23
11 Fevral

Vəhşi təbiətin harmoniyası - Şirvan Milli Parkı 

15:13
11 Fevral

Yanvarda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 9 faiz artıb

15:04
11 Fevral

Xidmət rəisi: AMEA tərəfindən 681 abidəyə müvafiq rəy verilib

14:57
11 Fevral

Peskov: Moskva Bakı və İrəvanla qarşılıqlı faydalı münasibətləri inkişaf etdirmək niyyətindədir  

14:41
11 Fevral

Məsud Pezeşkian: İran nüvə silahı yaratmağa can atmır  

14:01
11 Fevral

Orban: Avropa İttifaqı Macarıstana qarşı müharibə elan edib

13:55
11 Fevral

Fransa mediası ABŞ-ın Vitse-prezidentinin Bakıya səfərindən yazır  

13:43
11 Fevral

Levan Mamaladze: ABŞ Vitse-prezidentinin Azərbaycana və Ermənistana səfəri regionun inkişafına müsbət təsir göstərəcək  

13:31
11 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!