21 İyul 2026 09:35
297
Mədəniyyət
A- A+
Heykəltaraşlığın Tokay səhifəsi

Heykəltaraşlığın Tokay səhifəsi


Valideynləri bir-birindən fərqli ixtisas sahibi idilər. Ancaq ikisi də öz sənətində peşəkarlığı ilə seçilərək ad-san qazanmışdı. Atası Həbib Məmmədov texnika elmləri doktoru, anası Zivər Məmmədova Azərbaycanın ilk qadın heykəltaraşı idi. Tokay da anasının sənətini seçərək heykəltaraş oldu.

Bəlkə də bunun səbəbi uşaqlıq çağlarının ən şirin, ən kövrək duyğularının bu sənətlə bağlı olması idi. 1927-ci il iyulun 18-də Bakıda dünyaya göz açan Tokay Məmmədovu kiçik yaşlarından anası Zivər xanım öz emalatxanasına aparırdı. Anasının iş prosesini maraqla izləyən balaca Tokay da dinc oturmazdı. O, "ilk əsərləri" üzərində işləyər, rəngli plastilindən özünə oyuncaqlar düzəldərdi.

Heykəltaraşlıqda ilk dərslərini anasından alan Tokay Məmmədovun bu sənətə həvəsi diqqətdən yayınmadı. Anasının həmkarları balaca Tokayın gələcəkdə yaxşı heykəltaraş olacağını deyirdilər. Onlardan biri - Tokayı həmişə doğru istiqamətləndirən tanınmış heykəltaraş Pyotr Sabsay sonralar yazmışdı: "Tokay uşaqlıqdan heykəltaraşlıq sənəti ilə maraqlanırdı, bu uşağın gələcəkdə gözəl sənətkar olacağına şübhəm belə qalmamışdı". 

Tokay Məmmədov 1942-ci ildə 7-ci sinfi bitirib sənədlərini Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə verəndə İkinci Dünya müharibəsi davam edirdi.  Müharibənin ağır, məhrumiyyətlərlə dolu vaxtlarında tələbə adını qazanan Tokay gələcəyə sonsuz inamla heykəltaraşlıq sənətini dərindən öyrənməyə başladı.  Bakı Rəssamlıq Məktəbində tanınmış heykəltaraşlar Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, Pyotr Sabsay dərs deyirdilər. Tokay həmin təhsil ocağının nəzdində yeni yaradılmış heykəltaraşlıq sinfində Fuad Əbdürrəhmanovdan dərs alırdı.

1945-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinin üçüncü kursunu bitirən Tokay Məmmədov təhsilini davam etdirmək üçün Leninqrad (indiki Sankt-Peterburq) şəhərinə gedir. İ.E.Repin adına Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunun Heykəltaraşlıq fakültəsinə daxil olur. İnstitutda V.Senayski, A.Matveyev və M.Kerzin kimi görkəmli sənətkarlardan dərs alır. 

Tələbəykən - 1947-ci ildə uşaqlıq illərindən tanıdığı xalçaçı rəssam Lətif Kərimovun portret büstünü hazırlayan gənc heykəltaraşa bu əsər uğur gətirdi. Tokay Məmmədov institutda təhsil aldığı vaxtlarda hazırladığı büstlərlə bir çox sərgidə iştirak etdi, yaratdığı Azərbaycanın böyük oğlu, rus şərqşünaslığının banisi, görkəmli alim Mirzə Kazım bəyin portreti 1948-ci ildə Moskvada keçirilən sərgidə nümayiş olundu.

1951-ci ildə ali təhsilini başa vurduqdan sonra bir müddət Leninqradda heykəltaraş kimi fəaliyyət göstərən T.Məmmədov Leninqrad Rəssamlar İttifaqına üzv qəbul edildi.

Bakıya qayıtdıqdan sonra Əzim Əzimzadə adına  Azərbaycan Dövlət Rəssamlıq Məktəbində pedaqoji fəaliyyətə başlayan sənətkar həm rəsm, həm də heykəltaraşlıqdan dərs deyib. Eyni zamanda heykəltaraşlıqla məşğul olub.  Ustalıqla hazırladığı hər bir əsəri - şair, alim, dövlət xadimi və sadə əmək adamları, həmçinin öz sənət dostlarının büst portretləri heykəltaraşın istedadını göstərib.

Rəssamlıq Məktəbində dərs aldığı Fuad Əbdürrəhmanov "Nizami" heykəlini yaratmışdı. Tokay Məmmədov hələ o məktəbdə oxuduğu zaman dünyaşöhrətli Azərbaycan şairi Nizami Gəncəviyə əsər həsr etmək arzusuna düşmüşdü. 1953-cü ildə o, ilk dəfə ağacdan şairin təsvirini yonub. 1955-ci ildə heykəltaraşın uğurlu əsərlərindən biri olan "Nizami Gəncəvi" portreti Varşavada Gənclərin Beynəlxalq Ümumdünya Sərgisində nümayiş etdirilib. Hazırda əsər şairin adını daşıyan Ədəbiyyat Muzeyində qorunub saxlanılır.

