06 Mart 2026 01:55
2231
Qanunlar
A- A+
"İnvestisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 

"İnvestisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 11-ci, 13-cü və 26-cı bəndlərini rəhbər tutaraq qərara alır:

"İnvestisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 702 (Cild I); 2024, №2, maddə 138)13-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1.13.1-ci maddəyə "üçün" sözündən sonra ", strateji əhəmiyyətə malik investisiyalara münasibətdə isə Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycan Respublikasının milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə"sözləri əlavə edilsin.

2.13.2-ci  maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: 

"İnvestisiyaların dövlət ehtiyacları üçün, strateji əhəmiyyətə malik olan investisiyalara münasibətdə isə Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycan Respublikasının milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə investordan alınması ayrı-seçkilik hesab edilmir.".

3.13.3-cü maddədən "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq" sözləri çıxarılsın.

4.13.4-cü maddədə "maddəsinə uyğun olaraq ödəniləcək kompensasiya" sözləri "maddəsində nəzərdə tutulan kompensasiya investisiya müqaviləsində müəyyən edilmiş qaydada, belə qayda olmadıqda isə" sözləri ilə əvəz edilsin.

5. Aşağıdakı məzmunda 13.5-ci maddə əlavə edilsin:

"13.5. Strateji əhəmiyyətə malik olan investisiyaların Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycan Respublikasının  milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə milliləşdirilməsi və ya dövlət tərəfindən alınması Azərbaycan Respublikasının qanunları ilə həyata keçirilir.".


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 24 fevral 2026-cı il


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazıb

21:43
01 May

“Bentley Baku” Rəşad Mehdiyevin yeni əsərlərini təqdim edib

21:33
01 May

Xankəndi şəhərində intellektual festival

21:09
01 May

Burundili tələbə: Müstəmləkəçilik zehniyyətindən uzaqlaşmalı, yeni bir təfəkkürə keçməliyik

21:07
01 May

“Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda beynəlxalq Gənclər Forumuna yekun vurulub  

21:06
01 May

Tramp Aİ-dən ABŞ-yə gələn avtomobil və yük maşınları üçün tarifləri 25 faizə qaldırıb  

21:05
01 May

Media: İran ABŞ-yə sülh müqaviləsi layihəsi ilə bağlı cavab verib

21:01
01 May

DİN: Məktəbə gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub, araşdırma başlayıb

20:48
01 May

III Çarlzın ABŞ-yə səfəri başa çatıb

20:28
01 May

BP-nin AGT regionu üzrə yerli xərcləri artıb

20:13
01 May

Afrikada qida qıtlığı riski artır  

20:01
01 May

Nəhəng şirkətlər aşağı karbonlu enerjini necə təmin edir?

19:53
01 May

Böyük Britaniyada süni intellektlə bağlı yeni araşdırma

19:46
01 May

Gənclər milli kimlik və həmrəylik mesajları səsləndirib

19:39
01 May

Bu il dünyada 45 milyon insan aclıq riski ilə üzləşə bilər

19:31
01 May

Böyük Britaniyada terror təhlükəsi səbəbindən təhlükəsizlik gücləndirilib

19:22
01 May

Çin Afrika ölkələri ilə ticarət əlaqələrini genişləndirir

19:13
01 May

Yanacağın bahalaşması Avropa aviaşirkətlərini müflis edə bilər

19:05
01 May

ABŞ və Venesuela arasında 7 illik fasilədən sonra birbaşa uçuşlar bərpa olunub  

18:57
01 May

Somali sahillərində piratçılıq yenidən artır

18:48
01 May

Nazir: Naxçıvanda fövqəladə hadisələrlə uğurla mübarizə aparılır

18:44
01 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!