Heydər Əliyev və təhsilimiz
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və təhsilimiz” adlı tədbir keçirilmişdir. Millət vəkilləri, Laçın rayon ziyalıları və Laçın şəhər 1 nömrəli tam orta məktəbin şagirdlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan təhsilinə, elm və təhsil adamlarına xüsusi diqqət və qayğısından, dünyəvi təhsilə inteqrasiyaya hesablanmış köklü islahatlardan danışmışdır. Qeyd olunmuşdur ki, müstəqilliyin bərpasından sonra elm və təhsil problemləri ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil etmiş, Ulu Öndərin həyata keçirdiyi hər bir islahatın əsasında isə məhz milli təəssübkeşlik, milli-mənəvi dəyərlərə ehtiram dayanmışdır. Natiq Azərbaycan gənclərinin vətəninə layiqli övlad, dövlətinə və xalqına bağlı vətəndaş, milli-mənəvi dəyərlərə sadiq şəxsiyyət kimi yetişdirilməsi missiyasının müəllimlərin üzərinə düşdüyünü vurğulamaqla ana dilinə sevginin aşılanmasında təhsil ocaqlarının rolunu xüsusi qeyd etmişdir.
Laçın şəhər 1 nömrəli tam orta məktəbin direktoru Vəfa İsmayılova Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə təhsil infrastrukturunun inkişafına yönəlmiş təbdirlərdən, milli kadrların hazırlanması məqsədilə gənclərin ölkə xaricinə göndərilməsindən, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, eləcə də şagirdlərin təhsildən kənarda qalmaması üçün atılan addımlardan danışaraq 44 günlük müharibədə Azərbaycan oğullarının göstərdikləri qəhrəmanlığı təhsil ocaqlarında milli ruhun və vətənpərvərliyin təbliğinin nəticəsi kimi dəyərləndirmişdir.
Ümummilli Lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikri ilə çıxışına başlayan millət vəkili Etibar Əliyev maarifləndirmə işinin vüsət almasında Ulu Öndərin müstəsna xidmətlərindən bəhs edərək ölkəyə rəhbərlik etdiyi dövrdə insan kapitalının inkişafına yönəlmiş təhsil siyasətinin miqyasını əks etdirən statistik göstəriciləri nəzərə çatdırmışdır. Çıxış edən millət vəkili Cavanşir Feyziyev əbədiyaşar liderin milli-mənəvi dəyərlərə verdiyi yüksək qiymətin fonunda Azərbaycan dilinin dövlət dili kimi təsbitlənməsini xalqımız qarşısında ən böyük tarixi xidmətlərdən biri kimi səciyyələndirmiş, təhsil və dil məsələsinin vəhdətinin Ulu Öndər üçün hər zaman prioritet məsələ olduğunu vurğulamışdır.
Digər çıxışçılar Laçın şəhər 1 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Niyazi İbrahimov, sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini Lətifə İmanova, tarix müəllimi Nüşabə Məmmədova, Laçın rayon Bəhmən Səfərəliyev adına Pircahan kənd tam orta məktəbinin direktoru Ruhiyyə Rzaquliyeva Ulu Öndərin zəngin irsinin öyrənilməsinin və gənc nəsillərə təbliğ edilməsinin təhsil işçilərinin əsas vəzifələrindən olduğunu bildirmişlər.
Ulu Öndərə həsr olunmuş poeziya nümunələrini təqdim edən Laçın şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri Mədinə İbrahimliyə, Nicat Məmmədliyə, Fatimə Məmmədovaya bədii qiraət bacarıqlarına və ana dili sevgisinə görə xatirə hədiyyələri verilmişdir.
Elşən QƏNİYEV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Əgər torpaq uğrunda şəhid olsam..."
27 Aprel
Muğam ifaçılığı sahəsində sənət estafeti etibarlı əllərdədir
27 Aprel
Böyük ehtiramın ifadəsi
27 Aprel
Bizi kəmiyyət yox, keyfiyyət qane etmir
27 Aprel
Ölkəmiz sürətlə Çin bazarına daxil olur
27 Aprel
Ölkəmiz qlobal dəhliz layihələrinin də əsas iştirakçılarındandır
27 Aprel
"COP29 bütün dünya üçün faydalı olacaq"
27 Aprel
Qərb fırıldaqçı milyarderi niyə müdafiə edir?!
27 Aprel
"Nobel şousu" Vardanyanı xilas edə bilməz
27 Aprel
Azərbaycanın Zəfəri Avropa Parlamentinin yuxusunu ərşə çəkib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!