11 Iyul 2023 10:20
53446
Oxucu məktubları
A- A+

İctimai nəqliyyatda vəziyyət nə vaxt düzələcək?

 

İctimai nəqliyyatın problemlərindən nə qədər yazılsa da, deyilsə də, xeyri yoxdur. Götürək xətlərdəki köhnə nəqliyyat vasitələrini.
Onların istismara yaramaması göz qabağındadır: tez-tez yollarda xarab olub qalırlar, oturacaqlar pis gündə, kondisionerləri yox, xəttin o başından bu başına 2-3 saata gedib çıxırlar. Sərnişinlər dayanacaqlarda avtobusları yarım, hətta bir saat gözləməkdən zinhara gəlirlər. Elə marşrutlar var ki, axırıncı dayanacaqda üç-üç, beş-beş dayanıb durur, nəyi gözləyirlər, bilinmir. Deyəndə də cavab verirlər ki, vaxtımıza hələ var. Hansı ki sərnişinlərin dayanacaqlarda onları gözləməkdən “gözlərinin kökü saralır”. 
Bu səbəbdən də avtobuslarda ağlasığmaz sıxlıqlar yaranır. Nəfəsi kəsilənlər, ürəyi sıxılanlar, halı dəyişənlər yarı yolda düşmək məcburiyyətində qalırlar.  Görəsən bu dözülməz hallar nə vaxta kimi davam edəcək?

Səməd MƏMMƏDOV,
Bakı şəhər sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video