01 May 2026 21:06
122
SİYASƏT
A- A+
“Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda beynəlxalq Gənclər Forumuna yekun vurulub  

“Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda beynəlxalq Gənclər Forumuna yekun vurulub  


Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda beynəlxalq Gənclər Forumuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Forumda ilk dəfə olaraq indiki və keçmiş müstəmləkələri təmsil edən gənc diplomatlar, tədqiqatçılar, beynəlxalq hüquq sahəsində ixtisaslaşmış şəxslər, səhiyyə sahəsi üzrə mütəxəssislər, müstəqillik tərəfdarı olan siyasi partiyaların və təşkilatların nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri və universitet tələbələri iştirak ediblər. Ümumilikdə 17 ölkədən nümayəndələr öz təcrübələrini bölüşüblər. Eyni zamanda, ölkəmizin ali məktəblərində təhsil alan əcnəbi tələbə və tədqiqatçılar Foruma qatılıb.

Forumun ikinci günü açılış mərasimi gənc nümayəndələrin fləş-mob çıxışı ilə başlayıb.

Açılış mərasimində çıxış edən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, Qrup 2023-cü ilin iyul ayında müstəmləkəçiliyin aradan qaldırılmasına həsr olunmuş beynəlxalq konfrans çərçivəsində təsis edilib və fəaliyyətə başladığı dövrdən etibarən bu istiqamətdə ardıcıl və sistemli iş aparır.

O qeyd edib ki, 2023-cü ildən bu günədək Qrup tərəfindən kolonial və neokolonial siyasətlərin nəticələri, dekolonizasiya məsələləri, insan hüquqlarının, yerli xalqların və etnik azlıqların hüquqlarının qorunması kimi mövzulara həsr olunmuş 35-dən çox beynəlxalq tədbir uğurla təşkil olunub.

A.Abbasovun sözlərinə görə, 2024-cü ildən etibarən Bakı Təşəbbüs Qrupu fəaliyyətini beyin mərkəzi kimi davam etdirir. Bu dövrdə üç kitab nəşr olunub, 40-dan çox analitik hesabat hazırlanaraq ictimaiyyətə təqdim edilib. Eyni zamanda, beynəlxalq təşkilatlara və aidiyyəti qurumlara alternativ hesabatlar təqdim olunub. Qrupun fəaliyyəti çərçivəsində hazırda müstəmləkəçilikdən əziyyət çəkən xarici ərazilərlə əməkdaşlıq əlaqələri qurulub. Bununla yanaşı, neokolonial siyasətlərdən zərər görmüş 15-dən çox ölkə ilə əməkdaşlıq genişləndirilib.

Sonra BMT-nin Gənclər Ofisinin nümayəndəsi Adelin Pierrenin qurumun dəstək mesajını əks etdirən videomüraciəti dinlənilib.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasovun moderatorluğu ilə keçən müzakirələrdə çıxış edən Qabondan olan siyasi elmlər tədqiqatçısı Angelika İvala bildirib ki, Forum iştirakçılar arasında təcrübə mübadiləsi aparmaq, qarşılıqlı öyrənmə imkanları yaratmaq və konkret təşəbbüslərin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Kanadanın “Panth Punjab” layihəsinin sədri Akashdeep Singh Chahai qeyd edib ki, bu platformanın əsas əhəmiyyəti gənclərin yalnız gələcəyin liderləri deyil, eyni zamanda, postkolonial reallıqların formalaşdırılmasında fəal iştirakçılar kimi çıxış etməsindədir. Gənclər artıq müxtəlif regionlarda öz müqəddəratını təyinetmə, ədalət və dekolonizasiya ilə bağlı yeni yanaşmalar irəli sürürlər.

Afrika üzrə İqlim Məsləhətləri Bürosunun Keniyadan olan redaktoru Brian Ngigi isə müstəmləkəçiliyin formal olaraq sona çatmasına baxmayaraq, onun struktur nəticələrinin bu gün də müxtəlif formalarda özünü göstərdiyini diqqətə çatdırıb.

