12 Avqust 2026 13:38
1979
Səhiyyə
A- A+
İnsanların nə qədər günəş işığına ehtiyacı var?

İnsanların nə qədər günəş işığına ehtiyacı var?


Bir əsr əvvəl günəşdə yanmaq sağlamlıq hesab edilsə də, son 50 ildə dəri xərçəngi hallarının artması tibbi yanaşmaları dəyişdirib. Lakin günortalar qısa müddətli günəşdə olmaq ruhi sağlamlıq, D vitamini səviyyəsi, immunitet və ürək-damar sistemi üçün faydalıdır. 

Günəş işığı sümük və əzələ sağlamlığı üçün zəruri olan D vitamininin sintezini təmin edir, iltihabı azaldır və immuniteti möhkəmləndirir. Ultrabənövşəyi şüalanma dəriyə təsir etdikdə qan damarlarını genişləndirən nitrat oksidi ifraz olunur, bu da təzyiqi düşürərək infarkt və insult riskini azaldır. Səhər günəş işığı serotonin səviyyəsini artıraraq diqqəti və əhval-ruhiyyəni yaxşılaşdırır, yuxu hormonu melatonini tənzimləyərək depressiya riskini azaldır.

Mütəxəssislər günəşdə uzun müddət qalmaq əvəzinə günortaya yaxın tez-tez və qısa müddətli olmağı tövsiyə edirlər. Açıq dərili insanların həftənin çox günləri günortaya yaxın qollarını və ya ayaqlarını açıq saxlayaraq bir neçə dəqiqə günəşdə qalmaları kifayətdir. Tünd dərili insanlarda isə dəridəki melanin piqmenti təbii filtr rolu oynayıb D vitamininin yaranmasını ləngitdiyi üçün onlara daha çox vaxt, məsələn, Böyük Britaniyada günortalar təxminən 25 dəqiqə, lazımdır. D vitaminini təmin edən ultrabənövşəyi şüalanma aldıqdan sonra dəri dərhal qorunmalı, gözlər isə mütləq ultrabənövşəyi qoruyucu eynəklərlə örtülməlidir.

Günəş şüaları altında həddən artıq qalmaq D vitamini istehsalını artırmır, əksinə dəri xərçəngi, erkən qocalma, günəş yanığı və katarakta riskini kəskin yüksəldir. İqlim dəyişikliyi və istilik dalğaları səbəbindən son illər dəri xərçəngi hallarında ciddi artım müşahidə olunur. Günəşin şüalanması az olan qış aylarında və ya az günəşli regionlarda yaşayanlar D vitamini çatışmazlığının qarşısını almaq üçün həkim məsləhəti ilə xüsusi qida əlavələri qəbul edə bilərlər.


Təhminə VERDİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda səfərdədir

15:11
11 Sentyabr

Xankəndidə “Regional məşğulluq ekosisteminin qurulması: İşəgötürənlərlə birgə fəaliyyət mexanizmləri” mövzusunda dəyirmi masa keçirilir

14:45
11 Sentyabr

“BBC”: Yaxın Şərqdəki gərginlik səbəbindən neft, qaz və borclanma xərcləri artıb

14:30
11 Sentyabr

Almaniyada inflyasiya son 2,5 ilin ən yüksək həddinə çatıb

14:23
11 Sentyabr

Süni intellekt modellərinin bioloji silahlar üçün istifadə olunduğu hallar aşkarlanıb

14:17
11 Sentyabr

Filippində yanğın baş verən gəmidə xilasetmə işləri davam edir

14:13
11 Sentyabr

İqlim dəyişikliyi Afrikada malyariya xəstəliyinin yayılma xəritəsini dəyişir

14:05
11 Sentyabr

“AzərEnerji”: Azərbaycan-Ermənistan sərhədindən Naxçıvan şəhəri istiqamətində elektrik verilişi xəttinin layihələndirilməsi üzrə işlər görülüb

14:00
11 Sentyabr

Türkiyə-Azərbaycan V Enerji Forumunun Protokolu imzalanıb

13:55
11 Sentyabr

Xankəndidə əmək yarmarkasında 222 vakansiya təqdim olundu

13:48
11 Sentyabr

BƏƏ Almaniya iqtisadiyyatına 46 milyard dollar investisiya qoyacaq

13:40
11 Sentyabr

Cəmiyyətdə təşvişi və özünü uğursuz hiss etmə duyğusunu artıran səbəb 

13:33
11 Sentyabr

Xroniki stress ürək tutmasına səbəb ola bilər: kardioloqdan mühüm xəbərdarlıq

13:27
11 Sentyabr

Elçin Yusubov: "Xankəndidə yeni tikililərin inşası üçün layihələndirmə işlərinə başlanılıb"

13:22
11 Sentyabr

Hava əsasən yağmursuz keçəcək

13:17
11 Sentyabr

Hikmət Hacıyev: "Terrordan müdafiə və terrora qarşı mübarizə üzrə beynəlxalq alyansa qoşulan ilk ölkələrdənik"

13:10
11 Sentyabr

Hikmət Hacıyev: "2020-ci ildən etibarən 45-dən çox yaşayış məntəqəsi yenidən qurularaq keçmiş məcburi köçkünlərin istifadəsinə verilib"

13:03
11 Sentyabr

Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

13:00
11 Sentyabr

Hikmət Hacıyev: Mədəni irsin bərpası, tikintisi və qorunması üçün əlavə səylər göstərməyə davam edilir

12:47
11 Sentyabr

Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu işə başlayıb

12:45
11 Sentyabr

Kanada Ukraynaya HHM sistemi üçün raket almağa 350 milyon dollar ayıracaq

12:37
11 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!