23 Yanvar 2026 18:41
715
İQTİSADİYYAT
A- A+
İqtisadiyyat naziri Dünya iqtisadi Forumu çərçivəsində bir sıra görüşlər keçirib  

İqtisadiyyat naziri Dünya iqtisadi Forumu çərçivəsində bir sıra görüşlər keçirib  


Prezident İlham Əliyevin rəhbərliyi ilə Davos İqtisadi Forumunda (DİF) iştirak çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanla iqtisadi əməkdaşlığın gündəmində olan prioritetlər, ticarət və enerji sahəsində tərəfdaşlıq, nəqliyyat-logistika infrastrukturunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər vurğulanıb. Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi potensialının reallaşdırılması barədə müzakirələr aparılıb.

DİF çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov İsrail Dövlətinin iqtisadiyyat və sənaye naziri Nir Barkatla görüşüb. Görüşdə ticarət, sənaye, enerji və biznes tərəfdaşlığı istiqamətində qarşılıqlı fəaliyyətin perspektivləri vurğulanıb. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın gündəmində olan aktual məsələlər nəzərdən keçirilib.

Azərbaycan Prezidentinin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov “Coca-Cola” şirkətinin qlobal siyasət və dayanıqlılıq üzrə baş vitse-prezidenti Maykl Qoltsman ilə görüşüb. Şirkətin ölkəmizdə həyata keçirdiyi layihələr, investisiya planları, davamlı inkişaf, səmərəli infrastrukturun formalaşması istiqamətində təşəbbüslər və rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması üzrə perspektivlər müzakirə olunub.

İqtisadiyyat nazirinin DİF çərçivəsində növbəti görüşü Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzinin direktoru Rikardo Hausman ilə keçirilib. Tərəflər Azərbaycanda iqtisadi inkişaf prioritetlərinin reallaşdırılması istiqamətində həyata keçirilən islahatlar, “Growth Lab” Mərkəzi ilə əməkdaşlıq, birgə fəaliyyət çərçivəsində reallaşdırılan “Yaşıl artım portal” layihəsinin perspektivləri barədə fikirlərini bölüşüblər.

İqtisadiyyat naziri Mikayıl Cabbarov DİF çərçivəsində “Boston Consulting Group”un vitse-sədri və “BCG Henderson Institute”un qlobal rəhbəri Nikolaus Lanqla görüşüb. Rəqəmsal transformasiyanın iqtisadi strategiyaların formalaşmasına təsiri, ticarət sahəsində perspektivlər, süni intellekt və şirkətlərin geosiyasi dayanıqlığının gücləndirilməsi barədə müzakirələr aparılıb.

Davos İqtisadi Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov “Menzies Aviation” şirkətinin icraçı sədri Hassan El-Houri ilə görüşüb. Görüşdə aviasiya sektorunun dayanıqlı inkişafı istiqamətində ölkəmizdə görülən işlər, bu sahədə innovasiyaların tətbiqi və investisiyaların təşviqi, o cümlədən əməkdaşlıq perspektivləri barədə müzakirə aparılıb. Qarşılıqlı təcrübə mübadiləsi, təlim və məşğulluğa yönəlmiş təşəbbüslərin dəstəklənməsi qeyd edilib.

Qeyd edək ki, Davos İqtisadi Forumu çərçivəsində SOCAR ilə İsveçrənin SİCPA SA şirkəti arasında xidmətlərin göstərilməsinə dair sənəd imzalanıb. Bu əməkdaşlıq müasir monitorinq texnologiyaları vasitəsilə birgə fəaliyyət çərçivəsinin yaranmasını təmin edəcək. Yeni həllər enerji təchizatı zənciri üzrə təhlükəsizliyin təmin edilməsinə və şəffaflığın artırılmasına töhfə verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Dövlət katibinin müavini gələn həftə Azərbaycana səfəri zamanı vitse-prezident Vensə qoşulacaq  

23:01
07 Fevral

Ermənistan XİN-də Azərbaycan ilə sülh sazişi müzakirə olunub  

23:00
07 Fevral

Azərbaycanın hərbi attaşesi Kayseri və Kahramanmaraşda şəhid ailələrini ziyarət edib  

22:59
07 Fevral

Rusiya Ermənistan AES-də yeni enerji bloku tikmək niyyətindədir  

20:59
07 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

19:14
07 Fevral

Milli Aviasiya Akademiyası ilə Təhsilin İnkişafı Fondu və “Kapital Bank” arasında əməkdaşlıq memorandumları imzalanıb  

18:53
07 Fevral

II “GİNius” intellektual yarışı başlayıb YENİLƏNİB

18:12
07 Fevral

Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır

15:41
07 Fevral

Həkimlər: Rusiya ordusunun sui-qəsdə uğrayan generalının həyatı üçün təhlükə yoxdur

14:38
07 Fevral

AAYDA-nın İdarə Heyətinin yeni sədri kollektivə təqdim edilib  

14:26
07 Fevral

Sabahın hava proqnozu açıqlanıb

14:25
07 Fevral

Rusiya yenidən Ukraynanın enerji obyektlərinə kütləvi hücuma keçib

14:18
07 Fevral

Zelenski: Ukrayna energetikasına hücumda 400-dən çox PUA və 40-a yaxın raketdən istifadə olunub

14:02
07 Fevral

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

13:59
07 Fevral

Ötən ay gecikdirilmiş 45 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub  

13:17
07 Fevral

Şeyxülislam Allahşükür Paşazadə Vatikana səfər edəcək

11:28
07 Fevral

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

11:08
07 Fevral

Tramp: İranla çox yaxşı danışıqlar apardıq  

10:15
07 Fevral

7 fevral seçkiləri xalqın öz Liderinə sonsuz inamının növbəti ifadəsi oldu  

10:12
07 Fevral

Bilmək istəyirəm

10:10
07 Fevral

Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclər fəallıq göstərirlər

10:05
07 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!