Reunyonda "Ka-Ubuntu" azadlıq hərəkatının həmtəsisçisi və sədri Romain Katambara ölkəsinin hələ də Fransanın müstəmləkəsi altında qaldığını, əsas məqsədlərinin müstəqillik əldə etmək olduğunu vurğulayıb: "Bu, Reunyon xalqı üçün ləyaqət məsələsidir. Mənim ölkəm Reunyon hələ də Fransa tərəfindən siyasi, iqtisadi və mədəni baxımdan idarə olunur və asılı vəziyyətdədir. Məhz buna görə biz "Ka-Ubuntu" hərəkatını yaratdıq. Reunyondan və diaspordan olan gənc qardaş və bacılarımızla birlikdə ölkəmizin müstəqilliyi uğrunda mübarizəyə başladıq. Çünki bizim üçün müstəmləkəçilik xalqımızı içdən yeyən bir xərçəngdir və bunun yeganə müalicəsi müstəqillikdir".

“Global Family Media” şirkətinin əməliyyatlar üzrə direktoru, “Rwanda Gender Media Council” təşkilatının İdarə Heyətinin üzvü, Ruandadan olan Umuhoza Natete Veritenin sözlərinə görə, postkolonial cəmiyyətlərin gələcəyi yalnız keçmişin dəyərləndirilməsindən deyil, həm də bu gələcəyi formalaşdıracaq gənclərin gücləndirilməsindən asılıdır.

Gəncləri bu günün liderləri hesab etdiyini qeyd edən Çadın Xarici İşlər Nazirliyinin nümayəndəsi Abderahman Moussa bildirib ki, postkolonial kontekstdə gənclərin rolunu yenidən düşünmək onların özünə inamını bərpa etməkdən başlamalıdır: "Biz itirilmiş nəsil deyilik, biz formalaşan nəsilik. Qarşımızda çoxsaylı çağırışlar var: iqlim dəyişikliyi, bərabərsizliklər, münaqişələr, rəqəmsal transformasiya. Lakin bu çağırışlar, eyni zamanda, cəmiyyətlərimizi yenidən formalaşdırmaq üçün imkan da təqdim edir. Əgər biz həqiqətən postkolonial, ədalətli, suveren və dayanıqlı bir gələcək istəyiriksə, gənclərə inanmalı, onlara investisiya qoymalı və onlarla birlikdə irəliləməliyik. Arzuladığımız postkolonial gələcək gənclərsiz qurulmayacaq".

"Paris Nanterre" Universitetində siyasi elmlər üzrə təhsil alan əlcəzairli tələbə Mellina Tenfiçenin sözlərinə görə, kolonizasiya, sadəcə, ərazilərin işğalı deyil, o, daha dərin və daha travmatik bir prosesdir. Bu, torpaqların, sərvətlərin, həm maddi, həm də insan resurslarının mənimsənilməsi deməkdir. Eyni zamanda, bir xalqın mədəniyyətinin, tarixinin və ləyaqətinin əlindən alınmasıdır. Bu, geri qaytarılması vacib olan torpaqdan daha çətin olan bir itki yaradır.

Kanada Siqh Federasiyasının hüquq müşaviri Pahal Sarvan Sinq siqhlər üçün siyasi təmsilçilik, muxtariyyət, öz müqəddəratını təyinetmə və Xalistan məsələlərinin Pəncabda hələ də aktual olduğunu diqqətə çatdırıb. Bildirilib ki, bunlar abstrakt narahatlıqlar deyil. Onlar tarixə, siqh kimliyinə və yaşanmış təcrübəyə əsaslanır. Siqh xalqına qarşı soyqırımı ya məhkəməsiz qətllər formasında, ya da transmilliləşmiş repressiya şəklində davam edir.

