23 Yanvar 2025 10:49
1088
Təhsil
A- A+
İqlimşünas alim: Azərbaycanda orta illik temperaturun artımı qlobal göstəricilərə yaxındır  

İqlimşünas alim: Azərbaycanda orta illik temperaturun artımı qlobal göstəricilərə yaxındır  

Qış aylarında havanın normadan isti keçməsi, əsasən iqlim dəyişiklikləri, həmçinin müxtəlif sinoptik və meteoroloji amillərin təsiri ilə əlaqəli ola bilər. Son illərdə qlobal temperaturun artması qış aylarında da isti hava şəraitinin yaranmasına səbəb ola bilir.

Bunu AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri coğrafiya elmləri doktoru Səid Səfərov deyib.

S.Səfərov bildirib ki, sənayeləşmə dövrünə qədərki dövrlə (1850-1900) müqayisədə son bir neçə onillikdə Yer kürəsinin qlobal orta temperaturu təxminən 1,1 dərəcə artıb ki, bu da dünyanın ayrı-ayrı bölgələrində özünü bir qədər fərqli göstərir: “Məsələn, şimal enliklərində bu artım daha böyükdür. Azərbaycanda isə orta illik temperaturun artımı qlobal göstəricilərə yaxındır. İstiləşmə özünü müxtəlif aylarda bir qədər fərqli təzahür edə bilir. Məsələn, qış aylarında, xüsusilə yanvar və fevral aylarında temperatur artımı daha çox hiss oluna bilər, noyabrda isə istiləşmə nəzərəçarpacaq deyil. Qış aylarında havanın qəfil istiləşməsi, adətən, cənubdan və ya cənub-şərqdən gələn isti hava kütlələrinin təsiri ilə əlaqədar olur. Əksinə, şimaldan, şimal-şərqdən və şimal-qərbdən gələn hava kütlələri daha soyuq hava gətirərək temperaturu aşağı sala bilir.

Beləliklə, qlobal istiləşmə bütün il ərzində ümumən orta illik temperaturun artmasına səbəb olsa da, bu artım hər bir ayda eyni şəkildə hiss olunmaya bilər. Bəzi aylarda temperatur daha çox arta bilər, bəzilərində isə azalma və ya tərəddüdlər müşahidə oluna bilər. Məsələn, bir il yanvar ayı soyuq keçə, digər bir ildə isə həmin ay daha isti ola bilər. Bu, təkcə iqlim dəyişiklikləri ilə deyil, həm də müvafiq ayda hava kütlələrinin xarakteri və atmosfer şəraiti ilə əlaqədardır”.

İqlimşünas alim vurğulayıb ki, nəticə etibarilə bu cür temperatur dəyişiklikləri ümumən qlobal istiləşmənin bir təzahürüdür: “Ancaq ayrı-ayrı dövrlərdə əraziyə daxil olan hava kütlələrinin xarakterindən asılı olaraq, hava şəraitinin kəskin dəyişməsi də mümkün ola bilər. Məsələn, yanvar ayında temperatur bir neçə gün ərzində qəfil enə bilər və ya uzun müddət isti qala bilər”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fərid Qayıbov Qubadlı rayon və Sumqayıt şəhər sakinləri ilə görüşüb  

12:22
23 Yanvar

UNESCO: Son iki ildə 50-dən çox ölkədə internetin kəsilməsi halları olub  

11:41
23 Yanvar

Cey Di Vens: ABŞ Yaxın Şərqdə əhəmiyyətli qüvvələr cəmləyib  

11:32
23 Yanvar

Davos İqtisadi Forumu Azərbaycanın qlobal iqtisadi arenada lider olduğunu bir daha göstərdi  

11:24
23 Yanvar

Aqrar İnnovasiya Mərkəzi və Dövlət Məşğulluq Agentliyi arasında əməkdaşlıq imkanları müzakirə edilib  

11:18
23 Yanvar

Ötən gün 67 cinayətin açılması təmin olunub  

10:57
23 Yanvar

Beynəlxalq axtarışa verilmiş daha iki şəxs ölkəmizə ekstradisiya olunub

10:54
23 Yanvar

Xankəndi, Ağdam və Xocalıda məktəbəqədər təhsil müəssisələrində ilk dəfə tədris prosesinə başlanılıb

10:46
23 Yanvar

Tacikistan səfiri "ASAN xidmət"də

10:42
23 Yanvar

Dünyanın ən böyük AES-nin fəaliyyəti yenidən dayandırılıb  

10:24
23 Yanvar

Azərbaycanda ötən il 258 mindən çox şəxsə proaktiv qaydada pensiya, müavinət və təqaüd təyin olunub  

10:22
23 Yanvar

“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib  

10:20
23 Yanvar

Dünya bazarında qızıl və gümüş bahalaşıb

10:02
23 Yanvar

Dünya birjalarında neft bahalaşıb  

10:01
23 Yanvar

Azərbaycan nefti ucuzlaşıb  

10:00
23 Yanvar

WUF13 çərçivəsində keçiriləcək tərəfdaş tədbirləri üzrə müraciətlərin qəbulunun başa çatmasına son 1 həftə qalıb  

09:57
23 Yanvar

Fransa Hərbi Dəniz Qüvvələri Aralıq dənizində Rusiya tankerini saxlayıb  

09:57
23 Yanvar

ABŞ rəsmi şəkildə Ümumdünya Səhiyyə Təşkilatından çıxıb  

09:55
23 Yanvar

Tramp: İran istiqamətində hərəkət edən böyük donanmamız var  

09:34
23 Yanvar

Zelenski: Prezident Tramp ilə görüş məhsuldar olub  

09:33
23 Yanvar

UEFA Avropa Liqasının Liqa mərhələsində VII turun qarşılaşmaları keçirilib  

09:30
23 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!