29 Dekabr 2022 02:55
904
Oxucu məktubları
A- A+

İçməli su problemimiz həll olundu

 

Güləzi Qubanın səfalı dağ kəndlərindəndir. Kəndimizin əhalisi əsasən şəxsi təsərrüfatlarında çalışır. Camaatımızın çoxu qohum olduğuna görə xeyirdə-şərdə bir-birinə kömək edir, əlindən tutur. 
Kəndimizdə alma bağlarının sahibləri ümumi təsərrüfatda birləşərək kooperativ yaradıblar. Kooperativdə xeyli adam çalışır. Əldə edilən qazanc da ədalətli şəkildə bölünür.
Kənddə suvarma işləri növbəli şəkildə aparılır. Ona görə də əkilən bitkilərin çox hissəsi bəhər verir. Bir sözlə, şükürlər olsun, dolanışıq sarıdan çətinlik yaşamırıq.
Lakin gündəlik həyatımızda bəzi çatışmazlıqlar var idi, xüsusən içməli su sarıdan. Əvvəllər kənddə 4 su quyusu vardı. Hamısı da işlək vəziyyətdə idi. Sonralar baxımsızlıq ucbatından onların gözü doldu. İki il içməli sudan korluq çəkdik. Axırda rayon rəhbərliyinə məktub yazıb dərdimizi bildirdik. 
Sağ olsunlar, bu günlər kənddə rayonun bütün təşkilat rəhbərlərinin iştirakı ilə səyyar qəbul keçirildi. Qərara alındı ki, yanvar ayına qədər Güləzinin su problemi aradan qaldırılsın. Çox çəkmədi, quyular təmizləndi. Hətta onların birinin suyu evlərə verilib. Əminik ki, yaxın vaxtda bütün quyular təmir ediləcək və kəndimizin içməli su problemi birdəfəlik həll olunacaq.

Mehman MƏMMƏDOV,
Quba rayonunun Güləzi kəndi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video