Misirdən gələn iştirakçı İsmael Ehab Mohamed Jaberin sözlərinə görə, bu gün güc yalnız siyasi və ya iqtisadi deyil, həm də media, informasiya və narrativ üzərində qurulub: "Bu sahədə gənclər, sadəcə, iştirakçı deyillər. Onlar qlobal müzakirələrin formalaşmasında əsas aktorlara çevrilirlər. Məhz buna görə Bakı Təşəbbüs Qrupu kimi təşkilatlar çox önəmlidir. Onlar regionlar arasında ideyaları birləşdirir və dialoqu real təsirə çevirir. Həmçinin qeyd etmək istərdim ki, gənclər media və platformalardan istifadə edərək öz ideyalarını yayır, özlərini inkişaf etdirirlər. Əsas sual gələcəyin necə olacağı deyil, gənclərin onun formalaşmasında hansı rolu oynayacağıdır".

Daha sonra ADA Universitetinin professoru Murat Özkalelinin moderatorluğu ilə interaktiv sessiya keçirilib. Sessiya zamanı süni intellektin inkişafının beynəlxalq münasibətlər və qlobal təhlükəsizlik sahələrinə təsiri, BMT-nin dayanıqlı inkişaf məqsədləri barədə müzakirələr aparılıb.

Sonra ötən gün keçirilən debat müsabiqəsinin qaliblərinə sertifikatların təqdim edilməsi mərasimi olub.

Forumun sonunda Qlobal Cənub Gənclər Platformasının yaradılması haqqında qərar qəbul edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xankəndi şəhərində intellektual festival

21:09
01 May

Burundili tələbə: Müstəmləkəçilik zehniyyətindən uzaqlaşmalı, yeni bir təfəkkürə keçməliyik

21:07
01 May

“Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda beynəlxalq Gənclər Forumuna yekun vurulub  

21:06
01 May

Media: İran ABŞ-yə sülh müqaviləsi layihəsi ilə bağlı cavab verib

21:01
01 May

DİN: Məktəbə gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub, araşdırma başlayıb

20:48
01 May

III Çarlzın ABŞ-yə səfəri başa çatıb

20:28
01 May

BP-nin AGT regionu üzrə yerli xərcləri artıb

20:13
01 May

Afrikada qida qıtlığı riski artır  

20:01
01 May

Nəhəng şirkətlər aşağı karbonlu enerjini necə təmin edir?

19:53
01 May

Böyük Britaniyada süni intellektlə bağlı yeni araşdırma

19:46
01 May

Gənclər milli kimlik və həmrəylik mesajları səsləndirib

19:39
01 May

Bu il dünyada 45 milyon insan aclıq riski ilə üzləşə bilər

19:31
01 May

Böyük Britaniyada terror təhlükəsi səbəbindən təhlükəsizlik gücləndirilib

19:22
01 May

Çin Afrika ölkələri ilə ticarət əlaqələrini genişləndirir

19:13
01 May

Yanacağın bahalaşması Avropa aviaşirkətlərini müflis edə bilər

19:05
01 May

ABŞ və Venesuela arasında 7 illik fasilədən sonra birbaşa uçuşlar bərpa olunub  

18:57
01 May

Somali sahillərində piratçılıq yenidən artır

18:48
01 May

Nazir: Naxçıvanda fövqəladə hadisələrlə uğurla mübarizə aparılır

18:44
01 May

Diplomatik korpusun nümayəndələri Şuşa qala divarlarını ziyarət ediblər

18:43
01 May

WUF13-ün Bakıda təşkili Azərbaycanın şəhərsalma nailiyyətlərinin beynəlxalq tanınmasının göstəricisi kimi dəyərləndirilib  

18:41
01 May

“ABAD məhəllə” layihəsi çərçivəsində abadlıq və yenidənqurma işləri genişlənir

18:33
01 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!