Tokay Məmmədov Azərbaycan heykəltaraşlığında ilk dəfə ağac materialından istifadə edən sənətkardır. O, ayrı-ayrı illərdə ağac materialından portretlər hazırlayıb.  Bu qəbildən olan "Səməd Vurğun", "Xalq rəssamı Qəzənfər Xalıqov", "Nəriman Nərimanov", uzunömürlü azərbaycanlı "Şirəli Müslümov" və başqa portretləri heykəltaraşlığımızın dəyərli nümunələridir.

Mərmər, tunc, gipsdən yüzlərlə əsər yaratmış heykəltaraşın qalereyasında dahi bəstəkar Üzeyir bəy Hacıbəyli, Xalq rəssamı Rüstəm Mustafayev, qadın rəssam Vəcihə Səmədova, yazıçı Süleyman Rəhimov, polyak bəstəkarı Frederik Şopen və Avstriya bəstəkarı V.A.Motsartın büst portretləri də var. Tokay Məmmədov dahi şair Məhəmməd Füzulinin abidəsini heykəltaraş Ömər Eldarovla bərabər hazırlayıb. Onun müəllifi olduğu heykəllər müxtəlif ünvanlarda ucaldılıb. Onlardan biri - Üzeyir bəy Hacıbəylinin heykəli 1960-cı ildə konservatoriyanın qarşısında qoyulub. Heykəltaraş Bakıda 1976-cı ildə qoyulan Məşədi Əzizbəyovun monumental heykəlinə görə 1978-ci ildə SSRİ Dövlət Mükafatına layiq görülüb. Tokay Məmmədov həmçinin Şuşada musiqiçi alim, xəttat və rəssam Mir Möhsün Nəvvabın, Azərbaycanın ilk peşəkar vokal sənətinin banisi, SSRİ Xalq artisti, professor Bülbülün və başqalarının qəbirüstü abidələrinin də müəllifidir.

Yaradıcılığının ilk illərindən istedadı ilə fərqlənən sənətkar Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1962), Azərbaycan SSR Xalq rəssamı (1973), SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü (1975), professor (1977), SSRİ Dövlət mükafatı laureatı (1978), Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədri (1970-1972), Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvü olub. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanına (1977), Azərbaycan SSR Dövlət mükafatına (1982) layiq görülüb, "Şərəf nişanı" (1959), "Xalqlar dostluğu" və "Şöhrət" (2002) ordenləri, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu (2017) ilə təltif edilib.

Xalq qəhrəmanı Koroğlunun abidəsi Tokay Məmmədovun son əsəridir. Görkəmli heykəltaraş 2018-ci il mayın 2-də dünyasını dəyişib. Onun adı müəllifi olduğu dəyərli əsərləri, yaratdığı saysız-hesabsız heykəltaraşlıq nümunələri ilə  Azərbaycan incəsənəti tarixində əbədiləşib.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan, Gürcüstan və Ermənistan ekodəhlizlərin inkişaf perspektivlərini müzakirə ediblər

23:19
21 İyul

Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

22:07
21 İyul

Çempionlar Liqası: “Sabah” Finlandiya klubunu məğlub edib

21:57
21 İyul

Gürcüstan mediası Prezident İlham Əliyevin Almaniyaya səfərindən yazır

20:48
21 İyul

AŞPA Azərbaycana münasibətdə selektiv yanaşmadan əl çəkmir  

19:51
21 İyul

Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO

19:26
21 İyul

Azərbaycan–Almaniya münasibətləri: strateji tərəfdaşlığın yeni mərhələsi

18:48
21 İyul

Fərhad Abdullayev: Konstitusiya məhkəmələri arasında əməkdaşlığın genişləndirilməsi mühüm əhəmiyyət daşıyır

18:47
21 İyul

Rumıniya Radiosu: Almaniya Azərbaycanla enerji əməkdaşlığını genişləndirmək niyyətindədir

18:09
21 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində dövlət ittihamını müdafiə edən prokurorlar çıxışa başlayıb

18:02
21 İyul

Çin Kommunist Partiyasının nümayəndə heyəti Milli Məclisdə olub

17:46
21 İyul

Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə

17:36
21 İyul

Baş prokuror Kəlbəcərdə olub

17:16
21 İyul

Almaniya Kansleri: Azərbaycan iqtisadi baxımdan çox maraqlı perspektivlər təqdim edir

16:57
21 İyul

Məsud Pezeşkian İranın daxilində danışıqlarla bağlı yanlış şərh verənləri tənqid edib

16:54
21 İyul

Prezident: Azərbaycanın Almaniyaya ixracının əsas hissəsini xam neft təşkil edir  

16:39
21 İyul

Ukrayna hərbçiləri Rusiyanın Kursk aerodromunda MiQ-29 qırıcısını məhv ediblər 

16:29
21 İyul

Kansler: Almaniyanın və Azərbaycanın iqtisadi maraqları böyük müharibələrin təsirinə məruz qalıb  

16:18
21 İyul

Prezident İlham Əliyev mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə toxunub  

16:15
21 İyul

Prezident İlham Əliyev: Azərbaycan gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir  

16:13
21 İyul

Prezident: Bağlantılar və tranzit imkanları ilə bağlı Almaniya–Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyəti var  

16:09
21 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!